Taksi sürücülərinə PİS XƏBƏR: Endirim tətbiq olunmayacaq

"Əlavə yeni qaydaya əsasən, qəza baş verdikdə artıq sığorta kimin adına rəsmiləşdirilibsə ona deyil, birbaşa qəza törədən sürücünün adına bahalaşma tətbiq olunacaq. Məsələn, mən avtomobili etibarnamə ilə başqa bir şəxsə vermişəmsə və sığorta mənim adımdadırsa, indiyə qədər həmin sürücü qəza törətdikdə növbəti ildə cərimə sanksiyası mənə tətbiq olunurdu. Yeni qaydaya əsasən isə avtomobili verdiyim şəxs qəza törədərsə, artıq cərimə sanksiyası birbaşa həmin sürücünün adına hesablanacaq". Avtosfer.az xəbər verir ki, sığorta üzrə ekspert Şahin İsmayılov Redaktor.az-a yeni tətbiq olunacaq qaydadan danışarkən bildirdi.
Onun sözlərinə görə, amma burada vacib bir məqam var:
"Arada etibarnamə münasibəti olduğuna görə bu dəyişiklik avtomobil sahibini tam şəkildə məsuliyyətdən azad etmir. Ona görə də avtomobilə etibarnamə verərkən çox diqqətli olmaq lazımdır. Kimə gəldi etibarnamə vermək sonradan sizi müəyyən məsuliyyətlərlə üz-üzə qoya bilər. Hüquqi şəxsin adına olan avtomobil qəza törətdikdə artıq sığorta haqqındakı artım şirkətin deyil, qəza törədən sürücünün adına tətbiq olunacaq. Bu dəyişiklik xüsusilə lizinq yolu ilə avtomobil idarə edən şəxslər üçün əhəmiyyətlidir. İndiyə qədər lizinq şirkətlərinin adına yüzlərlə avtomobil rəsmiləşdirildiyi üçün onlardan hər hansı biri qəza törətdikdə, həmin şirkətin VÖEN-i üzrə bonus-malus göstəricisi dəyişirdi və nəticədə digər sürücülər də cərimə sanksiyası ilə üzləşirdilər. Səbəb ondan ibarət idi ki, həmin avtomobillərin icbari sığortası lizinq şirkətinin VÖEN-i üzərindən sistemə daxil edilirdi. Bonus-malus əmsalı şirkət üzrə artdığı üçün bütün sürücülər bundan təsirlənirdi. Yeni qaydalar isə bu problemi aradan qaldırır".

Ekspertin sözlərinə görə, artıq lizinq avtomobili idarə edən sürücülər başqa bir sürücünün törətdiyi qəzaya görə cərimə sanksiyası daşımayacaqlar:
"Bu, kifayət qədər müsbət və vacib dəyişiklik hesab olunur. Son dəyişiklik isə taksi fəaliyyəti ilə bağlıdır. Taksi lisenziyası olan avtomobillərə illik 5 faiz endirim tətbiq edilməyəcək. Yəni digər sürücülər üçün nəzərdə tutulan bonus sistemi taksilərə şamil olunmur. Bundan əlavə, məlum olduğu kimi, taksi fəaliyyəti ilə məşğul olan sürücülərin icbari sığortasına əlavə 1.5 əmsal tətbiq edilir. Bu isə onların ödədiyi sığorta haqqının digər sürücülərlə müqayisədə daha yüksək olması deməkdir", - deyə müsahibimiz sonlandırdı.
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?











