Banner
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam mende chevrolet cruzdu arxa qabag buferi m3 yıgdırıram..bunun cerimesi varmi?
Feyzi | 22 Fevral 2023 14:56
Salam. M3 necə olur?
Avtosfer.az | 27 Fevral 2023 13:10
Mercedes 190, Bildiyiniz kimi istehsal müddeti başa catib, Oxlar üzre kütle payanmasi tam düzgün olarsa, Ve 3. tefef İstehsalci şirket terefinden bu model uçun nezerde tutulubsa, Öz amartizoatorlarini Coilover yaylarla evez etmek olar?
Seymur | 22 Fevral 2023 07:15
Xeyr, əvəz etmək olmaz.
Avtosfer.az | 23 Fevral 2023 16:27
Salam ypx əməkdaşı saxlatdırıb və deyirki arxa prujunlar kesilib və cerime meydançasına qoyulub protokol tərtib etmeyib deyir get şeher qaisine.bu derece düzgündür?
Hüseyn | 21 Fevral 2023 22:50
Salam. Əslində yerindəcə protokol tərtib edilməli idi.
Avtosfer.az | 23 Fevral 2023 16:27
Salam. Masinim srinter 312 mikroaftobusdur, elave ressora gore cerime edile biler mi? Birde oturacaq sayi 19+dur.Hal hazırda 17 oturacağım var. Buna gore DYP cerime yaza biler mi?
Xelilov Teymur | 21 Fevral 2023 21:12
Salam. Qanunla heç birinə cərimə düşmür.
Avtosfer.az | 23 Fevral 2023 16:26
Avtoxuliqanlıq üçün YPX saxlayıb cərimə meydançasına aparmağı qanuna ziddir? Avtomobil etibarnamə ilə idarə edilir və ypx saxlayır avtoxuliqan olmadığını iddia edirsən işi məhkəməyə göndərirsə məhkəmə müddətində maşın harda qalır? Mülkiyyətçi gəlib öz avtomobilini götürə bilərmi?
Zamiq | 21 Fevral 2023 16:18
Avtoxuliqanlıq olan zaman maşın duracağa aparıla bilməz. Yerində protokol tərrtib edilir və sürücülük vəsiqəsi sürücüdən alınmaqla iş məhkəməyə göndərilir.
Avtosfer.az | 23 Fevral 2023 16:25
Salam. Ön farslara və arxa stop işıqlarına tündləşdirilmiş 15℅-lik qoruyucu örtüyün çəkilməsinə AR qanunları icazə verirmi? Öncədən təşəkkürlər
Zamiq | 21 Fevral 2023 16:06
Salam. Xeyr, icazə yoxdur.
Avtosfer.az | 23 Fevral 2023 16:23
Salam nivaya bu stoplarin cerimesi var rus zavod isdehsalci olkedi oz stekeriynen kecir
Xezer | 21 Fevral 2023 11:30
Salam. Foto gəlməyib. Yenidən göndərin.
Avtosfer.az | 21 Fevral 2023 12:58
Salam men bilmey isdirem avtomobilin kurwitelinden cixan tustunu nece teyin ediller ve neceden yuxari cerme yaza biliner?
Rewad | 21 Fevral 2023 11:14
Salam. Xüsusi cihazla müəyyən edirlər. Onun öz normaları var. Dəm qazını yoxlayan DYP əməkdaşlarından soruşa bilərsiniz.
Avtosfer.az | 21 Fevral 2023 12:57
Salam. Guya radara duşmuşem amba şekili ve ya videosu yoxdur
Nəsimi | 21 Fevral 2023 11:10
Salam. Bu barədə DYP-yə rəsmi müraciət ünvanlayın.
Avtosfer.az | 21 Fevral 2023 12:56
Victori tekerlerin cermesi var
Amin esger9v | 21 Fevral 2023 02:59
Zavodun tövsiyə etdiyi ölçüdən kənara çıxırsınızsa olmaz. 150 manat cəriməsi var.
Avtosfer.az | 21 Fevral 2023 12:56
Salam niva ya urban bufer qoyduqda texpasporta yazdırmaq lazımdır? Çünki menim maşınım 2000 ci il ne park radar nede airbag var yeni heçbir sensor yoxdur ve bildiyiniz kimi urban bufer zavod istehsalı var sadece demir buferi urban plastmasa deyişmek isteyirem ne elave avadanlıq ne de detal sayılmır nede qustar üsulla hazırlanmayıb . Axı bunu niye teleb edirler
Süleyman | 20 Fevral 2023 23:33
Salam. Xeyr, yazdırmağa ehtiyac yoxdur. Bunun tələb olunması qanunda nəzərdə tutulmayıb.
Avtosfer.az | 21 Fevral 2023 12:55
Qabaq bufere lipler baglamaq olar?
Vuqar | 20 Fevral 2023 19:47
Bəli olar.
Avtosfer.az | 21 Fevral 2023 12:54
Men usda iwleyirem 77-PF-916 nomreli tayota pirus mawininda mene mexsus acar qalib bu mawinin sahibi ile elaqe saxlamaq isdeyirem nece tapa bilerem baki babek purospektinde olub
Elnur | 20 Fevral 2023 18:40
DYP-yə müraciət edin. Ya rəsmi şəkildə, ya da 902 qaynar xətti ilə əlaqə saxlayın.
Avtosfer.az | 21 Fevral 2023 12:53
salam mende niva markali masindi urban buferi qoymusam masini adima kecire bilmirem deyirler ki texpasporta urban yazdirmakisam 300 manat ver eleyey
Aydin | 20 Fevral 2023 18:37
Salam. Buferi dəyişməyə görə sənəddə hansısa qeydlərin aparılmasına ehtiyac yoxdur. Şikayətiniz olarsa DYP-yə rəsmi müraciət edə bilərsiniz.
