Kia sportageyə sport purjuna icazə var?
Araz | 15 İyul 2023 01:28
Xeyr.
Avtosfer.az | 18 İyul 2023 16:00
Salam. Maşının "kapotu"na vinil vurdurmuşam. Buna görə cərimə rdilı bilərəmmi?
Məhəmməd | 15 İyul 2023 01:07
Salam. Vinil çəkdirməmişdən əvvəl DYP-yə müraciət edib razılıq alın. Ondan sonra çəkdirin.
Avtosfer.az | 18 İyul 2023 15:58
Salam 2013_ ün nivasina teze çıxma stop ve patvornik quralaşdirmisam bu qadagandırmı?
Orxan | 14 İyul 2023 22:36
Salam. Təzə çıxma dedikdə nəyi nəzərdə tutursunuz? Şəklini göndərin baxaq.
Avtosfer.az | 18 İyul 2023 15:55
Salam mawının damı lukdu qara mende yan stoykalara vinil cekmişem o vinile gore maşın cerme meydancasına aparıla bilermi?
Mehemmed | 14 İyul 2023 20:00
Salam. Qanunla aparıla bilməz.
Avtosfer.az | 18 İyul 2023 15:54
Salam men size qirmizi işiqda keçmeyim barede yazmişam madde yazmişam 38.6 cu mecellenin 122.1 ci maddesinde deyir 1 sutqa erzinde elektron kabinete yerleşmese heç bir mesuliyete celb oluna bilmessiz sizde cavab veribsiz ki bu madde EQ seryali protokola aiddi beli mene EQ seryaliprotokoldu gedirem ordada görüllür ki heüiqeten mene gelme saati sefdi amma mene hemin gün üçün gelib saat gelen günü yazilib xeta törerdildiyi güne aid deyil deyiller düz deyirsen amma bizdik deyil 99LP702 özünüz baxa bilersiz xaiş edirem yol gösderesiz artiq debbe pulu gelir üsdüne maşinima heps qoylacaq salacsqlar cerme meydancasian
Ibrahim | 14 İyul 2023 19:21
Salam. Kabinetə daxil olub protokolun şəklini screen edib göndərin. Orada çəkilmə və kabinetə yerləşdirilmə vaxtı yazılır.
Avtosfer.az | 18 İyul 2023 15:54
Biri Xecbekdir digəri ise eyni il eyni model Sedan dir.Faralarin sadece uc hisseleri bir az ferqlenir. Bilmek isteyirem ki korpusları otursa Buferden kesib pridelka etmek olarmi
Oruc | 14 İyul 2023 18:43
Yerinə oturmursa olmaz.
Avtosfer.az | 18 İyul 2023 15:52
07 qursitel başlığının vermesi var ?
Ceyhun | 14 İyul 2023 18:29
Əgər səsi dəyişirsə olmaz.
Avtosfer.az | 18 İyul 2023 15:51
Salam geely emegrand ec 7 2013 xecbek modele hemin modelin sedan maşınının Farasini yerlesdirmek olar ?
Oruc | 14 İyul 2023 15:47
Salam. Eyni kuzadır?
Avtosfer.az | 14 İyul 2023 16:31
Minik avtomobikinde arxada 3 + 1 nefer 12 yasdan kicik usaq qucaqda otuzdurulduqu halda cerime tedbiq edile biler? Qayda pozuntusu sayilie?
Emil | 14 İyul 2023 15:12
Arxada 3 böyük və 12 yaşdan aşağı uşaq oturubsa icazə var. 4 böyük adam olmaz.
Avtosfer.az | 14 İyul 2023 15:24
menim cermem olub ama gec odemisem pravam lişeniyaya gedib. men ne etmeliyem aradan qaldirmaq ucun ?
meheddin | 13 İyul 2023 23:21
Məhkəməyə ərizə yazmalısınız. Ödəniş qəbzini də ərizəyə əlavə etməlisiniz.
Ərizədə qeyd etməlisiniz ki, cəriməni ödəmisiniz. Sürücülük hüququnuzun bərpa edilməsini xahiş etməlisiniz.
