Evdə nə qədər nağd pul saxlamaq olar? – Ən etibarlı saxlanc yeri

Rəqəmsal pul kisələri icad olunandan nağd pul çox az adamda tapılır. Yəqin kassada ərzaqla dolu araba ilə dayananda, yaxud taksidə online portmanatın sizi əlacsız qoyduğu anlar da olub. Ya sistemdə problem yaranır, ya internet tutmur və s. Buna görə də mütəxəssislər nağd pula qayıtmağı məsləhət görürlər, amma həm evdə, həm də çanta və ya portmanatda nə qədər saxlamaq lazımdır, bu da çoxlarını maraqlandıran sualdır.
Avtosfer.az xəbər verir ki, əvvəllər maliyyə analitikləri bunu uğursuz bir təsadüf adlandırırdılar.
Amma indi özləri təklif edirlər ki, üstünüzdə lazımi ehtiyac üçün bir az nağd pul olsun. Çünki son iki ildə texniki uğursuzluqlar tez-tez təkrarlanır. Bundan başqa, kiberhücumlar, yəni maliyyə infrastrukturuna haker hücumları adi hala çevrilib. Buna görə də, fırıldaqçılıqla mübarizə aparmaq üçün banklar avtomatik nəzarəti gücləndiriblər.
Müştərinin davranışı şübhəli görünürsə (böyük məbləğ, ardıcıl olaraq birdən çox əməliyyat), hesaba giriş müvəqqəti olaraq məhdudlaşdırıla bilər. Blokun açılması bir neçə saatdan günlərə qədər davam edəcək. Belə olan halda nağd pul mütləq köməyə gələcək.
Bəs evdə nə qədər pul saxlamaq lazımdır?
Nağd puldan tamamilə imtina etmək risklidir. Amma bütün əmanətlərinizi döşəyinizin altına qoymaq da həll yolu deyil, inflyasiya onu “yeyəcək”. Pul kisəsində 4-5 günlük zəruri xərclər üçün kifayət edəcək pul saxlaya bilərsiniz. Əsas xərclər: ərzaq məhsulları, dərman vasitələri, avtomobil yanacağı (yaxud taksi) üçün bir neçə günlük nağd pul bəs edər.
Evdə isə ən az 1 ayı “görə biləcək” nağd pulun olması vacibdir. Bir neçə ayı təmin etməsi lap yaxşı olar. Amma pulun hamısı da bir yerdə saxlanılmasın. Bir hissəsini evin quru saxlancında (dondurucuda, döşəmənin altında qəti olmaz: əskinaslar xarab olacaq) gizlədin, digər hissəsini də özünüz qədər etibar etdiyiniz adama – anaya ya bacınıza verin.
Ehtiyatınızı yeniləyin: hər ay əskinaslarınızı yoxlayın, onları gündəlik həyatda istifadə edin və dərhal dəyişdirin. Bu yolla, onların bir-birinə yapışmadığından və ya zədələnmədiyindən əmin ola bilərsiniz. Ən əsası bütün pulları iri əskinaslarla saxlamayın, aşağı nominallı pullar sizin rahatlığınızdır (Bizim.Media).
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT












