Zabratda 71 yaşlı qocanı avtomobil vuraraq öldürüb
Qəzalar
16 Sentyabr 2022 12:38
Oxunub 1148

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Zabrat qəsəbəsində avtomobil yolu keçən 1951-ci il təvəllüdlü Xəlilov Xəlil Atakişi oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ağır vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. O, xəstəxanada dünyasını dəyişib.
Hadisənin təfərrüatı araşdırılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













