Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilir? - AQTA sədri AÇIQLADI

"Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilmir". Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "Trend" İnformasiya Agentliyinə və "Xəzər" TV-yə birgə müsahibəsində deyib.
Qoşqar Təhməzlinin sözlərinə görə, Azərbaycanda broyler toyuqlarının intensiv yetişdirilməsi üçün hormonlardan istifadə ilə bağlı iddialar həqiqəti əks etdirmir:
"Bəzi hallarda kütləvi informasiya vasitələrində belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya Azərbaycanın quşçuluq sənayesində istehsal olunan məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərində problemlər mövcuddur. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu, həqiqəti əks etdirmir. İlk növbədə, qeyd etmək istəyirəm ki, həmin müəssisələr üzərində dövlət nəzarəti həyata keçirilir. İkinci vacib məqam isə ondan ibarətdir ki, qida təhlükəsizliyi qanunvericiliyinin tələblərinə uyğun olaraq yem təhlükəsizliyi üzərində də dövlət nəzarəti təmin edilir. Hormonlarla yanaşı, quşların yemində və içməli suyunda antibiotiklərin tətbiqi məsələsi də vaxtaşırı gündəmə gəlir. Bu baxımdan bizim irəli sürdüyümüz "Vahid Sağlamlıq" konsepsiyasının əsas mahiyyəti ondan ibarətdir ki, yem təhlükəsizliyi təmin olunarsa, bu, eyni zamanda quş əti və yumurtanın da təhlükəsizliyinin təmin olunması deməkdir. Hazırda Azərbaycanda fəaliyyət göstərən bütün quşçuluq təsərrüfatlarında dövlət nəzarəti tərəfimizdən həyata keçirilir".
AQTA sədri açıqlayıb ki, bu günə qədər 100-ə yaxın quşçuluq müəssisələrində 163 dövlət nəzarəti tədbiri həyata keçirilib və 85 halda müxtəlif normativ-hüquqi aktların tələblərinin pozulması halları müəyyən edilib:
"Bununla yanaşı, 300-dən çox laborator ekspertiza aparmışıq. Qətiyyətlə demək istəyirəm ki, aparılan laborator müayinələr zamanı nə quş ətində, nə də yumurtada antibiotik və hormon qalıqlarının aşkarlanması faktı qeydə alınıb".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












