Hantavirus infeksiyası belə yaranır - Həkim DANIŞDI

Son günlərin beynəlxalq səhiyyə gündəmində diqqət çəkən mövzulardan biri də hantavirus infeksiyasıdır.
Bəs hantavirus nədir, ilkin alamətləri hansılardır?
Avtosfer.az-ın məlumatına görə, pulmonoloq Əsəd Beydullayev Redaktor.az-a açıqlamasında bildirdi ki, hantavirus daha çox gəmiricilərin ifrazat məhsullarının torpağa düşməsi və quruyaraq tozla birlikdə havaya qalxdığı zaman, həmin havanı nəfəs alan insanlarda meydana çıxa bilər.
Müsahibimiz xəstəliyin əlamətlərini də sadaladı:

"Yüksək bədən hərarəti, oynaq ağrıları, qripəbənzər vəziyyət, burun tutulması, öskürək, halsızlıq və iştahsızlıq xəstəliyin əlamətləridir. Xəstəliyin ən çox zədələdiyi orqanlar ağciyərlər və böyrəklərdir. Bu orqanlar zəif olduqları üçün xəstəlik qısa zamanda ağır nəticələrə gətirib çıxara bilər.
Xəstəlik müalicəsiz, nəzarətsiz və həkim kontrolu olmadan davam edərsə, zamanla nəfəs darlığına və hətta ölümə səbəb ola bilər. Xəstəliyin spesifik müalicəsi yoxdur. Ağırlaşmış xəstələr reanimasiya şöbəsinə yerləşdirilir və onlara dəstəkləyici müalicə tətbiq olunur.
Qorunmaq üçün gəmiricilərin olduğu qapalı məkanlarda insanların qalmaması tövsiyə edilir. Havalandırma və gəmiricilərlə mübarizə xəstəliyin qarşısını almaqda mühüm rol oynayır. Virusun insandan insana keçmə faktı isə çox nadir hallarda müşahidə olunur.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












