Yük maşını avtomobili əzdi: 1 ölü, 2 yaralı
Qəzalar
4 Mart 2015 13:37

Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər
Bu gün saat 08 radələrində Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib. Qaradağ rayon polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə Müşviq qəsəbəsində baş verib. Beton zavodunun yaxınlığında “VAZ-21154” markalı, 03 BG 902 nömrəli minik maşını ilə “Kamaz” markalı 99 HP 328 nömrəli yük maşını toqquşub. Qəza nəticəsində minik maşınının sürücü 1969-cu il təvəllüdlü Müşviq qəsəbə sakini İntiqam Sabiq oğlu Əsgərov yerindəcə keçinib. Avtomobildə olan sərnişinlər 52 yaşlı Elşən Məhəd oğlu Babayev və 30 yaşlı Hacıağa Əlisurət oğlu İsrafilov yaralanıblar. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Oxunub : 1739
DİGƏR XƏBƏRLƏR
11 Oktyabr 2026 18:22
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
10 Oktyabr 2026 16:45
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
9 Oktyabr 2026 16:00
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
9 Oktyabr 2026 13:48
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
9 Oktyabr 2026 12:11
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
8 Oktyabr 2026 16:48
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
8 Oktyabr 2026 12:56
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
8 Oktyabr 2026 11:24
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
ŞƏRH YAZ












