“VAZ 2106”nın vurduğu kişi 4 gün sonra ölüb
Qəzalar
3 Sentyabr 2022 12:40

Oğuzda dörd gün əvvəl yol qəzasına düşən şəxs xəstəxanada ölüb.
Avtosfer.az-ın məlumatına görə, Oğuz rayon Mollalı kənd sakini Böyükağa Məhəmməd oğlu Hacıyev bu gün müalicə aldığı Şəki Rayon Mərkəzi Xəstəxanasında həyatını dəyişib. Qeyd edək ki, avqustun 30-u axşam saatlarında rayonun Mollalı kənd sakini 1966-cı il təvəllüdlü Yusif Müslüm oğlu Abışov idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Yusif Abışov və sərnişini Böyükağa Hacıyev Şəki RMX-a yerləşdiriliblər.
Faktla bağlı Oğuz rayon polis Şöbəsində araşdırma aparılır.
Oxunub : 1074
DİGƏR XƏBƏRLƏR
29 Sentyabr 2026 16:00
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
29 Sentyabr 2026 09:41
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
28 Sentyabr 2026 18:12
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
28 Sentyabr 2026 15:46
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
28 Sentyabr 2026 15:39
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO
28 Sentyabr 2026 10:48
Tormozu tutmayan “KamAZ” dərəyə aşdı - VİDEO
28 Sentyabr 2026 10:06
Bərdədə avtomobil eşşək arabası ilə toqquşdu - ÖLƏN VAR
28 Sentyabr 2026 09:56
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
27 Sentyabr 2026 16:24
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
27 Sentyabr 2026 14:24
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
27 Sentyabr 2026 13:36
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO
25 Sentyabr 2026 23:02
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
ŞƏRH YAZ