Avtosfer.az | 21 Fevral 2023 12:52
Salam arxa aynaya yazı yazmaqın cermesi var
Arzuman | 20 Fevral 2023 16:53
Salam. Reklam xarakterli yazı yazmaq olmaz. Ümumiyyətlə bu cür yazılar digər sürücülərin fikrini yayındırır. Ona görə də nəqliyyat vasitəsinə əyləncə kimi yox, ciddi və məsuliyyətli yanaşmaq lazımdır.
Avtosfer.az | 21 Fevral 2023 12:51
Nivaya vranqler fara qurasdirilsa cerme oluna biler?
Suret | 20 Fevral 2023 16:38
Bəli, 150 manat cəriməsi var.
Avtosfer.az | 21 Fevral 2023 12:50
Salam masn yesin axdaram tapmaga komekliy ederdiz 01BO618
Eli | 20 Fevral 2023 16:12
Salam. DYP-yə müraciət edin.
Avtosfer.az | 21 Fevral 2023 12:48
Salam .meni qayi saxladi diske gore 16diq diskle surem mende 15 olub pasatkada 40 di cermesi var deyr bununla bagli dedim ver mehkemrye vermedi
Samir | 20 Fevral 2023 13:31
Salam. YPX məhkəməyə vermir. Əgər disk ölçüsü düzgün deyilsə 150 manat cəriməsi var.
Avtosfer.az | 20 Fevral 2023 13:37
Onlayn üzärindän texniki baxışın bitmà tarixini necä öyränä biläräm?
İsmayıl | 20 Fevral 2023 11:14
Asanpay.az saytında elektron kabinet yaradıb baxa bilərsiniz.
Avtosfer.az | 20 Fevral 2023 12:22
salam mende 2106 vaz markalı avtomobilde elave ses siqnalı var bunun cermesi ne qeder ola biler ?
MERHEMET | 20 Fevral 2023 08:55
Salam. Nə siqnalıdır?
Avtosfer.az | 20 Fevral 2023 12:21
Nivaya vossen disk quraşdırılıb cermsesi var?
Arzuman | 20 Fevral 2023 08:54
Ölçü düz deyilsə 150 manat cəriməsi var.
Avtosfer.az | 20 Fevral 2023 12:21
Salam, Avtomobilim 12.02.2023 tarixinde duracağa yerlesdirilib 19.02.2023 tarixinde duracağda ola ola avtomobilime cerime tetbiq olunub, men nece ve hara şikayet ede bilerem mesele ile bagli
Elvin | 20 Fevral 2023 01:09
Salam. Duracağa hansı səbəbə görə qoyulub? Zəhmət olmasa bu haqda məlumatı və bu fotonu 055 335 15 59 nömrəsinin votsapına göndərin.
Avtosfer.az | 20 Fevral 2023 12:20
Salam menim masnimn seriya nomresi 54 ledi yeni sabirabad oz adimadir.men onu deysmek isteyirem yaxin adam var ondada seriya 90di oz adina onu nece deyismek olar rusumu veya qaydasi necedir?zehmet olmasa
Xeyal | 20 Fevral 2023 00:30
Salam. Rüsumu bu linkə daxil olaraq hesablaya bilərsiniz. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 20 Fevral 2023 12:15
Salam. Qabaq purjinlerin usdune tekbir 3luk yada 4luk rezin qoymağin cermesi var?
Maqa | 20 Fevral 2023 00:20
Salam. Qadağandır. 150 manat cəriməsi var.
Avtosfer.az | 20 Fevral 2023 12:14
Salam Lada Niva markalı avtomobilə vrangler faraları qoymağa icazə var mı? Qeyd edim avtomobilin istismarı dayandırılıb.
Ümid | 19 Fevral 2023 03:30
Salam. Qadağandır. Bu maşının ehtiyat hissələri hələ ki, istehsal edilir.
Avtosfer.az | 20 Fevral 2023 12:14
Salam Aleykum,masinimda bu birka yoxtu,bunun ucun masini aformit elemediler,elave pul isdediler,bunu nece qanuni yolla hell etmek olar?
Sail | 19 Fevral 2023 01:59
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/dyp-birkasi-olmayan-masina-gore-surucuye-ne-ede-biler-i%CC%87zah-193644
Avtosfer.az | 20 Fevral 2023 12:13
Salam vaz 2107-ye senedli sekilde pnevma taxdırmağa icaze var? Yeni cerimesi var?
Adil | 19 Fevral 2023 00:12
Salam. Qadağandır. Belə dəyişikliklərin qeydiyyat şəhadətnaməsinə yazılması nəzərdə tutulmayıb.
Avtosfer.az | 20 Fevral 2023 12:12
Salam iki avtomobilim var birinde generalni davernusdu biri ise oz adimadir nomrelerini deyisdirib sure bilerem meselen opelin nomresin bmweye vurub surmek eyer olmazsa bunun mumkunati necedir izzah ede bilersiz?
Ceyhun | 18 Fevral 2023 20:55
Salam. Mümkündür. Bunun üçün DYP-yə yaxınlaşmalısınız.
Avtosfer.az | 20 Fevral 2023 12:11
Kimin adinadir?
Gunaye | 18 Fevral 2023 20:22
Biz bilmirik.
Avtosfer.az | 20 Fevral 2023 12:10
Salam menim maşınımın 160 manat cermesi var onu nece öyrenmek olar ki artıbmı
Arzuman | 18 Fevral 2023 18:56
Salam. Bu linkə daxil olun və cərimə kimin adına yazılıbsa həmin şəxsin məlumatlarını yazaraq baxa bilərsiniz. https://cerime.mia.gov.az/
Avtosfer.az | 20 Fevral 2023 12:08