Yardımlıda yol qəzasında 4 aylıq körpə yaralandı
Qəzalar
22 Noyabr 2020 10:33
Oxunub 982

Yardımlı rayonunda iki avtomobil toqquşub.
“Report” un məlumatına görə, hadisə Masallı-Yardımlı yolunda baş verib.
Qəza nəticəsində 2020-ci il təvəllüdlü Əzizli Rza Tahir oğlu bədən xəsarətləri alıb.
Yaralı əvvəlcə rayon xəstəxanasına, daha sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













