Yollardakı “Prius” kabusu: Onların törətdiyi qəzaların sayı nə qədərdir?

Son zamanlar “Toyota Prius” markalı nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzaların sayı artmaqdadır. Məsələ ilə bağlı ekspertlər bildirirlər ki, hər 10 qəzanın 5-i qeyd edilən avtomobillərin iştirakı ilə baş verir.
Avtosfer.az Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Araz Əsgərlinin də məsələ ilə bağlı fikirlərini öyrənib.
Araz Əsgərli bildirib ki, “Toyota Prius” markalı avtomobillərin iştirakı ilə baş verən qəzalar barədə rəsmi statistika olmasa da, bu say digər qəzalarla müqayisədə daha çoxdur.
“Mən dəfələrlə bu məsələ barədə saytlara, televiziyalara və radio verilişlərinə danışmışam. Bu qəzaların ictimaiyyət arasında daha çox diqqət çəkməsinə səbəb həmin avtomobillərin taksi fəaliyyətlərində geniş istifadə edilməsidir. Hazırda taksi fəaliyyəti ilə məşğul olan şəxslərin sayı da az deyil. Yalnız “Toyota Prius” deyil, eyni zamanda "Ravon", “Opel” və digər bu kimi avtomobil markalarının da yer aldığı qəzaların sayı daha çoxdur” – deyə o, əlavə edib.
A.Əsgərlinin sözlərinə görə, həmin nəqliyyat vasitələrinin qiymətinin digər avtomobil markalarından daha ucuz olması da buradakı əsas faktorlardan biridir.
lent.az
Kürdəmirdə "ölüm döngəsi": Qaranlıq yol yenə qəzaya səbəb oldu - VİDEO
Bərdədə "Chevrolet" beton arakəsməyə çırpıldı: Sərnişin yaralandı
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - VİDEO
Rusiyada avtobus qəzası: 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ağır qəza: Ölən və yaralılar var - FOTOLAR - YENİLƏNİB
Autizmli uşağını bağçaya qoyub qayıdırdı: Dəhşətli qəzanın DETALLARI - VİDEO - YENİLƏNİB
Siyəzəndə AĞIR QƏZA: İki yük maşını toqquşdu - VİDEO - YENİLƏNİB
Ağdaşda yük maşınları toqquşdu: Ölən var - YENİLƏNİB
Bulvarda "BMW" park edilmiş 3 maşına ÇIRPILDI - VİDEO
Xaçmazda ağır qəza: ÖLƏN VAR
Sumqayıtın girişində hadisə; sürücülərin prinsipi qəzaya səbəb oldu - VİDEO










