İçkili halda soyuq olduğuna göre sükan arxasında oturduğum zaman ve ayaq sürücü çağırdığını halda sükan arxasında olduğuma göre neqliyyat hereketde olmadığı halda cerime yazıla biler?
Elbəy | 16 Fevral 2023 11:59
İdarə etmirsinizsə cərimə yazıla bilməz. Siz də sərnişin tərəfdə oturun da. Əgər idarə etmirsinizsə niyə sükan arxasında əyləşirsiniz?
Avtosfer.az | 20 Fevral 2023 11:53
Salam Mende qulşitel ortadan qırılıb elavə avadanliq ses bogücu falan heçnə quraşdırmamışam buna görə cərimə meydançasına aparıblar bu texniki nasazlıq sayılır düzdürmü və bunun cəriməsi nəqədərdir?
Fuad | 16 Fevral 2023 10:19
Salam. Əgər həqiqətən qırılıbsa nasazlıq sayılır. Bunu aradan qaldırmaq mümkün olmadıqda 50 manat cəriməsi var.
Avtosfer.az | 20 Fevral 2023 11:52
Salam sssr nomreli masinimizi satmiwiq men uwaq olarken indi onu nece tapa bilerem
Fuad | 16 Fevral 2023 09:35
Salam. Onu DYP-dən soruşa bilərsiniz.
Avtosfer.az | 20 Fevral 2023 11:51
Salam AXSAMNİZ Xeyir
Maşının arxa yan düşlerine QARMOSKA perde vurmaqa icaze vermi
Orxan | 16 Fevral 2023 00:38
Salam. Xeyr. Yeni qanuna əsasən yalnız plyonka və sənaye üsullu jalüz vurmaq olar.
Avtosfer.az | 20 Fevral 2023 11:50
Salam mən yük maşini sururəm bir tərfli yoldu gediş gəliş yaşayiş məntəqəsdi sağa dönurəm diyanmişam həda roluda sağa firladmişam kəsşməsi solumdan maşinlar gəlir gözdəyirəm mən hərəkətə başlamq isdəyəndə balaca maşin gəldi sağima girdi və toqquşduq burda gunkar kimdi zəhmət olmsa cavblandirardiz birdə balaca masin yük maşinan ara məsafəsi nəqədər olmaldi sağ və sol tərfdən
Cavid | 15 Fevral 2023 20:47
Salam. Siz soldan sağa manevr etmisiniz deyəsən. Belə olan halda günah sizdədir. Siz yolun tam sağında yerləşsəydiniz sağınızdan maşın keçə bilməzdi.
Avtosfer.az | 20 Fevral 2023 11:48
Avtomobilin dövlət qeydiyyatı rüsum
Fuad | 15 Fevral 2023 17:12
Bu linkə daxil olaraq hesablaya bilərsiniz.
Avtosfer.az | 20 Fevral 2023 11:46
Salam hər vaxtınız xeyir. Avtomobilin sığortası iki-üç gündür bitib. Güzəşt müddəti verilirmi? Sığortasız sürüldükdə cəriməsi nə qədərdir?
XAN | 15 Fevral 2023 16:46
Salam. Xeyr. O, texniki baxışa aiddir. Sığortada güzəşt müddəti yoxdur.
Avtosfer.az | 20 Fevral 2023 11:45
Salam Şekidenem maşınımda 16 manat ares olub xeberim olmayıb bugün gelib şeher qayısı apardı hetda maşınımıda özderi sürdüler pul zada isteyirler men neynemeliyem xayiş edirem kömeklik edesiz
Sahib | 15 Fevral 2023 12:50
Salam. 16 mannatı ödəyin və maşını duracaqdaan çıxarın. Əlavə heç bir ödəniş alına bilməz.
Avtosfer.az | 15 Fevral 2023 16:26
Salam,Nivaya ayaqalti(padnoşka) qoyulmağa icaze varmi
Yusif | 15 Fevral 2023 07:19
Salam. Möhkəmliyi qorunmaq şərtilə olar.
Avtosfer.az | 15 Fevral 2023 16:10
Salam.Mənə dayanma durma qaydalarını pozan znak olmayan yerdə dayanma qaydalarını pozduğum üçün cərimə yazılıb.Bunu hara şikayət edə bilərəm?
