Reklam
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam menim iki sualim var 1 menim maşinim nivadi ona pnevmatik asqı yığdırmaq olar ? 2 aparatura qadagandirmi
Serxan | 15 Mart 2022 03:12
Salam. 1) Qadağandır. 2) Xeyr qadağan deyil.
Avtosfer.az | 15 Mart 2022 12:28
Salam Öncədən Təşəkkür edirəm Mənim Maşnımda Qofran Daglıb Maşın Səsli İşləyir Hər dəfə Bir Polis saxlayıb 50Manat.yada.150.Manat Yazacağımı Söyləyir Deyir Belə Sürmək olmaz Ama Yaza Bilmir Bu Qanuna uyğun Hərəkətdir.?
Tural | 15 Mart 2022 02:45
Salam. Nasazlığı aradan qaldırmaq mümkün olmadıqda 50 manat cəriməsi var.
Avtosfer.az | 15 Mart 2022 12:27
Hyundai elantrada ayaqla yox əldə olan aparatla qaz vermək olar? Pult vasitəsi ilə?
Səid | 14 Mart 2022 21:55
O necə olur?
Avtosfer.az | 15 Mart 2022 12:26
Salam menim mawnim mersedes 210 el dilinde 4 faradi on wuwesi yeni patpresi simiwdi deyiwdim mawin ozu avanqard model oldugu ucun avanqard wuwe qoydum mersedes embilemiynendi yan wuweden az ferqi olaraq yawiligi biraz coxdu teze oldugu ucun deyek hemde zavod deyil firmadi onun cermesi varmi cox sagolun
Orxxan | 14 Mart 2022 19:44
Salam. Şəffaflığı 75 faizdən az deyilsə cəriməsi yoxdur. Şəffaflığı ölçdürün.
Avtosfer.az | 15 Mart 2022 12:26
Salam. Avtomobili YPX əməkdaşı hansı hallarda cərimə meydançasına apara bilər?
Mamed | 14 Mart 2022 18:56
Salam. Aşağıdakı hallarda: Maddə 96. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi 96.1. Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır: 96.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda; 96.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə; 96.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə; 96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda; 96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda; 96.1.6. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda; 96.1.7. İcazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə. 96.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. 96.3. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. 96.4. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokolda aşağıdakılar göstərilir: 96.4.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt; 96.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 96.4.3. nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırmanın və sərxoşluq vəziyyətini müəyyən etmənin əsasları; 96.4.4. nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatlar; 96.4.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar. 96.5. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. 96.6. Sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur.
Avtosfer.az | 15 Mart 2022 12:25
Salam.Şəhər qapısından zəng gəlib cagiriblarki siz düz xətti keçib donmuş görüntü kamerasında düşmüşüz.3bal 60m cərimə yazdılar .bu düzgündümü?
Famil | 14 Mart 2022 18:06
Salam. Qayda pozmusunuzsa əlbəttə düzdür.
Avtosfer.az | 15 Mart 2022 12:20
Salam!Mən avtomobili 2-ci siradan saxlayib avtomobili tərk etmədən 3-5 dəgigə saxlamışam.Cərimə kamera vasitəsi ilə verilə bilərmi?
Orxan | 14 Mart 2022 15:16
Salam. 2-ci sırada saxlamağınızla digər sürücülərə çətinlik yaradırsınız. Bu cür hərəkətlərə yol verməməyi sizdən xahiş edirik. Zəhmət çəkib dayanma-durma qadağan olunmayan yerdə saxlayıb piyada gəlin. Buna görə sizi məsuliyyət də gözləyir.
Avtosfer.az | 15 Mart 2022 12:19
Radar aralarında 50 100 mt mesafede quraşdıra biler
Qismət | 14 Mart 2022 14:05
Hansı qanunda yazılıb ki, radarlar arasında 50-100 metr məsafə olmalıdır? Xahiş edirik həmin maddəni deyin biz də oxuyaq maariflənək.
Avtosfer.az | 15 Mart 2022 12:18
14.03.2022.11:53 Salam tşk edirem cvb üçün xeyr heç bir video yerlesdirilmiyib. Amma şekil yerləşdirilib maşın vasitəsi ilə çəkilib patrul maşının üzerinden çəkilib mən necə edə bilerem şikayət etmişəm əgər əks cvb gelse mən hardan tapa bilərəm bu qanunu ki radar olan ərazidə patrul maşının radar çəkməsi qanunsuzdur. Sonra radar işarəsi olan lohveciyin qoyuldu yerden hara kimi təsir qüvvəsi var. Öncədən təşəkkürlər.
Qismət | 14 Mart 2022 13:35
Hörmətli izləyici, radar olan yerdə patrul maşını da radar qura bilər. Videonu DYP-dən tələb edin.
