Xətaidə 32 yaşlı şəxsi maşın vurdu: kəllə-beyin travması

Qəzalar 30 Avqust 2022 10:12
Xətaidə 32 yaşlı şəxsi maşın vurdu: kəllə-beyin travması
WhatsApp kanalımıza abunə olun

Bakıda 32 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarətlər alıb.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Mirzəyev Hikmət Rövşən oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 840
ŞƏRH YAZ
Ad

E-mail

Şərh