Mətləb | 14 Fevral 2023 21:53
Salam. Dyp-yə.
Avtosfer.az | 15 Fevral 2023 16:09
Salam 342.3 maddesinde popcorn ses sistemi baresinde nedense sohbet gedirmi?
Elgun | 14 Fevral 2023 20:09
Salam. Səs desibeli artırsa şamil olunur.
Avtosfer.az | 15 Fevral 2023 16:08
Salam, 2106 2004 sənədləşmə rüsumunu necə öyrənə bilərəm
Camal | 14 Fevral 2023 19:11
Salam. Bu linkə daxil olaraq hesablaya bilərsiniz.
https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 15 Fevral 2023 14:32
Salam arxa patprese yazi yazmaqin icermesi var? Varsa neqederdi?
Miri | 14 Fevral 2023 17:20
Salam. Baxır nə yazırsınız. Ümumiyyətlə maşına yazı yazmaq fikrindən daşının. Çünki arxadan gələn sürücülərin fikrini yayındırırsınız.
Avtosfer.az | 15 Fevral 2023 14:29
Salam (2016) lada prioranin on ve arxa hissesine sport asqi ve amartizasiya sistemine icaze var ?
Ulvi | 14 Fevral 2023 14:28
Salam. Xeyr, icazə yoxdur.
Avtosfer.az | 14 Fevral 2023 15:38
Avtomobilin texpasportu da muveqqeti yazilib.onu deyishmek ucun rusum nedi.ve hansi maddede yazilib.xayish edirem cavablandirardiz
Ilkin | 14 Fevral 2023 12:02
Bunun rüsumu 30 manatdır. Dövlət Rüsumu Haqqında Qanunun 18-ci maddəsi.
Avtosfer.az | 14 Fevral 2023 15:37
Salam.Men Koreyadan kia sorento almisam.masin ag rengdi.ustunde qara vinil var.bunun texposporta yazdirmaq isteyirem ag qara.nece ede bilerem.?qanuni terefi nedi?tesekkur edirem
Azer | 14 Fevral 2023 11:26
Salam. Buunla bağlı DYP-yə müraciət etməyiniz tövsiyə olunur.
Avtosfer.az | 14 Fevral 2023 15:36
Salam, müraciətim adıma maşın nömrəsi və ya maşın olub (olmaması) ilə bağlıdır.
Elvira | 14 Fevral 2023 06:32
Salam. My.gov.az saytında elektron kabinet yaradıb oradan baxa bilərsiniz. Həmin saytda şəxsə aid bütün məlumatlar qeyd olunub.
Avtosfer.az | 14 Fevral 2023 15:35
Salam maşının arxa işıqları bu qaydadadır marka Hyundai Elantra 2014
Dyp saxlatdırıb xeber edir ki, xarici işıq cihazlarının telebini pozmuşam. Burda qayda pozuntusu varmı bunu bilmək isteyirem arxada 2 stop arxa patres üstü uzun stop ve arxa bufer didfuzorda balaca stop işığı var nezerinize çatdırım ki, sayrışan işıq deyil
Fuad | 14 Fevral 2023 02:52
Salam. Arxa şüşədə olmasına problem yoxdur. Amma aşağıdakına icazə yoxdur.
Avtosfer.az | 14 Fevral 2023 15:34
Vaz 2107 ye kondisaner qosmaq olur? Ve ne qedrr mebleg lazim olur qosmaga?
Ələm | 13 Fevral 2023 22:43
Onu mütəxəssislərdən soruşun.
Avtosfer.az | 14 Fevral 2023 15:33
salam hervaxtniz xeyir olsun demeli men nermanov parkinin yanindan bir yasli xanm goturdum ve yaxnlasdm xanmin unvanin ve hemin unvana giris yolunda bu yaxli emi dayanib ve men ondan yol isteyen de mene bildir di ki musterini dusurt qoy ozu getsin ve ya gozleyin men gedim sora sizde gedersiz daha sonra men masndan dusub musterim olan xanmin vesini unvanina kimi piyada aparsim sizden xahisim budur ki bu cur suruculeri isglandirasiniz belke bir tembeh olsun lar .
