Banner
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam ,mən necə yoxlaya bilərəm ki,maşın artıq mənim adımdan çıxıb?
Namiq | 29 Noyabr 2022 08:45
Salam. Yalnız DYP-dən soruşa bilərsiniz.
Avtosfer.az | 29 Noyabr 2022 12:53
Salam. Vaz 2107 üçün qabaq peredok və arxa yaylar necə olmalıdır? 8 barmaq ön hissə olsa olar?
Elxan | 29 Noyabr 2022 05:01
Salam. Bunlar barmaqla ölçülmür. Zavod necə buraxıbsa o cür də sürməlisiniz.
Avtosfer.az | 29 Noyabr 2022 12:52
20 DG 340 Texniki baxış bitme tarixi bilmek olar Xaiş edirem
Afiq | 28 Noyabr 2022 21:59
012 590 71 13 nömrəsinə zəng edib soruşa bilərsiniz.
Avtosfer.az | 29 Noyabr 2022 12:52
Salam.Demeli svetaforun *yalniz sağa bölmesi var.2 zolaqli yoldur.yerde yalniz sağa nişanlanma xetti var.svetaforun esas bolmesi *yaşil olduğu halda sağ solaqla düz kecildiyi halda tertib edilen protokol duzgundurmu ?2ci sual:inspektor menim telebim olduğu halda protokolu qerarsiz yazmaqdan imtina edir.bu düzgündürmü?
Karam | 28 Noyabr 2022 19:02
Salam. Yalnız sağa olan zolaqdan düzünə getmisinizsə 40 manat cəriməsi var. Siz narazısınızsa qərar verilməməli idi. Qərar verilmiş olsa belə, onsuz da şikayət etmək hüququnuz var. Amma qayda pozmusunuzsa şikayət etməyinizə də əsas yoxdur.
Avtosfer.az | 29 Noyabr 2022 12:51
Salam bir daha masinimi saliblar iceri arxasi asagi.olduquna gore ama pratokol.yaZmadilar bu duzgundurmu?
Aslan | 28 Noyabr 2022 18:08
Salam. Protokol yazılmalı idi.
Avtosfer.az | 29 Noyabr 2022 12:48
Aftomobil hereket halinda olmadiqda Heransi bir yerde saxlanilibsa surucu aftomobilin yaninda yoxdur Ypx emektasi aftomobili cerme meydancasina apara bilermi
Vuqar | 28 Noyabr 2022 16:13
Dayanma durma qaydasını pozmusunuzsa apara bilər.
Avtosfer.az | 29 Noyabr 2022 12:48
Salam masinin arxa purjunu qizdirilib ve ya yararsiz hala dusubse 10 kruq olmasiana baxmayaraq cerimesi ne qederdidi?
Aslan | 28 Noyabr 2022 16:01
Salam. 150 manat.
Avtosfer.az | 28 Noyabr 2022 16:06
Salam bele isiqlar qadagandir?
Humbet | 28 Noyabr 2022 12:10
Salam. Bəli, qadağandır.
Avtosfer.az | 28 Noyabr 2022 12:51
Salam, dəqiqləşdirmək istəyirəm ki, avtomobilin (mercedes s class) arxa faralarina tündləşdirici vinil/plyonka çəkilməsi qanunla və hansi əsas ilə qadagandir ? Qanunda bunun haqqinda konkret bir madde varmı ? və burda hansisa bir normativ/tənzimləmə varmi məsələn 30%-20% dək tund plyonka vurula bilər və s. Oncədən təşəkkür edirəm.
Orkhan | 28 Noyabr 2022 10:26
Salam. Xeyr olmaz. Qanunda hər şeylə bağlı konkret cümlə yazılmır. Qanunda ümumi yazılıb ki, normativ tələbləri pozan avadanlığın quraşdırılması və dəyişdirilməsi qadağandır. Vinil, plyonka çəkiləndə faranın işıq yayıcılığı aşağı düşür. Ona görə də qadağandır.
Avtosfer.az | 28 Noyabr 2022 12:51
Generalni etibarnameynen sururem mawini satsam yeniden 1 iliy vere biliremi eytibarname geniralni.
Isgender | 28 Noyabr 2022 01:49
Maşını kiminsə adınna keçirdikdən sonra həmin adam sizə 1 illik etibarnamə verə bilər.
Avtosfer.az | 28 Noyabr 2022 12:47
salam mitsubishi io mirvari reng damın qara rəng elemek isteyirem buna icazə var? Avtomobilləri necə faiz renglətmək olar 30 faiz eşitmişəm. Əvvəlcədən təşəkkürlər.
İlqar | 28 Noyabr 2022 00:29
Salam. Qanunda rənglə bağlı 30 faiz məsələsi yoxdur. Damı qara rəng edə bilərsiniz. Amma bunu qeydiyyata aldırmalısınız. Bununla bağlı DYP-yə müraciət edin.
Avtosfer.az | 28 Noyabr 2022 12:45
Salam bash etibarname ile 3cu shexsden sonra qeydiyytai deyishmek olar. Demeli men 5 il erzinde artiq 4defe bash etibarname vermishemse o zaman artiq mashinin sahibi ishtirak etmeden o addan Ada kecirtmek olar? Bir de eger bi bash etibarnameler artiq quvveden cixibsa yene de qeydiyyai deyishmek olar?
Namiq | 27 Noyabr 2022 17:48
Salam. 3-cü şəxs məsləsi odur ki, siz Əliyə (ad şərtidir) etibarnamə verirsinizsə, Əli sizin adnıza keçirə bilməz. Gərək Əli də Vəliyə etibarnamə versin ki, etibarnamədən sizin adınız çıxsın. Bundan sonra Vəli maşını sizin adınıza keçirə bilər.
Avtosfer.az | 28 Noyabr 2022 12:41
Vaz 2107 tuning edib sonra texpasporta nece yazdırmaq olar?
Emil | 27 Noyabr 2022 15:52
Tüninq sənədə yazılmır.
Avtosfer.az | 28 Noyabr 2022 12:39
Salam hadise zamani senedlerim uzerimde olmadigi ucun avtomobil cerime meydancasina aparilmalidirmi?
Rufet | 27 Noyabr 2022 12:45
Salam. Xeyr.
Avtosfer.az | 28 Noyabr 2022 12:39
Salam . Mən 2022 ci il avtomabilin qazanları dəyişib biraz gur db 78 olan ses boğucu qazan qoymuşam . Bununla baglı hər hansı bir qayda pozuntusu etmişəm ? . Yalnız arxa qazanı dəyişmişəm . Katalizator olduğu kimi yerindədəir .
Hikmet | 27 Noyabr 2022 09:07
Salam. Səs 74 db-dən çox olmamalıdır.
Avtosfer.az | 28 Noyabr 2022 12:38
Maşinin axra şusesine yazi yazdirdiqda xeberdarliq edrler yoxsa cerme yazilir ?
Namiz | 26 Noyabr 2022 12:26
Baxır nə yazıdır. Reklam deyilsə cəriməsi yoxdur.
Avtosfer.az | 28 Noyabr 2022 12:36
Salam.Mercedese C class 1998 il amerikankadi.podfalniklar amerikankadi cerime dusur ona?
Natiq | 26 Noyabr 2022 10:25
Salam. Zavod tərəfindən quraşdırılmayıbsa 150 manat cəriməsi var.
Avtosfer.az | 28 Noyabr 2022 12:36
salam. men sekilde gorsediyi kimi ses bogucunu qurasdirmisa ne xor xor ne seskuy hecne yoxdu sakit isleyir 7ay sonra YPX saxlayir cerime meydancasina aparir. Onlar qanuni hereket eliyibler?
Maksim | 25 Noyabr 2022 11:39
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/qaydalar/suruculerin-diqqetine-bmw-de-bu-deyisikliyi-etmek-olar-foto-128246
Avtosfer.az | 28 Noyabr 2022 12:35
Salam. Meni yol patrul emekdawi saxliyaraq,bildirdi ki gece vaxti duman iwiqlarinnan istifade etmek olmaz,bu ne derecede duzgundu?
Orxan | 25 Noyabr 2022 01:17
Salam. Arxa durman işıqlarından yalnız məhdudiyyətli görünmə şəraitində qoşmaq olar. Qabaq duman faralarından isə günün qaranlıq saatlarında yolun işıqlandırılmayan sahəsində yandıra bilərsiniz. Süni işıqlandırma olan yerlərdə qoşmaq olmaz.
Avtosfer.az | 28 Noyabr 2022 12:03
Salam 77FM018 qiymetin deyersiz bir zehmet
Əflan | 24 Noyabr 2022 21:48
Salam. 30 manat cəriməsi var.
Avtosfer.az | 28 Noyabr 2022 12:00
Salam. Niva 2015. Wrangler fara Lupa ile. Buna cerime var? Qanunla qadagandir yoxsa yox. Zehmrt olmasa cavablandirin
Cavid | 24 Noyabr 2022 21:14
Salam. Qadağandır. Çünki zavod Nivanı bu fara ilə istehsal etməyib.
Avtosfer.az | 28 Noyabr 2022 11:59
Salam Alekum. Mashin Niva ön faralari wrangler deyilen faralardandi ancaq LUPA ile. Buna Dovlet Yol Polis idaresinin emekdawlari cerime yaza ve ya mashini cerime meydancasina apara bilermi? Onceden tesekkurler.
Cavid | 24 Noyabr 2022 20:43
Salam. Cərimə yaza bilər. Çünki həmin fara Niva üçün nəzərdə tutulmayıb. Zavod nivanı həmin fara ilə istehsal etməyib.
Avtosfer.az | 28 Noyabr 2022 11:33
Avtomobili bufersiz idare etmek olarmi? Her ikiside cixardilib renqe verilib.
Mahir | 24 Noyabr 2022 16:20
Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/yol-polisi-bufersiz-masini-duracaga-apara-biler-qaydalar-190157
Avtosfer.az | 28 Noyabr 2022 11:32
Niva. Urbana yığılıb. Amma senet yazılmayıb. Dovlet rusmu ile ne odemeliyem.
Adoş | 24 Noyabr 2022 15:11
Bunun üçün sənədə nəsə yazılası deyil.
Avtosfer.az | 28 Noyabr 2022 11:30
Salam Bakı-Quba yolunun 105km cəkilib 327.2. - əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması EQ gəlib. Bu yol təmir olundugundan yolun sagi baglı oldugundan yolun soluna keçib avtomobili saxlamaq istəmişəm və videoda avtomobilin N-si görsənmir. Bu protokol haqqında nə deyə bilərsiniz.
Bəxtiyar | 24 Noyabr 2022 05:17
Salam. Düz xəttin tələbini pozduğunuza görə cərimə düzgün yazılıb.
Avtosfer.az | 28 Noyabr 2022 11:29
Salam zavod pnevma olmayan maşına pnevma qoşmaq olar yoxsa cəriməsi var?
Niyaz | 24 Noyabr 2022 00:06
Salam. Olmaz. 150 manat cəriməsi var.
Avtosfer.az | 28 Noyabr 2022 11:19
Salam 06-ya led, lupa işıqlara icazə var?
Samir | 23 Noyabr 2022 23:07
Salam. Xeyr.
Avtosfer.az | 28 Noyabr 2022 11:19
24 FD 024 NOMRESININ QIYMETI?
Ferid | 23 Noyabr 2022 22:36
30 manat.
Avtosfer.az | 28 Noyabr 2022 11:18
Salam chovrelet cruz da amerkanka iwiklari qowulubsa farada cerimesi nedi ?
Semed | 23 Noyabr 2022 19:10
Salam. Sonradan quraşdırılıbsa 150 manat cəriməsi var.
Avtosfer.az | 28 Noyabr 2022 11:18
Salam vaz 21 06 yarı ağ banini ise qara reng vurdurmaq isdeyirem rengini deyismek isdeyirem bir sozle ne qeder maddi miqdar cixar
Bahadur | 23 Noyabr 2022 18:51
Salam. 60 manat 80 qəpik rüsumu var.
Avtosfer.az | 28 Noyabr 2022 11:18