Yeni il axşamı faciə: 3 ölü, 1 yaralı

Salyan rayonunda 3 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, dəhşətli yol qəzası dekabrın 31-də axşam saatlarında Ələt-Astara magistral yolunun 25-ci km-də - Salyan rayonunun Xıdırlı kəndi ərazisində qeydə alınıb. Salyan şəhər sakini, 25 yaşlı Orxan Nəzərov idarə etdiyi "Mercedes" markalı minik maşını ilə Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Yoldan kənara aşan avtomobil bir neçə dəfə yuvarlanıb. Nəticədə Sürücü O. Nəzərov və həmyerlisi, 29 yaşlı Ramin Sadıqov hadisə yerində ölüb. Maşındakı digər sərnişinlər – Salyan rayon sakinləri, 28 yaşlı Ülvi Sadıqov və İlkin İmanov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Meyitlər və xəsarət alanlar Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə gələn xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, İlkin İmanovu xilas etmək mümkün olmayıb. O bu gün səhər saatlarında xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












