Bayram günlərində işləyən bank və valyuta mübadilə məntəqələri açıqlanıb - SİYAHI

27–31 may 2026–cı il tarixləri olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər. Bu barədə Avtosfer.az-a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib. Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 195 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 10 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi (o cümlədən, 2 satış nöqtəsi 24 saat rejimində olmaqla) məntəqəsi müştərilərə xidmət göstərəcək.
Bayram günlərində işləyəcək Banklar , “Azərpoçt” MMC və Valyuta mübadilə məntəqələrinin siyahısı ilə hiperlinklər vasitəsilə tanış olmaq mümkündür.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












