Yasamalda “VAZ-2107” 5 avtomobili yararsız hala saldı - FOTO -VİDEO

Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.
Avtosfer.az apa-ya istinadla xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində baş verib.
“VAZ-2107” markalı avtomobilin sürücüsü manevr qaydalarını pozaraq yüksək sürətlə yolda hərəkətdə olan Samir Talıbovun idarə etdiyi “Daewoo” markalı maşına çırpılıb.
Talıbova məxsus avtomobil isə yol kənarında dayanan “BMW” və “Mercedes” markalı avtomobillərə dəyərək dayanıb. “VAZ-2107” isə aşaraq yol kənarında dayanan “Kia” və “BMW” markalı maşınlara dəyib. Zərbə o qədər güclü olub ki, “VAZ”da olan sərnişin və sürücü müxtəlif bədən xəsarətləri alıb.
***
Sürücülərin apa-nın hadisə yerində olan əməkdaşına verdiyi məlumata görə, “VAZ”ı idarə edən şəxs avtoxuliqanlıq edib.
Hadisə yerinə Polis əməkdaşları cəlb edilib. Sürücülərin izahatı alınıb. Yol kənarında hərəkətsiz dayanan avtomobillər isə binada yaşayan sakinlərə məxsus olub. Avtotexniki ekspertiza təyin edilib.
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu












