İnternetə girmək üçün şəxsiyyət vəsiqəsi tələb olunacaq

Avropa İttifaqında internet istifadəçilərinin yaşını yoxlamaq üçün yeni tətbiq hazırlanıb. Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə Ursula von der Leyen məlumat verib. Onun sözlərinə görə, tətbiq yaxın vaxtlarda istifadəyə veriləcək. Bildirilib ki, tətbiq həm mobil telefonlar, həm də kompüterlər üçün əlçatan olacaq. Texnologiya baxımından isə bu sistem Avropa İttifaqında COVID-19 pandemiyası dövründə vaksinasiya statusunun yoxlanılması üçün istifadə edilən xidmətə bənzər olacaq. Məlumata görə, yaşın təsdiqlənməsi üçün istifadəçilərdən pasport və ya digər şəxsiyyəti təsdiq edən sənədin yüklənməsi tələb olunacaq. “Uşaqlarımızı onlayn mühitdə də real həyatda qoruduğumuz kimi qorumaq bizim borcumuzdur. Bunun effektiv olması üçün isə vahid Avropa yanaşmasına ehtiyac var”, - deyə Ursula fon der Leyen bildirib.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












