Salam.Bir sualim olacaq.Son dovernus menim adima olduguan gore bashqasinin cerimesi ve bali mene gelib.ne ede bilerem.cerime odenilecek peoblem deyil bal nece mene gelmesin edim?
Tural | 16 Oktyabr 2022 18:05
Salam. Cərimə yazılan gündən 20 gün müddətinə kimi DYP-yə müraciət edib maşını digər şəxsinn sürməsi ilə bağlı vəsatət verməlisiniz. Bu halda protokol dəyişdirilir.
Avtosfer.az | 17 Oktyabr 2022 14:37
salam hervaxdiniz xeyir bizde mersedes E 320 avtomobilidir biz bunun rengini deyismek isdeyirik bununucun hansi icazeler lazimdi neler lazimdi deye bilersiz zehmet olmasa
FEQAN | 16 Oktyabr 2022 16:56
Salam. DYP-yə rəsmi ərizə ilə müraciət edin, cavab aldıqdan sonra rəngi dəyişib maşını qeydiyyata aldıra bilərsiniz.
Avtosfer.az | 17 Oktyabr 2022 14:36
Salam. Menim avtomobilim bir cixishlidir onu ses gucunu artirmamaq sherti ile iki cixishli ede bilerem? Onuda deyimki konstruktiv cehetden avtomobilim aldinda bunlar nezere alinib yeni original qazan ucun yer var
Ismayil | 16 Oktyabr 2022 10:19
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/qaydalar/suruculerin-diqqetine-bmw-de-bu-deyisikliyi-etmek-olar-foto-128246
Avtosfer.az | 17 Oktyabr 2022 14:35
A1 kateqoriyasini 16yasda ala bilerem
Revan | 16 Oktyabr 2022 01:08
Bəli ala bilərsiniz.
Avtosfer.az | 17 Oktyabr 2022 14:29
Salam qarmowka perdenin hansi maddey esasinfa cerme tetbiq edirler?
Emil | 16 Oktyabr 2022 01:04
Salam. Onu biz bilmirik. Protokola baxın.
Avtosfer.az | 17 Oktyabr 2022 14:27
Salam led iwiq qoya bilerem mende istismari dayandirilmiw neqliyyat vasitesidir. Yol hereket qaydasinin 1 sayli elavesi dede qeyd olunub istismari dayandirlimiw neqliyat vasitesine xarici iwiq qurawdirmaq qadagan deil bu duzdur?
Emil | 16 Oktyabr 2022 01:04
Salam. Nə maşınıdır sizdə?
Avtosfer.az | 17 Oktyabr 2022 14:24
Salam zehmet olmasa deyerduz bu etikete gore cerime duwur? Vursam
Rizvan | 15 Oktyabr 2022 20:30
Salam. Xeyr, cəriməsi yoxdur.
Avtosfer.az | 17 Oktyabr 2022 14:20
Salam sade nivaya urban buferi qoymusam buna gore respublika qaide ada kecirtmirler deyir ged urban yazdir senede
Ferhad | 15 Oktyabr 2022 18:29
Salam. Düzgün etmirlər. DYP-yə rəsmi qaydada müraciət edin.
Avtosfer.az | 17 Oktyabr 2022 14:20
Salam Ön şuseye yazi yazdirmaqin cerimesi var ?yeni patprese ?
Yusif | 15 Oktyabr 2022 10:51
Salam. Görünüşü məhdudlaşdırırsa olmaz. Ümumiyyətlə bu cür şeylərə yol verməyi məsləhət görmürük. Yazı yazmaq üçün evdə güzgünün, pəncərənin üzərinə vurub həvəsinizi öldürə bilərsiniz. Maşını oyuncaq hesab etməyin. Təsəvvür edin qatar sürücüsü və ya təyyarə pilotu şüşəyə hər hansısa bir sticker yapışdırır. Bu anormal hal kimi qarşılanacaq. Nəqliyyat vasitəsini nəqliyyat vasitəsi kimi istifadə etmək lazımdır.
Avtosfer.az | 17 Oktyabr 2022 14:18
Salam. Cerime barede sms gelerse AsanPay vasitesile. Hemin cerime ne zaman yazilmis cerime hesab olunur?
Akif | 15 Oktyabr 2022 09:38
Salam. Onu bilmək üçün Asanpay.az saytında elektron kabinet yaradıb protokolla tanış ola bilərsiniz.
Avtosfer.az | 17 Oktyabr 2022 14:12
Salam vetendaşa mexsus olan iki avtomobil meselen a ve b .O nomrelerin yerini deyishmek isteyir. A masıdan B masınına. B masindan A masinina.Bunun dovlet qanunvericiliyine göre nece etmeli.Xerci ne olar
Anar | 15 Oktyabr 2022 07:18
Salam. Bu linkə daxil olaraq ətraflı məlumat ala bilərsiniz.
https://avtosfer.az/az/oyrenek/avtomobil-nomresinin-qanuni-yolla-perekidka-edilmesi-qaydalar-99820
Avtosfer.az | 17 Oktyabr 2022 14:11
salam texpasportda muherrik nomresi yoxdu onu nece bilmey olar ki mator ozune mexsusdu ya yox ?
hemze | 14 Oktyabr 2022 23:52
Salam. Onu yalnız DYP-yə müraciət eməklə kötük sənədinə baxmaq lazımdır.
Avtosfer.az | 17 Oktyabr 2022 13:49
Salam zəhmət olmasa deyərdiniz VAZ 2107 markalı nəqliyyatda zavod istehsalında arxa qoruyucu kəmərlər qoyulmayibsa yol polisi bununla bağlı cərimə tətbiq edə bilər ya yox?
Xəyyam | 14 Oktyabr 2022 15:48
Salam. Əgər həqiqətən zavoddan kəmərsiz gəlisə cərimə yazıla bilməz. Lakin əksər sürücü onu sonradan çıxarır və deyir ki, zavod kəmərsiz buraxıb. Kəmərsiz maşınlar ən çox 60-cı 70-ci illərdə olub. Ondan sonra buraxılan maşınlarda kəmər olub.
Avtosfer.az | 17 Oktyabr 2022 13:48
Salam Vaz 2107 ucun 215/50 R13 tekeri qoymaq istetiyirem.Zavoddan R13 gelib.Bunun cerimesi varmi?
Samir | 14 Oktyabr 2022 08:03
Salam. Zavod hansı ölçüyə icazə verirsə, həmin ölçüdən kənara çıxmaq olmaz.
Avtosfer.az | 17 Oktyabr 2022 13:46
Salam Samux yolunda 342.5 maddesi ile mene 50 azn cerime yazildi,amma Muherrik normal isleyir,aparatla baxib cerime yazdilar bu neqeder doģrudur?
hezin | 13 Oktyabr 2022 19:39
Salam. Dəm qazına görə yazılıbsa aparatın göstəricisi üstün götürülür.
Avtosfer.az | 17 Oktyabr 2022 13:36
Salam.avtomobilin tekce on bamper ve qabaq radiaotur barmaqligi yoxdursa cerime yazilir avtomobile?yazilirsa cerimesi neqederdir zehmet olmazsa deyerdiniz
Rauf | 13 Oktyabr 2022 17:49
Salam. Bu linkə daxil olub ətraflı məlumat ala bilərsiniz.
https://avtosfer.az/az/oyrenek/yol-polisi-bufersiz-masini-duracaga-apara-biler-qaydalar-190157
Avtosfer.az | 17 Oktyabr 2022 13:35
Salam bu cür faraya görə avtomobil cərimə meydançasına aparıla bilər? ( Qeyd edim ki, prius üçün zavod istehsalı angel fara möcuddur) Şəkildə olan isə yığılmadır
Həsən | 13 Oktyabr 2022 15:37
Salam. Foto gəlməyib. Qeyd edək ki, zavod Prius üçün angel fara nəzərdə tutmayıb.
Avtosfer.az | 17 Oktyabr 2022 13:34
Salam bu masinin ustunu qaraltmaq ucun hansi senedleri duzeltmek lazimdi?
Ilkinxan | 13 Oktyabr 2022 13:50
Salam. Maşının damını qaraltmaq üçün DYP-yə rəsmi müraciə edin. Razılıq aldıqdan sonra rəngi dəyişin və sonra sənədləşdirin.
Avtosfer.az | 17 Oktyabr 2022 13:33
Salam suruculuk vesiqem mehkeme qerari iyle mehdudlasdirilibdir.Vaxtindan evvel hansi yolla nece pravami azad edib elde ede bilerem ?
Rehimov orxan ilqar | 13 Oktyabr 2022 10:47
Salam. Nəyə görə məhdudlaşdırılıb? Səbəbi yazın izah edək.
Avtosfer.az | 17 Oktyabr 2022 13:32
Salam hervaxtını xeyr maşınım nivar urbandaı salondan o probeq urban buferleri ile gelib bugun polis saxladib deyirki senedde qeyd olunmalidirki bu maşın urbandı men ne etmeliyem
Asiman | 13 Oktyabr 2022 01:33
Salam. Belə şeylər sənədə yazılmamalıdır. DYP-yə rəsmi şikayət edin. Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/qaydalar/bu-deyisikliklere-gore-texpaport-deyismelidirmi-i%CC%87zah-122602
Avtosfer.az | 17 Oktyabr 2022 13:31
Avtomobilime lupa fara yigdirmaq istiyirem yaxin ve uzaq isiqlari ucun cerimesi varmi?Yeni hecne kabel falan deyismeden sadece şteker deyilen levazimatla deyisilib fara yigilacaq cerimesi varmi? Varsa onu texpasporta qeyd etdirmek mumkundurmu?
