Azərbaycanda “kənd toyuğu” görünüşü verilən toyuqlar satılır – MÜTƏXƏSSİSDƏN XƏBƏRDARLIQ

Ərzaq məhsulları alarkən xüsusilə diqqətli olmaq, məhsulun mənşəyinə və təhlükəsizlik göstəricilərinə önəm vermək vacibdir. Çünki bəzi hallarda istehlakçıların etimadından sui-istifadə edilərək qida məhsulları süni müdaxilələrlə satışa çıxarılır.
Belə hallardan biri də Xırdalan şəhərində qeydə alınıb. Qanunsuz şəkildə fəaliyyət göstərən quş kəsimi sexində aparılan yoxlamalar zamanı toyuq məhsullarından götürülən nümunələrin laborator analiz nəticələri açıqlanıb. Toyuqlara “kənd toyuğu” görüntüsü vermək məqsədilə “Tartrazin” (E102) adlı qida əlavəsindən istifadə olunduğu müəyyən edilib. Məlum olub ki, məhsullar süni şəkildə sarı rəngə boyanıb. Qeyd edək ki, “Tartrazin” (E102) sintetik sarı boya maddəsi olub, dərman və kosmetik vasitələrdə, həmçinin bəzi qida məhsullarında istifadə edilir. Bu maddə insan sağlamlığı üçün həssaslıq və allergik reaksiyalar kimi yan təsirlərə səbəb ola bilər.

Məsələ ilə bağlı qida mütəxəssisi Seymur Qafarov Avtosfer.az-a bildirib ki, istehlakçılar bu cür məhsulları alarkən xüsusilə diqqətli olmalıdırlar. Ən vacib məqam ondan ibarətdir ki, məhsulun həqiqətən kənd toyuğu olub-olmadığını müəyyən etmək üçün alıcı satıcıdan mütləq ekspertiza aktını tələb etməlidir:
“Son günlər ərzaq məhsulları satılan istehlak məntəqələrində bir sıra ciddi problemlər müşahidə olunur. Bu məhsullar arasında ən çox hazır vəziyyətdə istifadə edilən və riskli qida məhsulları kateqoriyasına aid olanlardan biri də toyuq əti və onun hissələridir. Təəssüflər olsun ki, sosial şəbəkələrdə və dövlət qurumları tərəfindən aparılan yoxlamaların nəticələrinin paylaşımlarında bəzi işbaz və saxtakarların bu məhsulların müəyyən hissələrini rəngləyərək, rəngli qida boyalarına salıb “kənd toyuğu” adı altında satışa çıxardıqları hallara rast gəlinir. Ekspertiza aktında həm istehlakçının adı, həm də toyuğun mənşəyi göstərilməlidir. Bunu hər kəs bilməlidir. Əgər qablaşdırılmış kənd toyuqları satışdadırsa, bu zaman 523 saylı “Qida təhlükəsizliyi haqqında” Qanunun 17.2-ci maddəsinə əsasən etiket məlumatlarına diqqət yetirilməlidir. Etiketdə istehsalçı şirkətin hüquqi və faktiki məlumatları, ünvanı, məhsulun adı, saxlanma temperaturu, rütubət göstəriciləri, tərkibi və enerji dəyəri qeyd olunmalıdır. Bazarlarda isə bu məhsulların saxtalaşdırılması və yanlış təqdim olunması halları daha tez-tez müşahidə olunur. Ona görə də məhsulu fiziki baxımdan da yoxlamaq mümkündür. Kənd toyuğunun özünəməxsus spesifik iyi olur, çəkisi həddindən artıq böyük olmur və üzərindəki rəng silindikdə asanlıqla gedir. Əgər toyuğun bir hissəsi daha tünd, digər hissəsi isə daha açıq sarı rəngdədirsə, bu, məhsulun boya maddələri ilə rəngləndiyini göstərir”.
Nurcan Babək
Paytaxt Bakıdan başqa şəhərə köçürülə bilər? - AÇIQLAMA
Azərbaycanda “Son zəng” tədbirləri üçün TƏLƏBLƏR QOYULDU
Quru sərhədlər açıldı? - RƏSMİ AÇIQLAMA
Bakıda bu marşrut nağdsız ödənişə keçir - Gediş haqqı 70 qəpik olur
Məktəblərdə 300-dən çox şagirdə bir psixoloq kifayət etmir - AÇIQLAMA
Qısamüddətli kurslar və ali təhsil: Əmək bazarında hansı daha üstündür? – Ekspertdən AÇIQLAMA
Magistral yollarda görmə məhdudlaşacaq - 500-1000 metrədək
Avtobus və metronun yükü belə azaldılacaq - Sərnişinlərə şad xəbər
Bakıda iyunun sonuna kimi avtobuslar bu şəxslərə pulsuz olacaq
Yas mərasimlərində yemək verilməsinə məhdudiyyət qoyulacaq?
Bu evləri nə satmaq olur, nə də içində yaşamaq - AÇIQLAMA











