Zaqatalada yük maşınında yanğın olub
Qəzalar
3 Noyabr 2020 09:40

Zaqatalada yük maşını yanıb.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonunun Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
1971-ci il təvəllüdlü Elçin Yəhya oğlu Emçiyev idarə etdiyi “KamAZ” markalı yük maşını ilə Balakən rayonu istiqamətində hərəkətdə olarkən maşının kabinə hissəsində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində yük maşınının kabinə hissəsinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1112
DİGƏR XƏBƏRLƏR
15 Oktyabr 2026 15:06
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
15 Oktyabr 2026 14:06
Bakıda iki nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU
15 Oktyabr 2026 13:30
Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
15 Oktyabr 2026 12:11
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
15 Oktyabr 2026 10:00
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
14 Oktyabr 2026 15:41
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
14 Oktyabr 2026 15:30
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
14 Oktyabr 2026 15:18
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
14 Oktyabr 2026 14:30
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
14 Oktyabr 2026 12:06
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
ŞƏRH YAZ












