Zaqatalada “Niva” aşıb, xəsarət alanlar var - FOTO

Zaqatalada “Niva” markalı minik avtomobili aşıb, xəsarət alanlar var.
APA-nın məlumatına görə, hadisə bu gün səhər saat 10 radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Faldar kənd sakini 1980-cı il təvəllüdlü Elmin Eyvaz oğlu Qurbanov idarə etdiyi “Niva” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşını aşırıb.
Qəza zamanı xəsarət alan Elmin Qurbanov və onun sərnişinləri Faldar kənd sakinləri 2010-cu il təvəllüdlü Səyyarə Rüstəm qızı Rüstəmova, 1979-cu il təvəllüdlü Fərqanə Abbas qızı Qurbanova, 1972-ci il təvəllüdlü Gülayət Qurban qızı Bayramova və 2001-ci il təvəllüdlü Sənəm Elmin qızı Qurbanova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Zaqatala RMX-dan bildirilib ki, hazırda yaralıların müayinəsi aparılır. Onların xəsarətləri yüngül qiymətləndirilir. Ambulator müalicə almaq şərti ilə evə buraxılmaq nəzərdə tutulub.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Foto
Qusarda təcili yardım avtomobili qəzaya uğradı
Bakıda qəza: "Changan" yük maşınına çırpıldı - VİDEO
Sabirabadda qəza: “Hyundai” ilə toqquşan yük maşını aşdı - VİDEO
Misirdə yol qəzası baş verib, azı 16 nəfər öldü
Çində gül-çiçəkli QƏZA
Prospektdə sərnişin avtobusu avtomobillə toqquşdu - VİDEO
Ödənişli yolda aşan “BMW X7”də ölən Eltonun FOTOsu
Şirvanda qəza: “Mercedes”lə toqquşan “VAZ” aşdı - VİDEO
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı - VİDEO
Bakı-Sumqayıt yolunda ağır qəza: Tıxacın uzunluğu Dərnəgülə çatır - VİDEO
Sərxoş və vəsiqəsiz sürücü qəzaya səbəb oldu: 4 yaralı, 8 800 manat cərimə












