Azərbaycanda ət bahalaşacaq - Qaçınılmaz səbəb açıqlandı

Azərbaycanda son dövrlərdə ərzaq bazarında müşahidə olunan qiymət dəyişiklikləri əhalinin gündəlik xərclərinə birbaşa təsir göstərir. Xüsusilə ət məhsullarının qiyməti alıcıların ən çox diqqət yetirdiyi sahələrdən biri olaraq qalır. Qurban bayramının yaxınlaşması ilə bazarda canlanma müşahidə olunur və bu, qiymət müzakirələrini yenidən gündəmə gətirir. Avtosfer.az xəbər verir ki, iqtisadçı - ekspert, REAL partiyasının sədri Natiq Cəfərli “crossmedia”ya açıqlamasında bildirib ki, Azərbaycanda ətin qiyməti demək olar, hər ay artım tendensiyası göstərir.
Onun sözlərinə görə, Qurban bayramı dövründə tələbin yüksəlməsi qiymətlərə əlavə təzyiq yaradır və bu da artımın daha çox hiss olunmasına səbəb olur:
"Yerli istehsalda müşahidə olunan azalma da bazardakı vəziyyətə birbaşa təsir edir. İribuynuzlu və xırdabuynuzlu mal-qaranın sayında azalmanın davam etməsi təklifin zəifləməsinə gətirib çıxarır. Bu da qiymətlərin yüksəlməsini şərtləndirir. Bu tendensiya davam edərsə, Qurban bayramı ərəfəsində və bayram günlərində ət qiymətlərində növbəti artım dalğası qaçılmaz ola bilər".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












