Yasamalda qəza: 3 nəfər xəsarət aldı

Bu gecə paytaxtın Yasamal rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Avtosfer.az-ın apa-ya istinadən məlumatına görə qəza rayonun Mikayıl Müşfiq küçəsində qeydə alınıb. Emin Kazımov idarə etdiyi "Daewoo" markalı maşınla hərəkətdə olan zaman qarşısına piyadanın çıxması nəticəsində idarəetməni itirərək yolun əks istiqamətinə keçib. O, Məlik Əliyevə məxsus "KİA" markalı avtomobillə toqquşub. Zərbənin təsiri nəticəsində avtomobil yol kənarından çıxıb. Qəza törətmiş avtomobilin sürücü və sərnişini ilə yanaşı digər avtomobildəki sərnişin də yüngül bədən xəsarətləri alıb. Hadisə yerinə təcili yardım çağırılıb. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib. Qeyd edək ki, qəza nəticəsində hər iki avtomobil yararsız hala düşüb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












