Yasamalda 45 yaşlı qadını avtomobil vuraraq xəsarət yetirib
Qəzalar
10 Oktyabr 2022 10:00
Oxunub 812

Bakının Yasamal rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, avtomobil yolu keçən 1977-ci il təvəllüdlü Kosyaçenko Yelena Nikolay qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













