Yardımlıda baş vermiş qəzada sürücü ölüb, sərnişin xəsarət alıb
Qəzalar
7 Oktyabr 2020 13:22
Oxunub 1142

Yardımlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 6-da saat 15 radələrində rayonun Gendərə kəndi ərazisində Cəlilabad rayon sakini Təbriz Dadaşov idarə etdiyi “QAZ-31029” markalı avtomobili aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













