Ucarda «BMW» partladı: 3 nəfər öldü - YENİLƏNİB

Ucarda dəhşətli yol qəzası baş verib. Avtosfer.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, «BMW» markali avtomobilin yoldan çıxaraq aşması nəticəsində 3 nəfər dünyasını dəyişib. Maşın aşandan sonra partlayış baş verdiyi də bildirilir. Hadisə zamanı ölənlərin yandığı deyilir. Hadisə şahidlərinin verdiyi xəbərə görə, qəza nəticəsində sürücü və onun yanında olan iki sərnişin ölüb. Ölənlərin hamısının Qazqumlaq kənd sakinlərinin olduğu bildirilir. Hadisə zamanı dünyasını dəyişənlərin adları dəqiqləşdirilir. Faktla bağlı araşdırmalar davam edir.
***
Ucarda baş verən dəhşətli qəzada yanaraq ölən şəxslərin kimliyi müəyyənləşib.Lent.az-ın əldə etdiyi məlumata görə, “BMW“ markalı avtomobilin Əlikənd kəndində aşaraq yanması nəticəsində ölən şəxslər Qazıqumlaq kənd sakinləri, 1981-ci il təvəllüdlü Qədirov Çingiz Şəmil oğlu, 1984-cü il təvəllüdlü Qədirov Tapdıq Qədir oğlu və 1987-ci təvəllüdlü Kərimov Vasif Sahib oğludur. “BMW” markalı avtomobil Çingiz Qədirova məxsus olsa da, hadisə baş verərkən onun kim tərəfindən idarə edilməsi məlum deyil. Faktla cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