Avtosfer.az | 14 İyul 2023 15:20
Salam vaz2107 de ön patktelin kenera cixan kalcuku ve kanti kesmek qadaqandir??
Mehrac | 13 İyul 2023 12:50
Salam. Sualınız aydın olmadı. Patktel nədir?
Avtosfer.az | 13 İyul 2023 16:00
Salam. DYP avtoneqliyyatin suret heddini ashani cekib cerimeni gondermeye huququ varmi?
Rahib | 13 İyul 2023 10:46
Salam. E-Patrul sistemi ilə çəkib göndərə bilər.
Avtosfer.az | 13 İyul 2023 15:59
Salam bu gün məni xırdalanda düz xəttdə ötməyə görə polis saxlayıb maşınımı cərimə meydançasına apardı bu nə dərəcədə düzgündür?
Tunar Azizov | 13 İyul 2023 10:28
Salam. Düz xətti tapdalamağa görə maşın duracağa gedə bilməz. Ola bilər ki, başqa səbəb olub.
Avtosfer.az | 13 İyul 2023 15:59
Salam Maşın bagajina led spoyler quraşdırmaq istəyirəm bunun cəriməsi varmı?
Elsen | 13 İyul 2023 09:12
Salam. Spoyler olar, amma işıqsız.
Avtosfer.az | 13 İyul 2023 15:58
Salam,şevrolet kruz müherrik bir il bundan önçe,deyişdirilib (müherrik senedsiz bazardan alinib)geydiyata salmag mümkündür, ve geç müraciet etdiyim üçün çerimesi var?..teşekür edirem,biraz geç yazdim
Safar | 13 İyul 2023 03:42
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/senedsiz-muherriki-qeydiyyata-aldirmagin-qanuni-yolu-rusumu-budur-vi%CC%87deo-159658
Avtosfer.az | 13 İyul 2023 15:57
Avtomobilde peredok olmasının ne qeder cerimesi var?
Səxavət | 12 İyul 2023 19:32
150 manat
Avtosfer.az | 13 İyul 2023 15:51
Salam 1800 mator aformutda rusumu necedi?
Elsen | 12 İyul 2023 10:49
Salam. Bu linkə daxil olaraq hesablaya bilərsiniz.
https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 12 İyul 2023 11:59
Salam. 2019 cu ilin Avtomobili texniki baxışdan ne vaxt ve hansı ayda keçmelidi ? Deqiq vaxtı nece bilmek olar.
Abbas | 11 İyul 2023 14:02
Salam. 2025-ci ildə. Texniki baxışla bağlı 012 590 71 13 nömrəsinə zəng etməyiniz tövsiyə olunur.
Avtosfer.az | 11 İyul 2023 16:02
sual:BMW F30 faraları LED işıqdır. Xarici istehsal maşınlara icaze yoxdur?
cavab: Normativ tələblər pozulmursa icazə var. Pozulursa qadağandır.
sual: Normativ tələblərini neə və hardan oyrənmək olar.koməyə görə sizə təşəkkür edirəm
Rahim | 11 İyul 2023 13:49
Normativ tələb odur ki, işığın gücü, düşmə bucağı, səpələnməsi, iş rejimi və.s normada olmalıdır. Onun normalarını mütəxəssislər bilir.
Avtosfer.az | 11 İyul 2023 16:00
Salam. Mawinimda (39 kuza bmw 98ci il 2.5 L) orta qazan yoxdur ve ses gelir mawindan. Mawinin istehsal ili kecib qazan tapa bilmirem. Buna gore hansi cerime duwur?
Orxan | 11 İyul 2023 07:18
Salam. Nasazdırsa 50 manat. Ümumuiyyətlə qazanı çıxarmısınızsa 150 manat. Səs gücünü artırmaq məqsədilə edirsinizsə 500 manat cəriməsi var. Ölüxanalarda tapa bilərsiniz qazan.
Avtosfer.az | 11 İyul 2023 15:59
Salam. Men Rusiya vetendaşiyam. Postda saxlayib bildirdiler ki, radara düşmüşem. Pravam da Rus pravasıdır. Ancaq maşın Azerbaycanda qeydiyyatdadır. Etibarnamede sonuncu menim adim olduğuna göre cerimeler mene gelir. Men cerimeni ödemeyib ölkeden getsem, cerimeler nece olacaq?
