Zaqatalada iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb - FOTO

Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var.
Avtosfer.az-ın məlumatına görə, hadisə Zaqatala-Qax avtomobil yolunun rayonun Muxax kənd ərazisindən keçən hissəsində baş verib.
Belə ki, rayonun Muxax kənd sakini 50 yaşlı Rəhim Laçınovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə rayonun Göyəm kənd sakini 21 yaşlı Əhməd Matiyevin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi toqquşub.
Qəzadan sonra Rəhim Laçınovun idarə etdiyi "Mercedes" idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində "Mercedes"in sürücüsü Rəhim Laçınov, onun avtomobilində olan sərnişinlər - Muxax kənd sakinləri; 27 yaşlı Fuad Süleymanov, 36 yaşlı Asif Əhmədov və 63 yaşlı Nizaməddin Əminov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.



Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO











