Xaçmazda zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO
Qəzalar
14 Oktyabr 2022 22:40

Xaçmaz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Report-un xəbərinə görə, hadisə Gəndob-Xaçmaz-Yalama magistral yolunun 13-cü km-də, Vəlvələ çaydan keçən hissəsində qeydə alınıb.
Belə ki, “Volkswagen-Passat” və "VAZ-2107" markalı minik avtomobilləri paytaxt istiqamətində hərəkətdə olan “KamAZ" markalı yük maşınına çırpılıb.
Qəza zamanı Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Şəfiyev Elxan Eldar oğlu, Quba rayon sakini, 1996-cı il təvəllüdlü Əlirzayev Məhəmməd İdris oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Şahidlərin şözlərinə görə, hadisəyə səbəb "Volkswagen-Passat”ın sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1650
DİGƏR XƏBƏRLƏR
27 Sentyabr 2026 16:24
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
27 Sentyabr 2026 14:24
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
27 Sentyabr 2026 13:36
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO
27 Sentyabr 2026 09:00
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
25 Sentyabr 2026 23:02
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
25 Sentyabr 2026 18:00
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
25 Sentyabr 2026 13:11
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
25 Sentyabr 2026 10:56
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
25 Sentyabr 2026 09:36
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
25 Sentyabr 2026 09:06
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
25 Sentyabr 2026 00:08
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
24 Sentyabr 2026 17:18
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
ŞƏRH YAZ



















