Yevlaxda kamaz qəza törətdi - güclü yanğın baş verdi

Yevlaxda otla yüklü qoşqulu kamaz elektik xəttinə toxunaraq yanğına səbəb olub.
Avtosfer.az -ın məlumatına görə hadisə rayonun Tanrıqullar kəndində baş verib.
Hava elektrik xəttinin nisbətən aşağı məsafədən keçən hissəsinə toxunan otla dolu qoşqulu kamaz xəttdə qısqapanma yaradıb. Qəza nəticəsində güclü yanğın baş verib.
Qonşusundakı ot yükü yandığından sürücü yük maşınını qoşqudan açaraq təhlükəsiz əraziyə çəkib. Qoşqu otla bərabər yanıb. Elektrik xəttləri və bəzi ona bitişik sayğaclar və telefon xətləri yanaraq yararsız hala düşüb.
Əraziyə cəlb olunan bir neçə yanğınsöndürmə briqadası alovun daha da geniş əraziyə yayılmasının və küçədəki yaşayış evlərinə keçməsinin qarşısını alıb. Hazırda hadisə yerində lokallaşdırma istiqamətində son tamamlama işləri və araşdırma aparılır. Ərazinin elektik təsırrüfatının bərpası üçün işlər görülür. (Unikal)
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO












