Yük maşını qəza törətdi, cərimə günahsız sürücüyə yazıldı - DİN-dən AÇIQLAMA - VİDEO

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a bildirilib ki, qeyd edilən yol nəqliyyat hadisəsi ilə bağlı sürücülərdən biri barəsində qanunusuz olaraq inzibati protokolun tərtib edilməsi ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir. Belə ki, yol patrul xidməti inspektoru tərəfindən hadisə yerinə sürücülərin iştirakı ilə baxış keçirilərək foto və videoçəkiliş aparılıb, hər iki sürücünün izahatı alınıb. Yol nəqliyyat hadisəsinin sxemi tərtib edilib. Qəza zamanı toqquşma nöqtəsi yolun hərəkət hissəsinin mərkəzinə düşdüyü üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə hər iki sürücü barəsində inzibati protokol tərtib edilib.
______________________________________________________________________________________________________________________________________
Qəza zamanı haqsız yerə cərimələndiyini iddia edən sürücü redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 19-da, Lerik rayonu ərazisində baş verib.
Sürücü Xanlar Xəlilov bildirir ki, idarə etdiyi 77-XU-182 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobillə hərəkətdə olan zaman qarşıdan gələn yük avtomobilinin sürücüsü əks yola çıxaraq qəzaya səbəb olub: "Videogörüntüdən də aydın şəkildə görünür ki, öz yolumla getdiyim halda yük maşınının sürücüsü döngəni düzgün kəsə bilmədiyi üçün mənim maşınıma çırpılır. Günahın qarşı tərəfdə olmasına baxmayaraq Lerik rayon Polis İdarəsinin əməkdaşı mənim barəmdə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə tərtib etdi" - deyə sürücü bildirib.
O, Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən yazılmış cərimənin ləğv edilməsini və onun maşınına dəymiş maddi ziyanın əvəzinin ödənilməsini xahiş edir.
Könül Rauf
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO












