Salam avtoxuliqanlìq teker asvaltnan nece metr mesafede surusme bas verdikde qeyde alinir?
Sefail | 7 Mart 2026 21:13
Salam. Qanunda metr məsələsi yoxdur. Yerində qiymətləndirilir.
Avtosfer.az | 8 Mart 2026 09:27
Salam mende mercedes w210 2.4v matordu men masini alanda 17 disk var idi deyisdim 18 qoydum usdune qayi saxliyir buna gore tez tez ama masinda pilka yoxdu masin perkitkadi men nece bilim buna 18 olar ya yox
Orxan | 7 Mart 2026 18:14
Salam. Bunu bilmək üçün internet üzərindən araşdırmalısınız.
Avtosfer.az | 8 Mart 2026 09:26
Salam mənim sürücülük vəsiqəmə məhtudiyyətin nə vaxt bitəcəyini deyərdiniz xahiş edirəm
Vüqar | 7 Mart 2026 18:01
Salam. Bunun üçün DYP-yə müraciət edin.
Avtosfer.az | 8 Mart 2026 09:25
Vaz 2107 yeddi arxa yaylari 1 kruq kesilib cerimesi ne qederdi ?
Efqan | 7 Mart 2026 13:44
150 manat.
Avtosfer.az | 8 Mart 2026 09:24
Salam afto xuliqan kimi hansi hallarda masin istrafnoya gede biler
Nihat | 7 Mart 2026 13:11
Salam. Heç bir halda.
Avtosfer.az | 8 Mart 2026 09:24
Bmw f10 ucun tex pasport m yazilmagin qiymeyi bilen var?
Esger | 6 Mart 2026 22:11
Qeydiyyat şəhadətnaməsinə M yazılmasının özü qanunsuzdur.
Avtosfer.az | 8 Mart 2026 09:23
Salam. Mənə 90EY728 NÖMRƏ NİŞANLI AVTOMOBİLİN CƏRİMƏSİ GƏLİB. MƏNİM AFTAMABİLİM 90LY728 NÖMRƏ NİŞANLIDIR. Bu cəriməni silməyinizi xaiş edirəm.
Asif | 6 Mart 2026 21:34
Salam. DYP-yə rəsmi ərizə ilə müraciət edin siləcəklər.
Avtosfer.az | 8 Mart 2026 09:23
Salam. Mən Audi A6 markalı avtomobilimə S6 markasına məxsus buferlər, səs boğucu başlıqları və qazanları quraşdırmaq istəyirəm və bu dəyişikliyin nəticəsində səs desibeli artır. Qeyd etmisiniz ki, texpasportda yazılması qanuni deyil amma ki reallıq odur ki, DYP-də belə bir praktika var və yüzlərlə texpasportda fərqli qeydlər yazılıb (offroad, sport, tuninq, M və.s.). Belə olanda halda texniki yoxlama və təsdiq hansı şəkildə verilə bilər? İXM 342.3-də nəzərdə tutulan normativ qaydaları harada yazılıbdı və bu dəyişikliyin normativ qaydalar çərçivəsində olduğu necə təsdiqlənməlidir?
Araz | 6 Mart 2026 18:10
Salam. Normativ tələbi pozub pozmadığını bilmək üçün yaxşı bir mütəxəssis tapmalısınız.
Avtosfer.az | 8 Mart 2026 09:22
Salam,vectra b sport amartizarotlar və yaylar qanunnan icazə var?
Qafar | 6 Mart 2026 13:04
Salam. Xeyr, icazə yoxdur.
Avtosfer.az | 8 Mart 2026 09:20
Salam önceden təşəkkür edirem neqliyyat vasitəsinin ban və müherrik nömresi döyülme olduqda ve ya uyğun gelmedikde ne etmek lazımdır her iki nömrenin uyğun gelmediyi veya nömreler döyülme olduğu halda zehmet olmasa bu barede etraflı melumat vererdiniz çox sağ olun
Səhət | 6 Mart 2026 07:36
Salam. Belə halda qeydiyyat zamanı problem yaşayacaqsınız. Bunun üçün yalnız DYP-yə müraciət edin.
Avtosfer.az | 8 Mart 2026 09:19
Salam mənim arxavə arxa yan şüşələrdə plyonka var həmdə içdən pərdə taxılıb bu qanuna ziddir?
Birdə ümumiyyətlə pərdə plyonka taxılması ilin hansı ayından ayına görə icazə verilir yoxsa ümumilikdə icazə var?
Sərxan | 5 Mart 2026 20:12
Salam. Plyonkaya icazə var. Amma pərdəyə icazə yoxdur.
Avtosfer.az | 8 Mart 2026 09:17
Maşın əsil saybini telefon nömrəsi lazımdı
İdris Qasimov | 5 Mart 2026 14:59
Belə məlumatlar yalnız DYP-də olur.
Avtosfer.az | 8 Mart 2026 09:16
Bu maşini adıma keçirmək üçün nə qədər rüsum ödəməliyəm?
Habil | 5 Mart 2026 06:53
90 manat rüsumu var.
Avtosfer.az | 8 Mart 2026 09:16
sualım odurki vaz2107 üçün 215/R13 teker taxib süre bilerem ?
ceyhunelekberov | 5 Mart 2026 06:25
Zavod hansı ölçüyə icazə verirsə həmin ölçüdən kənara çıxmaq olmaz.
Avtosfer.az | 8 Mart 2026 09:13
Mawini nece qanuni yolla aformut ede bilerem
Aydin | 4 Mart 2026 23:00
DYP-yə yaxınlaşıb orada qanuni yolla qeydiyyata aldıra bilərsiniz.
