Pensiyalar artırılacaq? - AÇIQLAMA

“Pensiyaların artırılıb-artırılmaması məsələsi ilə əlaqədar proqnozlaşdırma aparmaq kifayət qədər çətindir. Çünki hökumətin müvafiq istiqamətdə siyasətini həyata keçirən qurumların verdiyi mesajlardan hələlik müəyyən bri qənaətə gəlmək mümkün deyil. Pensiyaların artırılması qanunvericiliklə mümkündür. Belə ki, dövlət həm minimum pensiya həddini, həm də indeksasiya prosesindən kənar minimum pensiya həddinin artırılması ilə bağlı qərar qəbul edə bilir”.
Avtosfer.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov pensiyaların payızda artırılacağı barədə müzakirələrə münasibət bildirərkən deyib.
O xatırladıb ki, 2019-cu ildə iki dəfə ilin əvvəlində və üçüncü rübündə minimum pensiya haddinin artırılması ilə bağlı qərar qəbul edilib: “O cümlədən ümumi pensiyaya əlavələrin edilməsi ilə bağlı da təcrübələr var. Təcrübələr onu deməyə əsas verir ki, hökumət pensiyanı artırmaq istəyərsə iki istiqamətdə qərar qəbul edə bilər. Bu, minimum pensiya həddinin artırılması, pensiya məbləğinə əlavələrin edilməsi ilə bağlı qərarın olmasıdır. Bu yollarla pensiyanın artırılması mümkündür”.
İqtisadçı qeyd edib ki, hazırkı şərtlər daxilində müvafiq istiqamətdə qərarın qəbul edilib-edilməməsi ilə bağlı fikir söyləmək çox çətindir: “O ki qaldı zərurətin olmasına, bəli, yüksək inflyasiya, əhalinin alıcılıq gücünün azalması kimi yaranmış vəziyyətdə düşünürəm ki, xüsusilə həssas sosial qrupların, eləcə də pensiyaçıların gəlirlərinin artırılması ilə bağlı mövqeyin ortaya qoyulması həmçinin növbəti mərhələdə müəyyən mənada məzmun tələbin dəstəklənməsi, alıcılıq gücünün artması, iqtisadiyyatın böyüməsi və məşğulluğa da öz töhfəsini verə bilər”.
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək











