Nigar Fərhad vətəndaşın 3200 manatını mənimsəyib? - ŞİKAYƏT

Xaricdə təhsil xidmətləri göstərən "AID Group" şirkəti və onun rəhbərləri Nigar Fərhad barəsində vətəndaşlar tərəfindən daxil olan şikayətlərin sayı artır. Növbəti şikayət şirkət tərəfindən həm aldadıldığını, həm də ağır maddi-mənəvi ziyana uğradıldığını bildirən vətəndaş Elvin Bayramzadə tərəfindən gəlib. Avtosfer.az xəbər verir ki, Modern.az-a müraciət edən şikayətçi bankdan kredit götürərək şirkətə ödədiyi 3200 AZN vəsaiti aylardır geri ala bilmədiyini deyir. Üstəlik, artan şikayətlər və mənfi imic fonunda bu gün "AID Group"un mətbuat xidmətinin rəhbəri, jurnalist Peyman Sadıqov da işdən ayrılıb.
Vətəndaş Elvin Bayramzadə üzləşdiyi hadisənin xronologiyasını belə nəql edir:
"2024-cü ildə xaricdə təhsil xidməti üçün sözügedən şirkətə müraciət etdim. İlk olaraq Almaniya proqramı üçün razılaşdıq və tərəfimdən şirkətə 1500 AZN ödəniş edildi. Bir müddət sonra şirkət bu proqramın alınmadığını bəhanə gətirərək məni Amerika proqramına yönləndirdi və məndən əlavə 1700 AZN aldılar. Beləliklə, şirkətə ümumilikdə 3200 AZN ödəniş etdim. Şirkət nümayəndələri səfirlik prosesində heç bir problemin olmayacağına dair mənə qəti zəmanət versələr də, səfirlikdən rədd cavabı aldım. Bundan sonra isə şirkət müqavilədə nəzərdə tutulmayan əlavə 300 AZN ödəniş tələb etməyə başladı".
Şikayətçinin sözlərinə görə, viza imtinası aldığı ərəfədə ailəsində daha bir ağır fors-major vəziyyət yaranıb. Azyaşlı qızının Tuberoskleroz, Autizm və Epilepsiya kimi ağır xəstəliklərdən əziyyət çəkdiyini öyrənən ata dərhal şirkət rəhbərliyinə müraciət edərək pulunu geri tələb edib:
"Mən hazırda kirayədə yaşayıram. Şirkətə ödədiyim bu 3200 AZN vəsaiti bankdan kredit vasitəsilə götürmüşəm və hər ay banka kredit faizi ödəyərək ciddi maddi itkiyə məruz qalıram. Bir tərəfdən kirayə və kredit öhdəlikləri, digər tərəfdən isə xəstə övladımın həyati vacib müalicə və dərman xərcləri ailəmi çox çətin duruma salıb. Şirkət rəhbərliyi və şəxsən direktor Nigar xanım mənim bu ağır durumumdan və bu vəsaitin övladımın müalicəsi üçün nə dərəcədə kritik olmasından tam xəbərdardır. Buna baxmayaraq, 2025-ci ilin dekabr ayından bəri müxtəlif bəhanələrlə məni yola verir, ödənişimi geri qaytarmırlar. Direktor Nigar xanım görüşlərdən yayınır, rəhbərliklə görüş tələblərim nəticəsiz qalır".
Sosial vəziyyətinin kritik olduğunu vurğulayan Elvin Bayramzadə aidiyyəti dövlət qurumlarından kömək istəyib:
"Sosial vəziyyətimi, hər ay ödədiyim bank kreditini və ən əsası azyaşlı övladımın səhhətini nəzərə alaraq, aidiyyəti dövlət orqanlarından "AİD Group" şirkəti tərəfindən mənimsənilmiş 3200 AZN vəsaitimin dərhal geri qaytarılmasının təmin edilməsini xahiş edirəm".
Qeyd edək ki, bu, sözügedən şirkətlə bağlı ilk belə şikayət deyil. "AID Group"un adı əvvəllər də zaman-zaman vətəndaşların pullarının mənimsənilməsi və dələduzluq iddialarında hallanıb.
İmtahanda maksimum nəticə toplayanların ADLARI
Bakıda iş saatları nə vaxtdan dəyişəcək? - YENİ AÇIQLAMA
Kartlardan silinən pullar geri qayıdacaq?
"Yol bərbad gündədir" - Sakinlər çətin vəziyyətdə - VİDEO
Pulun 3 faizini ödə, sənədsiz evə çıxarış al - Deputatın bu təklifi ilə...
Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Bakıda su bu qrafiklə verilir - Saatlar açıqlandı
Kondisioner, sərinkeş... - Yayda işıqpulunu necə azaldaq?
Çimərliklərə gedənlərə ÇAĞIRIŞ - Bu təhlükədir!
Azərbaycana yay fəsli daxil olub










