Zərdabda iki avtomobil toqquşdu: Xəsarət alanlar var - YENİLƏNİB

Zərdab rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəsarət alan 4 nəfər (kişi) saat 09:40-da Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Bədənin müxtəlif travmaları diaqnozları təyin olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. 1 nəfərin müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir".
***13:48
Zərdab rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qoruqbağı kəndi ərazisində qeydə alınıb.
Rayon sakini 1951-ci il təvəllüdlü Cavanşir Məmmədovun idarə etdiyi "Opel Astra" markalı avtomobillə Ağdam rayon sakini 1988-ci il təvəllüdlü İsa Bəxtiyarovun idarə etdiyi "KIA Forte" markalı maşın toqquşub.
Hadisə nəticədə sürücülər və "KIA Forte"nin sərnişinləri - 1963-cü il təvəllüdlü Vidadi Bəxtiyarov və 2011-ci il təvəllüdlü Tural Bəxtiyarov xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO
Bakıda “BYD” ilə toqquşan “Hyundai” səkiyə dırmaşdı - VİDEO
Faciəvi qəzada ölən yeniyetmənin FOTOsu
Bakıda minik maşını yük avtomobilə çırpıldı: ÖLƏN VAR
İki yük avtomobilinin toqquşduğu ərazidə hərəkət bərpa olundu - YENİLƏNİB
Bakıda iki avtomobil toqquşdu, yol nişanı aşdı - VİDEO
Masallıda minik avtomobili yük maşınına çırpıldı: Ölən var - VİDEO
Kəlbəcərdə ər-arvad qəzaya düşdü - Ölən var - FOTO
Qadın sürücü avtobusa yol verməyib qəza törətdi; digərini təhqir etdi - VİDEO - FOTO
Bakıda dəhşətli qəza: “Lada” yük maşınının altında qaldı - VİDEO












