SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam.Mən də hər gün bir neçə qayda pozuntusunun şahidi oluram.Onu sizə necə göndərim?Əsas odur yol polisi cərimələyəcək onları?
Pərviz | 12 Oktyabr 2022 11:28
Salam. [email protected] emailina göndərin. Yayılan videolar əsasında sürücülər cərimələnir.
Avtosfer.az | 17 Oktyabr 2022 13:07
Salam,sualim maşini addan ada kecirmekle baglidir,maşin(hyundai sonata 2010) emimoglunun adindadir menim adima kecirtmek isteyirik,her ikimiz fiziki şexsik,Meroya yaxinlasdiq dediler notariusdan alqi-satqi ceki getirin,notariusa da getdik 93manat muqavile rusumu dedi elave olaraq mawinin meblegini bankda real olaraq gonderib cekini teleb edir, Men başa dusduyum qeder Cenab Prezidentimizin "Negdsiz hesablaşmalar haqqinda" qanuna etdiyi deyisiklikden sonra yalniz huquqi sexsler kocurme yoluyla odenis edir.,eger ele deyilse de proses barede etrafli melumat vermeyinizi xahiş edirem.,onceden teşekkürler
Səbuhi | 12 Oktyabr 2022 03:55
Salam. Bəli düz vurğulayırsınız. Fiziki şəxslər arasında olan alqı-satqıya aid deyil. Hətta sizi notariusa da göndərə bilməzdilər. Alqı-satqı müqaviləsi meronun özündə bağlanmalı idi. Söhbət hansı merodan gedir?
Avtosfer.az | 17 Oktyabr 2022 11:27
Salam.kia stinger 2017 avtomobiline sport hava filterinin cerimesi var?
Emin | 12 Oktyabr 2022 00:57
Salam. Hava filteri səsi dəyişirsə olmaz.
Avtosfer.az | 17 Oktyabr 2022 11:25
Salam 2107 qabax sport purjun olduğna gore cerme meydançasina getiribler sport purjunun cermesi varmi ?
Təmraz | 11 Oktyabr 2022 17:48
Salam. 150 manat cəriməsi var.
Avtosfer.az | 17 Oktyabr 2022 11:24
Azerbaycanda toyato suprya icaze varmı ?
Rəvan | 11 Oktyabr 2022 17:35
Maşındırsa niyə icazə yoxdur ki.
Avtosfer.az | 17 Oktyabr 2022 11:23
Salam, bmw 328 markalı avtomobil M3-ə yığılıbsa (yalnız arxa və qabaq bufer) bu zaman maşının addan ada keçirilməsi zamanı texpasporta "M3-ə yığılıb" yazdırmaq və ya buferləri sökdürmək lazımdır ya yox?
Elçin | 11 Oktyabr 2022 13:42
Salam. Xeyr. Belə şeylər texpasporta yazılmamalıdır.
Avtosfer.az | 17 Oktyabr 2022 11:23
Salam. Xachmaz rayonun erazasinde 99 PJ 296 qeydiyyat nishani itirilib. Polise muraciyyet etmishik. Sadece bir melumat olsa Sizde, zehmet olmasa bildire bilersiz? Elaqe nomrem +994508229229
Alima | 11 Oktyabr 2022 11:24
Salam. Məlumat olsa bildirərik.
Avtosfer.az | 17 Oktyabr 2022 11:15
Salam.tekerin olculeri bunlardi,indj men 245 50 R17 qoya bilerem mawina?
Orxan | 11 Oktyabr 2022 00:56
Salam. Onu biz bilmirik. Sizin maşının zavodu icazə verirsə olar, icazə vermirsə olmaz.
Avtosfer.az | 17 Oktyabr 2022 11:15
Salam . Avtomobilin ön alın şuşesine yazı (Ad , soyad) ve ya stiker yapışdırılması qadagandırmı ?
Kənan | 10 Oktyabr 2022 23:28
Salam. Görünüşü məhdudlaşdırırsa qadağandır.
Avtosfer.az | 17 Oktyabr 2022 11:14
Salam . Eger cerime olunmushamsa ve 2 ay kecibse hele qerarsizsirsa men odeye bilmiremse ne etmeliyem sonra problem olmasin
Elgun | 10 Oktyabr 2022 21:13
Salam. 1 ilin tamamına kimi qərarsız qalsa avtomatik silinəcək. Arada yoxlayın, qərar verilən kimi ödəyin.
Avtosfer.az | 17 Oktyabr 2022 11:14
Salam. Men xarici olke vetendashiyam. Olkeye avtomobil getirdikde onun gomruk proseduru nece tenzimlenir? Meselen Amerikadan avtomobil getirmek istesem. Teshekkur edirem.
Elxan | 10 Oktyabr 2022 19:03
Salam. Gömrüyün 195/6 qaynar xəttinə zəng edib məlumat ala bilərsiniz.
Avtosfer.az | 17 Oktyabr 2022 11:07
Salam. “Angel” fara mawina qoydursam onun cerimesi var? Wekilde var.
Orxan | 10 Oktyabr 2022 17:32
Salam. 150 manat cəriməsi var.
Avtosfer.az | 17 Oktyabr 2022 11:04
Qarmoska perdeye icaze varsa,niye yol polisi saxliyib cerime edir??Hara wikayet etmek lazimdir?Harda yazilib ki icaze yoxdu????Plenkaya icaze varsa qarmoska perdeye de icaze var.Eger bu qanunda varsa zehmet olmasa hansi madde de qeyd olunduqunu deyersiniz
Orxan | 10 Oktyabr 2022 16:39
Əslində plyonka da qanunla qadağandır. Amma qeyri rəsmi icazə verilibsə, pərdəyə də icazə verilməlidir. Bu barədə DYP-yə müraciət edin.
Avtosfer.az | 17 Oktyabr 2022 11:05
Disk uzerinde di,sadece diskin ozunu ve tekerin olcusunu deyiwmek istiyirem
Orxan | 10 Oktyabr 2022 16:35
Zavod hansı ölçüyə icazə verirsə o ölçüdən kənara çıxmaq olmaz.
Avtosfer.az | 17 Oktyabr 2022 11:04
Salam.Desepelin olculme qaydasin deyerdiz zehmet olmasa?nece metr mesafede hansi qaydada olculmelidi?matorun tempraturu?nece abarotda saxlamag lazimdi? Bulari. Zehmet olmasa
Rahib | 10 Oktyabr 2022 14:52
Salam. Onunla bağlı google-da axtarış verib məlumat əldə edə bilərsiniz.
Avtosfer.az | 17 Oktyabr 2022 11:03
Salam. Avtomobilin at gücünün artdirilmasi qadagandirmi? (chiptuning ile)
Elmar | 10 Oktyabr 2022 14:26
Salam. Əslində olmaz.
Avtosfer.az | 10 Oktyabr 2022 14:28
bes qarmoska perdeye icaze varmi? veya herhansi bir mehdudiyyet qoyulubmu?
Elmar | 10 Oktyabr 2022 14:19
Əslində icazə var. Sadəcə yol polisi cərimə yazır.
Avtosfer.az | 10 Oktyabr 2022 14:28
Salam. Zavod teker olculerine haradan baxmaq olar?Mende teker 15 likdi,onu istiyirem 17 lik eliyim.Mawin chevrolet aveo 2012 di
Orxan | 10 Oktyabr 2022 13:19
Chevrolet üçün zavod hansı ölçünü nəzərdə tutubsa, həmin ölçüdən kənara çıxmaq olmaz.
Avtosfer.az | 10 Oktyabr 2022 13:53
Barəmdə tərtib edilmiş EQ 11600241,EQ 11651386 ,11655316 nömrəli inzibatı xəta protokol üçün 03.10.2022 tarixdən inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə minib. Zəhmət olmasa inzibati xəta olan yerin ünvanını mənə yazılı və qayda pozulan yerdə avtomobilin şəkilini göndərərdiniz!
ANAR | 10 Oktyabr 2022 12:23
Belə məlumatlar bizdə olmur. Asanpay.az saytında elektron kabinet yaradıb baxa bilərsiniz və ya DYP-yə müraciət etməklə fotoları əldə edə bilərsiniz.
Avtosfer.az | 10 Oktyabr 2022 13:52
Salam. Zavod tekeri deyiwib onun yerine disk teker qoysam bunun cerimesi var??Ve arxa stoplari deyiwib tuning etmek istiyirem icaze verilir buna?Mawin chevrolet aveo 2012 di.
Orxan | 10 Oktyabr 2022 03:22
Zavod təkəri diskin üzərində deyil?
Avtosfer.az | 10 Oktyabr 2022 13:51
Salam.Zehmet olmasa cavablandirarsiz. Şekilde gorduyunuz lada niva ucun nezerde tutulan stoplardir ve nivadan basqa da hec bir avtomobile uygun gelmir. Hemin stoplari qoymaga icaze varmi? Yoxdursa meni hansi madde ile cerime gozleyir.Nezerinize catdirmaq isteyirem ki oxsar veziyyet basqa avtomobillerde cerime olunmayib. Meselen land cruiser, chevrolet cruze, daevo gentra. Hetta 2007-2008 model toyota pradolara tamamile ayri modelin lexus un stoplarini qoyanlar hec vaxt cerimelenmeyibler. Onceden tesekkurler.
Elçin | 9 Oktyabr 2022 23:06
Salam. Zavod bu stopları nəzərdə tuutmayıb. Ona görə də quraşdırmaq olmaz. İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə cərimələnə bilərsiniz.