Vüsal | 11 İyul 2023 02:10
Salam. Ona görə də ölkəyə daxil olduqdan 1 ay ərzində sürücülük vəsiqəsi dəyişdirilməlidir. Çox güman gömrük buraxılış məntəqəsində ödətdirəcəklər.
Avtosfer.az | 11 İyul 2023 15:55
salam, BMW F30 faraları LED işıqdır. Xarici istehsal maşınlara icaze yoxdur?
Rahim | 10 İyul 2023 12:47
Salam. Normativ tələblər pozulmursa icazə var. Pozulursa qadağandır.
Avtosfer.az | 10 İyul 2023 15:47
Salam. DYP cerimesi ile razi deyilemse, hara shikayyetimi bildire bilerem?
Rahib | 10 İyul 2023 11:49
Salam. Dyp.gov.az saytına daxil olaraq onlayn şikayət yaza bilərsiniz.
Avtosfer.az | 10 İyul 2023 15:46
Men 99-HE-046 maşının sahibinin nömresin axtarıram
Yusif | 10 İyul 2023 02:15
Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 10 İyul 2023 15:46
Salam. Mən 2009 cu ilin e350 madelini 2014 e yigmisam faralar və bufer deyishib,buna görə cerimə oluna bilərəm?
Ruslan | 9 İyul 2023 23:02
Ban eynidirsə olar. Eyni deyilsə qadağandır.
Avtosfer.az | 10 İyul 2023 15:45
salam.men axwam saat 21:15 radelerinde Goranboy - Naftalan yolunda (90-liqdir) at vurmuwam. at yolun sagindan bir anda cixib. hadise sutkanin tam qaranliq vaxti olub.men ati vurduqdan sonra idareetmeni itirib yolun sol awagi hissesine duwmuwem mawinima ciddi ziyan deyib.bu hadisede gunahkar kimdir ? ve men ne etmeliyem ?
Cavidan | 9 İyul 2023 22:41
Salam. Atın sahibi günhkardır. Müraciət etməlisiniz ki, sizə dəymiş zərəri ödəsin.
Avtosfer.az | 10 İyul 2023 15:41
Salam men maşın nömrəsi ilə sahibin əlaqə nomresin necə Taba bilərəm zəhmət olmasa köməklik edə bilərsiz
Səid | 9 İyul 2023 20:47
Salam. DYP bilir o məlumatları.
Avtosfer.az | 10 İyul 2023 15:38
Salam mende kia ceed 2010 madelidir dumanni sade lampadir onu lupali led ile evezlemek isteyirem bilmek isteyirem ypx mene ona gore cerime yaza biler yoxsa yox
Eldar | 9 İyul 2023 15:06
Salam. Normativ tələb pozulsa yazıla bilər. Bu suala şifahi cavab vermək olmur.Mütəxəssis baxıb deməlidir ki, sizin maşına led olar, yoxsa yox.
Avtosfer.az | 10 İyul 2023 15:38
Salam.
Avtomobildə texniki muayinə zamanı aşkar olunan hər hansı nasazlıq onun alqı satqısına (addan ada keçməsinə) manedirmi? Əgər texniki baxış zamanı hər yansı bir nasazlıq aşkarlanarsa (alqı satqı zamanı) prosedur nə olmalıdır.
Təşəkkürlər.
Seymur | 9 İyul 2023 13:42
Salam. Əgər tormoz və sükan idarə sistemində nasazlıq olarsa, o zaman qeydiyyatdan imtina edilir. Amma sizin texniki baxışın vaxtı növbəti ilə qədərdisə, o zaman hansı nasazlıqdan asılı olmayaraq qediyyatdan imtina edilə bilməz.
Avtosfer.az | 10 İyul 2023 15:32
Salam vaz 2107 maşınına Qanunu peredok Neçe Barmaqdır ön arxa?
Nəriman | 9 İyul 2023 13:01
Salam. Asqı sistemi barmaqla ölçülmür.
Avtosfer.az | 10 İyul 2023 15:29