Emil | 13 Oktyabr 2022 00:23
Belə şeylər texpasporta yazılmır. Onu quraşdırmaq üçün isə mütəxəssislə məsləhətləşməyiniz tövsiyə olunur.
Avtosfer.az | 17 Oktyabr 2022 13:29
Salam.kənd magistal yoldan.yəni.baş trasdan 3kilometir aralı mesafede yerləşir.bir neçe ildirki asvalt ötüyü olnub.ovaxtdan yol polis emkdaşları xidmeti aftomabillerilə.o kəntdə istediyi vaxt gəlir xidmət aparır.amma.bu yol.nizamlanmayan.yoldu.heç bir znak yoxdur.bu xidmət qanunidirmi?
Mahir | 12 Oktyabr 2022 22:45
Yolda nişan yoxdursa o demək deyil ki, yol polisi xidmət apara bilməz. Xidmət zamanı bəlkə kəmərdən istifadə etməyən, sükan arxasında telefonla danışan və ya sərxoş sürücüləri saxlayır?
Avtosfer.az | 17 Oktyabr 2022 13:28
Salam.aftomabili idarə etdikdə
siqaret çəkməgin cəriməsi varmı.varsa nəgədərdi?
Mahir | 12 Oktyabr 2022 22:24
Salam. Şəxsi maşınınızı idarə edərkən siqaret çəkməyin cəriməsi yoxdur. Amma siqaretin kötüyünü bayıra atsanız 40 manat cəriməsi var.
Avtosfer.az | 17 Oktyabr 2022 13:26
motor1.4 opel astra.il 2004.ada kecirmek ucun dovlet rusumu ne qederdi.zehmet olmasa
Esger | 12 Oktyabr 2022 22:15
Salam. Bu linkə daxil olub hesablaya bilərsiniz.
https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 17 Oktyabr 2022 13:25
Salam opel astra h 1.4 mühərrik il 2004 , avtomabili ada keçirməkçün nəqədər dövlət rüsumu tələb olunur?
Ruslan | 12 Oktyabr 2022 22:14
Salam. Bu linkə daxil olub hesablaya bilərsiniz.
https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 17 Oktyabr 2022 13:24
Salam maşnimi cerme meydançasina saliblar sebeb arxa purjunlarin kesiy olmaqi ama mene heç bir pratakol tertib etmeyibler deyiblerki sabah gedersen idareye 5ci otaqa maşin vaz2107di arxa purjun 9kuruqdu bu halda men ne etmeliyem ?
Siyavus | 12 Oktyabr 2022 22:03
Salam. Əslində yerindəcə protokol tərtib edilib duracağa aparılmalı idi. Siz yaxınlaşın 5-ci otağa aydınlaşdırın.
Avtosfer.az | 17 Oktyabr 2022 13:24
Cixaris almag ucun hara muraciyet etmak lazimdi.neca vaxta verilir.....
Huseynova Svetlana | 12 Oktyabr 2022 19:34
Daşınmaz əmlak çıxarışı ilə bağlı aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur. Burada yalnız yol hərəkəti haqqında qanunla bağlı suallar cavablandırlır.
Avtosfer.az | 17 Oktyabr 2022 13:22
Salam her vaxdiniz xeyir avto mawini bawqa bir avtomawinin dovlet qeydiyyat niwaniyla idare etmeyin cerimesi ne qederdir
Seymur | 12 Oktyabr 2022 17:30
Salam. 4 bal 60 manat cəriməsi var.
Avtosfer.az | 17 Oktyabr 2022 13:20
Salam, sertifikatla passat cc mawinina uygun sport prujine cerime var?
Farid | 12 Oktyabr 2022 14:45
Salam. 150 manat cəriməsi var.
Avtosfer.az | 17 Oktyabr 2022 13:20
Salam menim maşının matorumu bloku çatlayıb düzelesi deyil men nece matorumu deyişe bilerem mene kömeklik edesiz matorun nömresini senedde nece yazdirim
Vasif | 12 Oktyabr 2022 13:11
Salam. Yeni sənədli blok alıb dəyişə bilərsiniz. Sənədsiz bloku qanunla həll etmək olur, sadəcə bir az uzun prosesdir. Bu linkə daxil olub ətraflı məlumat ala bilərsiniz.
https://avtosfer.az/az/oyrenek/senedsiz-muherriki-qeydiyyata-aldirmagin-qanuni-yolu-rusumu-budur-vi%CC%87deo-159658
Avtosfer.az | 17 Oktyabr 2022 13:17