Yollarımızda piyada qətliamı: ölənlər və xeyli yaralı var

Dünən Azərbaycan yollarında piyada qətliamı yaşanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, dekabrın 3-də saat 08 radələrində Gəncə şəhərində şəhər sakini Kamil Şirinzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobil yolu keçən həmyerlisi Dünyaxanım İsmayılovanı vurub. D.İsmayılova qəzadan aldığı xəsarətlərlə hadisə yerində ölüb.
Abşeron rayonunun Mehdiabad qəsəbəsində isə müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Arzu Qoşqarova vurulub. Piyada hadisə yerindəcə keçinib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən “VAZ-21074” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Kamran İslamov tutulub.
Bundan başqa Qaradağ rayonunun Lökbatan qəsəbəsində naməlum avtomobil yolu keməyə çalışan Rəhman Tanrıverdiyev vurulub. Piyada xəstəxanaya yerləşdirilib.
Xətai rayonunun da oxşar hadisə qeydə alınıb. İ.İsmayılov küçəsində müəyyən edilməmiş maşın Bakı şəhər sakini Asiman Omarov vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Xaçmaz rayonunun Qımıl-Qışlaq və Qusarın Çiləgir kəndində də piyadalar vurulub. Hər iki hadisədə xoşbəxtlikdən ölən olmayıb. Hər bir faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