Avtosfer.az | 10 Oktyabr 2022 13:50
Salam menim avtomabilimde.yuksek ses sistemi var.yeni muzika.bununla bagli dovlet yol polisi hansiza bir cerime tetbiq eliye biler?.tebiiki esayisi pozmamag serriynen
Hesen | 9 Oktyabr 2022 20:20
Salam. Heç bir cəriməsi yoxdur. Əlavə məlumat almaq üçün bu linkə daxil olun. https://avtosfer.az/az/qaydalar/masina-usilitel-qurasdirmaq-elave-avadanliqdir-ceri%CC%87mesi%CC%87-yoxdur-139532
Avtosfer.az | 10 Oktyabr 2022 13:48
Salam menim maşınımda ses boğucu iki terefdende kesilib ses artırılması üçün Amma öz ses boğucusudu bunun cerimesi neqeder olacaq Heç bir elave yoxdu ses boğucu da yalnız kesikib
Emin | 9 Oktyabr 2022 19:59
Salam. 342.3. Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir.
Avtosfer.az | 10 Oktyabr 2022 13:45
Salam. Avtomobil texniki baxışdan keçirilende yoxlama zamanı her hansı herekete mane olmayan nasazlıq baş vererse, texniki baxışdan keçirilirmi? Meselen el eylecinin yayı boşdur. Bele bir qayda yadımdadırki, nasazlıq olduğu qeyd edilir ve avtomobil texniki baxışdan keçirilir, növbeti texniki baxış zamanı bu nasazlıq aşkar edilerse, texniki baxışdan keçirilmir
Amil | 9 Oktyabr 2022 17:33
Salam. Bəli, vurğuladığınız kimidir. Əgər ötən il bu nasazlıq çıxıbsa, bu il həmin nasazlığa görə texniki baxışdan imtina edilə bilər.
Avtosfer.az | 10 Oktyabr 2022 13:34
Salam. Men Bakida Bmw aldim texmassportunda M-e yiqilib sözu qeyd olunub. 4qlushiteli var. ve belede Reapublika Qayisina gedib qeydiyyat nomresi alib avtomobilin ustune vurandada hemen sesboqucularnan qeydiyyatdan kechdi avtomobil. Avtomobile yolda dyp saxlayib cerime ve ya cerime meydancasina aparmaqa ixtiyarlari var?
Ilqar | 9 Oktyabr 2022 17:22
Salam. Əgər səs desibeli 74-dən yuxarı deyilsə cərimə yazıla bilməz.
Avtosfer.az | 10 Oktyabr 2022 13:30
Vaz 21 07-ye Bmv mator qoymaq isteyirem senedleşmesi nece olar ve ya ne xerc çıxar sened üçün
Ali | 9 Oktyabr 2022 16:23
Bununla bağlı DYP-yə rəsmi müraciət edin.
Avtosfer.az | 10 Oktyabr 2022 13:16
Salam,avto neqliyyat vasifesinin ,nomresine mudaxile,yeni nomreni qestnen skocnan baglamaq,cerimesi ne qederdir? Ve hansi qanunda yazilib zehmet olmasa deyerdiz
Omer | 9 Oktyabr 2022 13:23
Salam. İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
Avtosfer.az | 10 Oktyabr 2022 13:15
Salam, sual; avtomobil bmw 328 il2016. M-e yiqilib sesboqucu deyishilib ve texosmoturdan kechib. M-e yiqilmasi taxpassportda qeyd olunub. Dyp yolda axlayib cerime veya dayanacaqa apara biler?
Ilqar | 9 Oktyabr 2022 12:49
Salam. 74 db-dən yuxarı deyilsə apara bilməz.
Avtosfer.az | 10 Oktyabr 2022 13:13
Salam.Zavod tekeri dist teker ile evez eliyende buna cerime tedbiq olunur?
Orxan | 9 Oktyabr 2022 02:04
Salam. Sualınız aydın olmadı. "Dist" təkər nəyə deyirsiniz? Zavod ölçülərindən kənara çıxmaq olmaz.
Avtosfer.az | 10 Oktyabr 2022 13:12
Salam.Muherrikin ses gucunun artitilmasi ne demekdi tam olarag?342.3?Menim masinim nmw 528 orta qazanin olmamasina gore saxliyiblar birde zavod sol qazanin ici yigilib 74 desepeli kecmeden ses verir.katalizator ustundedi.Menim masinima 342.2.2 maddesi dusur?ya 342.3 ? Mene deyirler 500 manatdi cerime ama men ele bilirem 150 manatliq cerime dusur.Artiq derecede xais edirem izah ederdiz.
Rahib | 8 Oktyabr 2022 18:34
Salam. Orta qazanı çıxardığınız üçün 150 manat cəriməsi var. Səs db-ni aşdığınız halda 342.3 yazıla bilərdi.
Avtosfer.az | 10 Oktyabr 2022 13:11