Uşaq futbol komandasını daşıyan mikroavtobus aşıb, məşqçi ölüb

Qazaxıstanın şimalındakı Akmola vilayətində uşaq futbol komandasını daşıyan mikroavtobus aşıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, qəza aprelin 18-də Astana-Yereymentau-Şidertı avtomobil yolunda “Mercedes” markalı mikroavtobusun iştirakı ilə baş verib. Qəza nəticəsində məşqçi hadisə yerində ölüb, uşaqlar isə tibb müəssisəsinə çatdırılıb, onlar həkimlərin nəzarətindədirlər.
Polisin verdiyi məlumata görə, mikroavtobus sürücünün yük maşını keçmək istədiyi məqamda aşıb. Qəza zamanı avtobusda 14-16 yaş arası 16 uşaq və 1 məşqçi olub.
Komanda yarış üçün Pavlodardan Astanaya gedirdi.
Polisdən bildirilib ki, uşaqları yarışa göndərən özəl idman məktəbinin rəhbərliyi bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib, ona görə də patrul müşayiəti təmin edilməyib.
Yasamalda iki eyni marşrut avtobusu toqquşdu - VİDEO
Gəncədə avtobus öncə “KIA” ilə toqquşdu, sonra ağaca çırpıldı - VİDEO
Yevlaxda ağır qəzada iki nəfər öldü - FOTO
100 nömrəli avtobus yolayrıcında qəza TÖRƏTDİ - VİDEO
“20 Yanvar”da qəza - Motosikletçi öldü - FOTO
Azərbaycanda yol qəzalarında 500 nəfər ölüb
Siyəzəndə maşın "KamAZ"la toqquşdu - Ölən var
Xaçmazda AĞIR QƏZA: Ölən və yaralılar var
Bakıda turistləri daşıyan avtobus qəzaya düşdü: Yaralanan var
“BMW” “Qazel”ə çırpıldı, hər iki sürücü yaralandı - VİDEO
Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə dünyasını dəyişdi - FOTO