Avtosfer.az | 8 Mart 2026 09:12
Salam zəhmət olmasa mesajıma geri dönərdiz
ELÇİN | 4 Mart 2026 20:05
Hansı mesaja?
Avtosfer.az | 8 Mart 2026 09:12
Salam men 99QE515 xayis edirem mabil nomresini komeklik eleyin masin pis saxlayib tapa bilmiriy
Elcin | 4 Mart 2026 19:47
Salam. Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 8 Mart 2026 09:11
Maşın 07di yük yerinə balaca basofka qoyulub usiniter qoylub polislər məni buna görə şöbəyə apardilar ki olmaz sənətdə qeyd olunmalidi deyir qanunidi
Cəmil | 4 Mart 2026 01:26
Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/qaydalar/masina-usilitel-qurasdirmaq-elave-avadanliqdir-ceri%CC%87mesi%CC%87-yoxdur-139532
Avtosfer.az | 8 Mart 2026 09:10
Maşın nömrəsi ilə sahibini tapmaq istəyirəm
Süleyman | 3 Mart 2026 21:08
Bunu yalnız DYP bilir.
Avtosfer.az | 8 Mart 2026 09:10
Salam, mən rayon qeydiyyatındayam. Xaricdən öz adıma avtomobil gətirdiyim zaman gömrük rəsmiləşdirilməsi zamanı nömrə rayon seriyası ilə veriləcək? Bakı seriyası ilə verilməsi mümkündürmü?
Valid | 3 Mart 2026 17:32
Salam. Əslində rayon seriyası ilə verilməlidir sizə.
Avtosfer.az | 8 Mart 2026 09:09
Salam size sualim var menim
Dostumun mene surme davernusu verib her ayin 2 gunu mende olur masin qalan gunleri ise onda olur men nece edim ki onun cerimesi mene gelmesin qalan 28 gunun
Mende olan melumata gore telfonda gun teyjn elemek olur var bele bir wey ?
Amid | 3 Mart 2026 14:04
Salam. Siz DYP-yə rəsmi ərizə ilə müraciət edərək bildirin ki, mənə sadəcə etibarnamə verilib. Maşını faktiki digər şəxs idarə edir. Bu səbəbdən elektron qərarların onun adına rəsmiləşdirilməsini xahiş edirəm. Sistemdə düzəliş etsələr gələcəkdə baş verən qayda pozuntularının cəriməsi onun adına tərtib olunacaq.
Avtosfer.az | 8 Mart 2026 09:09
Kia ceed 2007 heçbek 1.4 muherikk reəsmiləşdirmə rüsumu nə qəderdi
Kənan | 3 Mart 2026 11:34
Bu linkə daxil olaraq hesablaya bilərsiniz.
https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 8 Mart 2026 09:06
Salam 49bx388 nömrəli avtomabili texniki baxışı hacandı
Ruslan | 3 Mart 2026 06:38
012 590 71 13 nömrəsinə zəng edərək soruşa bilərsiniz.
Avtosfer.az | 8 Mart 2026 09:06
Salam mən aftomobil almışam və onun texpasportda muveqqetisozu yazılıb bunun nə mənası var adıma keçirsə bilərəm ya yox nə kimi problemi var? Aftomobil 1996 ci ildi 2008 ci ildə qeydiyyata dusub
Osman | 3 Mart 2026 00:01
Salam. DYP-yə rəsmi ərizə ilə müraciət edin, görün niyə müvəqqəti yazılıb.
Avtosfer.az | 8 Mart 2026 09:04
Masini arxaya vererken arxdan kecen masina elebele qapisina surtuldu.mene cerme dusurmu veya sgorta odemelidimi
Cosqun | 2 Mart 2026 23:19
40 manat sizə cərimə düşür. Sığorta həmin maşını düzəltməlidir.
Avtosfer.az | 8 Mart 2026 09:03
Maşın sahibin nömresi
Orxan | 2 Mart 2026 21:46
Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 8 Mart 2026 09:02
10UZ833 nömərli maşının sahibi kimdir ?
Fərda | 2 Mart 2026 19:45
Bu haqda məlumatımız yoxdur
Avtosfer.az | 8 Mart 2026 09:01
Vaz2107 maşnında arxa kəmər yoxdursa cəriməsi var?
Samir | 2 Mart 2026 19:43
Kəmərin olmaması nasazlıq sayılır. Qanunda göstərilir ki, belə nasazlığın aradan qaldırılması mümkün olmadıqda 50 manat cəriməsi var.
Avtosfer.az | 8 Mart 2026 09:01
Salam. Men minik avtomobilimi öz adım keçirmek istiyirem. Etibarname esasında.
Bunun üçün hansı senedleri teqdim etmeliyem. Menden bank emeliyyatına göre sened teleb ede bilerlermi? Xahiş edirem kömemlek edesiniz. Çox sağ olun.
Rauf | 2 Mart 2026 18:06
Salam. Bank əməliyyatı nəyə deyirsiniz?
Avtosfer.az | 8 Mart 2026 09:00
Salam kuruz 2102 zavod faraya led qoymaqin cerimesi var? Oz kodu ile almisam H13 zavod faranin icinde qaytarici var
Miraga | 1 Mart 2026 19:26
Salam. Bu suala şifahi cavab vermək olmur. Quraşdırıb baxmaq lazımdır ki, normativ tələblər pozulur, yoxsa yox.
Avtosfer.az | 8 Mart 2026 08:58




