Xızıda və Bərdədə ağır yol qəzaları baş verib - ölənlər və yaralananlar var

Bakı-Quba yolunda qəza olub, ölən və xəsarət alan var.
Hadisə magistralın Xızı ərazisində baş verib.
Həmin ərazidə iki avtomobil toqquşub. Nəticədə avtomobillərdən biri yol ayrıcında olan maneələrə çırpılıb.
Qəza nəticəsində Süleyman adlı şəxs dünyasını dəyişib. Maşında olan 59 yaşlı Mehbarə Abbasova isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Bərdədə isə avtomobil iki piyadanı vurub. Nəticədə onlardan biri ölüb.Hadisə şəhərin Həzi Aslanov küçəsində baş verib. Yolu keçmək istəyən 2000-ci il təvəllüdlü İsmayılova Röya Qoşqar qızı həyatını itirib. Onun həyat yoldaşı, qəzada xəsarət alan 1993-cü il təvəllüdlü İsmayılov Adəm Akif oğlu Bərdə Rayon Xəstəxanasına yerləşdirilib. Piyadaları vuran sürücü hadisə yerindən qaçıb. Polis onu axtarır.
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu











