Salam.avtomobilin ön şüşəsinin alt hissəsinə söz yazdırmaq qadağandırmı?
Elxan | 21 Oktyabr 2022 14:28
Salam. Görünüşü məhdudlaşdırırsa olmaz.
Avtosfer.az | 21 Oktyabr 2022 14:53
Salam.Men niva avtomobilin qabag purjunun usdundeki reyzini 1lik di onu dəyişib 2 lik qoymaq isdiyirem cermesi var?
Cavid | 21 Oktyabr 2022 12:46
Salam. Olmaz. Zavod necə buraxıbsa, o cür idarə etməlisiniz.
Avtosfer.az | 21 Oktyabr 2022 12:59
salam tayota corolla 2004 ci il /1.4 mator benzin masinin öz adima kecirmek rusumu ne qederdir
idrak | 21 Oktyabr 2022 11:01
Salam. Bu linkə daxil olaraq hesablaya bilərsiniz.
https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 21 Oktyabr 2022 11:40
Salam menim masinimda arxa yaylar qizidirilib.amma kesilmeyib.buna gore mene 150 manat cerime yazilib ve cerime meydancasina qoyulub.bu duzgun qerardi?
Elcin | 21 Oktyabr 2022 03:10
Salam. Konstruksiyaya müdaxilə olunduğu üçün düzgün edilib.
Avtosfer.az | 21 Oktyabr 2022 11:39
Salam. Masinin(vaz2107) arxasina yuk yigib sursem, buna gore mene cerime yazila bilermi? Istiyirem arxasi biraz asagi olsun
Zaur | 21 Oktyabr 2022 02:34
Salam. Zavod onun arxasında neçə kiloqrama qədər yük daşımağa icazə verirsə, o qədər yük daşımlasınız. Ondan artıq yük daşımaq olmaz. Cəriməsi 40 manat olacaq.
Avtosfer.az | 21 Oktyabr 2022 11:38
Salam BMW e39 2000ci ile sport Purjuna icaze var???
Adil | 20 Oktyabr 2022 22:26
Salam. Xeyr, icazə yoxdur.
Avtosfer.az | 21 Oktyabr 2022 11:37
maşınan başım çıxmırdı menim 1000 manatlıq maşını mene 3500 satıblar çaşın çox pis gündedi qaytarmaq isteyirem yiyesini tapıb
yaşar | 20 Oktyabr 2022 21:42
Məhkəməyə müraciət edin.
Avtosfer.az | 21 Oktyabr 2022 11:37
Salam masina nece barmağ Peredok vermeye icaze var
Fərid | 20 Oktyabr 2022 18:37
Salam. Heç neçə barmaq. Qadağandır.
Avtosfer.az | 21 Oktyabr 2022 11:34
Salam men dovlet nomre nisaniyla avtomobilin sahibinin nomresin nece elde ede bilerem ?
Elşad | 20 Oktyabr 2022 16:25
Salam. DYP-yə müraciət edin.
Avtosfer.az | 21 Oktyabr 2022 11:32
Salam avtomobili ickili idare eden surucu nece manat cerime olunur?ve mehkeme qerar vere bilermi oldugu cerimeni hisse hisse odesin?
Tural | 20 Oktyabr 2022 16:10
Salam. 400 manat 5 bal və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə cərimə qərarı versə birdəfəlik ödənilir. Hissə-hissə olmur.
Avtosfer.az | 20 Oktyabr 2022 16:21
Salam. Yan qabaq şüşələr plyoka nə də ki jalusden isdifade etməmişəm şüşələr özündən qaradır. Jaluz və pərdə ucun cərimə 150 manat oxumuşam şüşə özündən qara üçün isə 50 manat. Bu duzdur
Elnur | 20 Oktyabr 2022 14:05
Əgər şəffaflıq 70 faizdən azdırsa 50 manat cərimə oluna bilərsiniz.
Avtosfer.az | 20 Oktyabr 2022 15:17
Salam nomreni qabag şuşeye qoymag cermedirmi ve ne qederdir cermesi
Mensur | 20 Oktyabr 2022 00:47
Salam. 40 manat cəriməsi var.
Avtosfer.az | 20 Oktyabr 2022 10:49
Bir də maşın texniki baxışdan necə olur keçir suseleri dəyişmək standartlara uyğun olduğu deyilir polis cərimə yazir
Elnur | 19 Oktyabr 2022 23:53
Sualınız aydın olmadı. Cümləni başa düşülən şəkildə qurun. "texniki baxışdan necə olur keçir suseleri dəyişmək standartlara uyğun" - bu cümlədən heç nə başa düşülmür.
Avtosfer.az | 20 Oktyabr 2022 10:48
Salam her vaxtınız xeyir. Görüntünü məhdudlaşdıran qara yan aynalar üçün cərimə nə qədərdir. Maşın cərimə meydançasına getməlidirmi. Sərnişinlər necə yolda salınıb maşınsız qalmalıdır yoxsa mənzil başına çatdırılmalıdır.
Elnur | 19 Oktyabr 2022 23:50
Salam. Ön şüşə və ön yan şüşələrə plyonka vurmaq 150 manat cərimədir. Yerində aradan qaldırıla bilirsə sökülür, cərimə yazıldıqdan sonra buraxılır. Yerində aradan qaldırmaq mümkün olmadıqda duracağa aparılır.
Avtosfer.az | 20 Oktyabr 2022 10:47
Sernisin qazelleri yuke cevirmek ucun hansi rusumlar odenilmelidir
Murtuz | 19 Oktyabr 2022 23:06
Bunun üçün öncə DYP-yə müraciət etməlisiniz. Onlardan razılıq aldıqdan sonra, zavod şəraitində yük sərnişinə çevirilə bilər. Rüsum: 30 manat texniki müayinə, 30 manat qeydiyyat şəhadətnaməsi.
Avtosfer.az | 20 Oktyabr 2022 10:45
Sqlam hervaxtnz xeyir şekildeki çeşqaya dalni zeif hansı lampalardan istifade edim ki hem gur olaun hemde keyfiyyetdi olsun cerimeside olmasn
Abdulla | 19 Oktyabr 2022 18:18
Salam. Zavod hansı lampanı nəzərdə tutubsa ondan istifadə edin.
Avtosfer.az | 20 Oktyabr 2022 10:44
Salam istismara yararsiz yayin masinin usdunde olmasi yeni mashini olu purjinle surulmesinin negeder cerimesi var ve masin dayanacaqa gedmelidir ? Zehmet olmasa pratkol nomresi ile mene izah ederdiz
Elsad | 19 Oktyabr 2022 14:04
Salam. Ölü yaylara görə cərimə yoxdur və maşın duracağa aparıla bilməz.
Avtosfer.az | 20 Oktyabr 2022 10:43
salam. sonuncu etibarname menim adima oldugu ucun cerimeler mene gelir. bunu nece ede bilerem bundan sonra cerime olunarsa oz unvanina getsin ve kohne cerimeler ona yazilsin?
Asif | 19 Oktyabr 2022 13:25
Salam. Ya etibarnaməni ləğv etdirməlisiniz, ya da ki, DYP-yə rəsmmi müraciət edib maaşının gündəlik olaraq digər şəxs tərəfindən idarə edildiyini bildirməlisiniz. Və ərizədə xahiş edin ki, Mərkəzi İnformasiya Sistemində düzəliş etsinlər ki, bundan sonra cərimə birbaşa həmin adamın adına tərtib edilsin.
Avtosfer.az | 20 Oktyabr 2022 10:42
Salam ses bogucuya basliq taxilanda cerime olunur
Eyvaz | 18 Oktyabr 2022 22:42
Salam. Əgər səs desibelini artırmırsa quraşdırmaq olar.
Avtosfer.az | 20 Oktyabr 2022 10:39
Salam arxa kemerin olmamasina cerime duwur duwurse neqederdir?
Ismayil | 18 Oktyabr 2022 13:03
Salam. Bu nasazlıq sayılır. Nasazlığı aradan qaldırmaq mümkün olmadıqda 50 manat cəriməsi var.
Avtosfer.az | 18 Oktyabr 2022 16:27
Salam sabahınız xeyir olsun mənim masinimda qabaqda spiçka var nə qədər cermesi var maşını ştrafnoya saliblar
Orxan | 18 Oktyabr 2022 09:42
Salam. 150 manat cəriməsi var.
Avtosfer.az | 18 Oktyabr 2022 16:27
Salam niva markali avtomobile qalenvagen buferleri yigdirb onu tex pastorta yazdirmaq olarmi
Serxan | 18 Oktyabr 2022 00:45
Salam. Xeyr, qadağandır.
Avtosfer.az | 18 Oktyabr 2022 16:26
Cavablandirdiginiz ucun cox sagolun,Sumqayit Yol Polisi Idaresi QI ve TB şobesi,eger mawin oz adimda deyilse generalni davernusla da satsam muqavile idarede baglanmalidirmi?
Səbuhi | 17 Oktyabr 2022 20:17
Bəli, fərq etmir. DYP-də bağlana bilər müqavilə.
Avtosfer.az | 18 Oktyabr 2022 16:26
Salam cerime meydançasından avtomobili çıxarmaq üçün cerimeniharada ödemek lazımdır
Abdulla | 17 Oktyabr 2022 19:33
Salam. Cərimə yazılıbsa banka, poçta ödəməlisiniz. Əgər cərimə yazılmayıbsa DYP-yə yaxınlaşın.
Avtosfer.az | 18 Oktyabr 2022 16:25
Salam mene 50manat cerime gelib ancaq ne etmisem hansi qaydani pozmusam yazilmayib,yoxlayiram sadece 50m odemlisiz yazilib birde tarix var vessalam,bunu men nece oyrene bilerem neile cermelenmisem?
Elvin | 17 Oktyabr 2022 19:03
Salam. Asanpay.az saytında elektron kabinet yaradaraq protokolun foto və videosu ilə tanış ola bilərsiniz. Və yaxud sms radarda aylıq 1 manat ödəməklər bütün cərimələrin fotosuna baxa bilərsiniz.
Avtosfer.az | 18 Oktyabr 2022 16:24
arxa yan susekere perdelerin vurulmasi qayda pozuntusudu ya yoxx.arxa perdelr men bileni yan wuwelere tovsiye olunmur
orxan | 17 Oktyabr 2022 15:04
Əslində plyonka və pərdə qanunla qadağandır. Sadəcə plyonkaya qeyri rəsmi icazə verildiyi üçün, pərdəyə cərimə yazmaq düzgün hesab edilmir. Ya bunların ikisinə də icazə verilməlidir, ya da ikisi də qadağan olunmalıdır.
Avtosfer.az | 17 Oktyabr 2022 15:14
Salam iki gun once vaz dayresinden uzu masazir (arxa yolla)isdiqametinde herekette olarken bir qezaya duşdum (gece saatlarında) . Yolun hereket hissesine Plasdik bardurlar qoyulmuşdu ve bunla baqlı hecbir znaktan,atrajatelden isdifade olunmamışdır.
Sigorta şırketi (icbari sigortadir mende) yalnız 3 cu şexslere deymiş ziyanı odeye bildiklerinin bildirdi((
Bu halda ne etmeliyem ?
Zehmet olmasa komeklik ederdiz
Anar | 17 Oktyabr 2022 12:36
Salam. DYP-yə müraciət edib qəza ilə bağlı forma 3 almalısınız, daha sonra yola cavabdeh olan qurumu müraciət edib və ya məhkəməyə müraciət edərək dəymiş ziyanı tələb etməlisiniz.
Avtosfer.az | 17 Oktyabr 2022 14:43
Salam men Lada priorada diskleri deyiwmey istyrem onun bir cermesii var?Birde pnevma qoydurmag olar?
Ibrahim | 17 Oktyabr 2022 10:36
Salam. Pnevma olmaz. Zavod ölçüsündən böyük və ya balaca disk qoymaq olmaz.
Avtosfer.az | 17 Oktyabr 2022 14:42
Salam aleykum maşını addan ada keçirmək nə qədər pul lazımdı? Mən Beyləqan rayon qeydiyatıyam qarşı tərəf isə bakı qeydiyatıdı maşında 1.5 matordu ?
Rüfət | 17 Oktyabr 2022 09:34
Salam. Bu linkə daxil olaraq hesablaya bilərsiniz.
https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 17 Oktyabr 2022 14:41
Salam maşınım ağdır, damı isə ponarama qara. Kopota bütöv qara vinil çəkmişəm və bununla əlaqəli saxlanılıram. Maşında qanunsuz nəsə dəyişiklik sayılır? Sayilirsa hansi maddədə bildirilib ?
Farid | 17 Oktyabr 2022 02:14
Salam. Bunun qadağan olub olmadığını DYP-yə rəsmi ərizə yazmaqla soruşa bilərsiniz. Müraciət edərkən qeydiyyata aldırmağı da xahiş edin.
Avtosfer.az | 17 Oktyabr 2022 14:39