Baxımsız qalan qəbiristanlıq; sement kisələri, plastik butulkalar… - FOTO

Lənkəranda yerləşən "Kiçik Bazar" qəbiristanlığında antisanitar vəziyyət yaranıb. Avtosfer.az Teleqraf-a istinadən məlumatına görə, qəbiristanlığın müxtəlif hissələri plastik butulkalar, solmuş gül dəstələri, sement kisələri və digər məişət tullantıları ilə çirkləndirilib. Tullantıların vaxtında yığışdırılmaması ərazidə baxımsız mənzərə yaradıb. Sakinlərin sözlərinə görə, qəbiristanlığı ziyarət edən bəzi şəxslər zibilləri ayrılmış yerlərə deyil, ərazinin müxtəlif hissələrinə atırlar.
Şəhər sakini bildirib ki, hər həftə yaxınlarının məzarını ziyarət etməyə gəldikdə eyni mənzərə ilə qarşılaşır:
"Bu, həm ətraf mühitə, həm də dünyasını dəyişən insanların xatirəsinə hörmətsizlikdir. Qəbiristanlıq daim təmiz saxlanılmalıdır".
Sakinlər aidiyyəti qurumlardan qəbiristanlıq ərazisinin təmizlənməsini, tullantıların mütəmadi daşınmasını və ərazidə daimi nəzarətin təmin olunmasını xahiş edirlər.



Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












