Xətai, Cəlilabad və İsmayılı rayonlarında ağır yol qəzaları baş verib, üç nəfər ölüb - VİDEO

Cəlilabadda atanın törətdiyi ağır avtomobil qəzası qızının ölümü ilə nəticələnib.
Avtosfer.az-nın məlumatına görə, hadisə yeni Ələt-Astara magistral yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Lənkaran sakini, 38 yaşlı Məhəmməd Qədimovun idarə etdiyi avtomobil sürətlə hərəkətdə olarkən qəfil idarəetmədən çıxıb və yolun kənarına aşıb. Qəza nəticəsində sürücü yüngül xəsarətlərlə qurtulsa da, onun 12 yaşlı qızı Ruqiyyə Qədimzadə aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
İsmayıllı rayonunda da ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə İsmayıllı-Qəbələ yolunun Topçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Cülyan kənd sakini, 1991-ci il təvəllüdlü Qafarov Qəşəm Firudin oğlu minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb. Ağır bədən xəsarətləri alan sürücü dünyasını dəyişib.
Paytaxtın Xətai rayonu, Babək prospektində də qəza baş verib. Hadisə şahidlərinin məlumatına görə, kiçik yük avtomobili hərəkətdə olan minik avtomobilini arxadan vurub. Nəticədə minik avtomobili idarəetmədən çıxaraq mebel salonunun zirzəmisinin qoruyucu hasarına çırpılıb. Qəza zamanı ölən və ya xəsarət alan olmayıb.
Hər 3 faktla bağlı araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