Mircefer | 13 Fevral 2023 11:23
Salam. Videosunu göndərinn işıqlandıraq. Bu cür şifahi şəkildə verdiyiniz informasiyanı necə işıqlandıraq? Bunun üçün video lazımdır.
Avtosfer.az | 13 Fevral 2023 13:07
Salam Masinin lukundan çıxmağa göre dayanacağa gede bilər?
Vusal | 13 Fevral 2023 01:40
Salam. Sırf ona görə yox.
Avtosfer.az | 13 Fevral 2023 13:05
Salam Mersedes E Klass 1992- ci il buraxılış 3 mator öz adıma aformut etmek isteyirem ne qeder rüsum ödemeliyem?
Mirhüseyn | 12 Fevral 2023 23:30
Salam. Bu linkə daxil olaraq hesablaya bilərsiniz.
https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 13 Fevral 2023 13:05
Adima maşin var onu tapmaq istəyirəm
Vidadi | 12 Fevral 2023 20:12
My.gov.az saytında elektron kabinet yaradıb oradan tapa bilərsiniz. Yox əgər maşının özünü istəyirsinizsə, o zaman DYP-yə ərizə yazmaq lazımdır.
Avtosfer.az | 13 Fevral 2023 13:04
Men Rayondan gelirem ve nomrem aydin gorsenir Mene YPX Emkadasi deyirki her 5 dq bir duwub nomreni temizlemelisen deyirem harda yazilib o qanun deyir men deyirem yazilan qanun budur ki
İXM: 342.1.7. - Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına
Bu ne derecede duzgundur
Resad | 12 Fevral 2023 19:38
Əgər intensiv yağış yağırsa təbii ki, bu mümkün olmayacaq. Amma ara-sıra yağış yağırsa, onda təmiz saxlaya bilərsiniz. Ümumiyyətlə yolda saxlayarkən təmizləyə bilərsiniz. Çətin deyil təmizləmək.
Avtosfer.az | 13 Fevral 2023 13:03
Salam mawinimi saxlamisdim yolun qiraginda orda hecbir nisan olmuyub mende 5 deqiqelik saxliyib dukana girdim Ypx gelib mene cerime goderib 20 az bo nece mumkundu
Huseyn | 12 Fevral 2023 15:40
Salam. Bəlkə dayanma-durmanın digər hallarını pozmusunuz? Fotonu 055 335 15 59 nömrəsinə göndərin və bu haqda məlumat yazın baxaq.
Avtosfer.az | 13 Fevral 2023 12:49
Vərəsəliklə maşın mənim adıma keçməlidi. Mənim neçə xərcim çıxacaq. Neçə rüsum keçirməliyəm. Vərəsəliyə görə bütün dənətlərim var. Atamın adından mənim adıma keçməlidi. Ünvanımız eynidi. Hər şey qalır öz yerində. Tək ad soyad dəyişilir
Rafik | 12 Fevral 2023 14:22
60 manat 80 qəpik rüsumu var. Texniki baxış da olsa +30 manat.
Avtosfer.az | 13 Fevral 2023 12:48
2000ci il 07 peredpkda q şekilli demir zavoddan gelme bağlanıb ona göre cerime var?
Elvin | 12 Fevral 2023 13:14
Təkcə sizin maşına bağlanıb, yoxsa bütün 07-dələrə bağlanıb?
Təkcə sizin maşındadırsa deməli sonradan quraşdırılıb.
Avtosfer.az | 13 Fevral 2023 12:47
Salam mende masin vaz 2107di ve qayi saxliyib deyrki arxa purjunnar ölüdü buna gore mene cerime yaza biler?
Seymur | 12 Fevral 2023 03:37
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/yol-polisi-bele-prujinlere-gore-surucuye-cerime-yaza-biler-193400
Avtosfer.az | 13 Fevral 2023 12:46
Pravasiz mawin sürmeyin vermesi nece manatdir
Rauf | 12 Fevral 2023 01:11
100 manat sürənə, 60 manat isə maşını ona verənə yazılır.
Avtosfer.az | 13 Fevral 2023 12:43
Salam mende hunday i30 du sport purjuna icaze varmi?
Ferdin | 12 Fevral 2023 00:56
Salam. Xeyr, icazə yoxdur.
Avtosfer.az | 13 Fevral 2023 12:42





