Yol qəzalarında ən çox ölüm faktı bu günlərdə qeydə alınıb

Bu ilin fevral ayı ərzində respublikanın avtomobil yollarında 127 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 76 nəfər ölüb, 210 nəfər yaralanıb. Avtosfer.az bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytından məlumat əldə edib. Fevral ayı ərzində ən çox qəza və ölüm faktı fevralın 14-də və 23-də qeydə alınıb. İki gün ərzində 15 yol qəzasında 14 nəfər ölüb. Fevralın 15-də baş vermiş 6 qəhada isə 2 nəfər ölüb, 20 nəfər yaralanıb. Fevralın ayının cəmi 8 günündə 1 ölüm faktı qeydə alınıb. Qalan günlər qeydə alınan ölüm faktlarının sayı 2-9 arasındadır. Fevralın 28-də isə yol qəzalarında ölüm faktı qeydə alınmayıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, ümumi yol qəzalarında ölənlərin 39 nəfəri paytaxt Bakının payına düşür. Bu da respublika üzrə ölüm hallarının yarıdan çoxunun Bakının payına düşdüyünü göstərir.
Elməddin
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












