Sürüşmə baş verən yolda durum necədir? - AÇIQLAMA

Bakının Səbail rayonu, Badamdar qəsəbəsi ilə 20-ci Sahə arasında yerləşən yolda hərəkət qismən bərpa edilib. Avtosfer.az xəbər verir ki, bunu “Yeni Sabah”ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, ərazidə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılmışdı və hazırda tam bağlanma yoxdur:
“Həmin yolda avtomobillərin hərəkəti tam yox, qismən bərpa edilib. Elə əvvəldən də yol tamamilə bağlanmamışdı, qismən məhdudlaşdırma vardı. Hazırdada geoloji kəşfiyyat işləri aparılır, aidiyyatı qurumlar tərəfindən ərazi öyrənilir, monitorinq edilir, nəzarətdə saxlanılır, həmçinin bizim tərəfimizdəndə müəyyən orda bərpa işləri həyata keçirilir”.
Qeyd edək ki, yağan intensiv yağışlar səbəbindən Bakı şəhərinin Səbail rayonu, Badamdar qəsəbəsi 20-ci sahə istiqamətində yerləşən avtomobil yolunun keçdiyi ərazidə yamacın yuxarı hissəsində mümkün torpaq sürüşməsi təhlükəsi yaranıb. Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət olunub. Müraciət nəzərə alınaraq, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə yamacın aşağı hissəsindən keçən avtomobil yolunun müvəqqəti bağlanması barədə qərar qəbul edilib.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