Avtosfer.az | 14 Mart 2022 13:39
Salam,maşının prujunları əgər istismara yararsızdırsa(ölü prujundursa) Cərimə meydançasına maşın aparıla bilər? Əgər polis əməkdaşı maşını saxlayıb yerindəcə prujunun istismara yararsız olduqnu deib, sadəcə gözlə baxb təyin edib və cərimə meydançaslna aparmaq ixtiyarı varmı?bu halda nə etmək lazımdır? Apteçka yanğın söndürən balon və arxa remenlərin olmamasna görə cərimə tədbiq edə bilərmi?
Ferman | 14 Mart 2022 12:09
Salam.ölmüş yaylara görə nə cərimə yaza bilər, nə də ki, duracağa apara bilər. Dərman qutusuna görə cərimə yaza bilər. Kəməri də aradan qaldırmaq mümkün olmadıqda cərimə yaza bilər.
Avtosfer.az | 14 Mart 2022 13:38
Salam meni bugun ypx emekdasi saxlayaraq piyada kecidinde hereket etdiyim zaman zmeyqa sesi geldi.ona gore masini cerime meydancasina apardi bu ne halda duzgundu
Samir | 14 Mart 2022 02:51
Salam. Avtoxuliqanlıq əlaməti varsa məsuliyyətə cəlb edə bilər. Amma avtoxuliqanlığa görə avtomobilin duracağa aparılması nəzərdə tutulmayıb.
Avtosfer.az | 14 Mart 2022 13:36
Salam aleykum. Vaz modellərində peredokda lapa qoyulur. Remvstavka deyilir rusca. Odaki mutlək olmalıdı. Olmasa bakavinlərə ziyandı amartizator yeri dağılır ona görə qoyulur. Ona cərimə yaza bilərlərmi. Zavod lapaynan buraxmıyıb maşını ama onuda zavod onnan ötəri nəzərdə tutub
Nazim | 14 Mart 2022 02:40
Salam. Zavod buraxmayıbsa quraşdırmaq olmaz.
Avtosfer.az | 14 Mart 2022 13:34
Salam mende bmw f10 528i masini var . Men gorunus ucun arxadan saga turba ceksem buna polis ilise biler? Elave olaraq ses yigdirmaq istesem hansi qanunlara emel ederek ses yiga bilerem
Kerim | 14 Mart 2022 01:09
Salam. Bu linkə daxil olaraq ətraflı məlumat ala bilərsiniz. https://avtosfer.az/az/qaydalar/suruculerin-diqqetine-bmw-de-bu-deyisikliyi-etmek-olar-foto-128246
Avtosfer.az | 14 Mart 2022 13:32
Salam YPX meni iwiqlara gore saxlayir ve men ona yerinde aradan qaldiriram deyirem deyir get qaldir ve birde gorurem duwub elinde pratakol gelirki men sene uje cerme yazmiwam bu duzgundur ve kime wikayet edek ?
Emil | 14 Mart 2022 00:22
Salam. Xeyr düzgün deyil. DYP-yə və ya məhkəməyə şikayət edə bilərsiniz.
Avtosfer.az | 14 Mart 2022 13:31
Salam.Mende bmw 335i markali minik maşınıdır,Ses sistemi zavod quraşdirmadir sadece başlixlari soradan deyişdirmişem deye suvarka var başlixlarda ve senetde m yazılmayıp aformıt zamanı bu sebebden meni bir neçe defe duracaga aparıblar.Menim sualim odurki ses sistemini harada yoxlatdrp sened ala bilermki 84db aşagidir ve yol polisi mene konstrksiya deyişikli etmisen deyende o kağiz göstersem önemi olarmı? Cox sagolun
Şahin | 14 Mart 2022 00:08
Salam. Səs desibeli 74-dən yuxarı olmamalıdır. Ya DYP-nin xüsusi meydançasında, ya da rəsmi servis mərkəzlərində yoxlada bilərsiniz.
Avtosfer.az | 14 Mart 2022 13:28
Salam Aleykum. Məndə Bmw e39 540-dı hər iki tərəfdən 4-bşlıqlı səs boğucu çıxartmaq istəyirəm. Lakin səs desibelini pozmamaq şərtilə. Buna icazə verilir?!
Azər | 13 Mart 2022 23:21
Salam. Səs desibeli normadan çox olmayacaqsa və işlənmiş qazların xaric etməsi qaydasında olacaqsa quraşdırmaq olar. Amma yolda incidəcəklər sizi. Ətraflı məlumat almaq üçün bu linkə daxil olun. https://avtosfer.az/az/qaydalar/suruculerin-diqqetine-bmw-de-bu-deyisikliyi-etmek-olar-foto-128246
Avtosfer.az | 14 Mart 2022 13:26
salam 015 momo rol qoyaam cerimesi var?
Abdul | 13 Mart 2022 22:35
Salam. Xeyr, cəriməsi yoxdur. Ətraflı məlumat almaq üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 14 Mart 2022 13:23
Salam baqajin ustune spoiler qoyulmasinin cerimesi var?
Eldar | 13 Mart 2022 19:38
Salam. Xeyr, cəriməsi yoxdur.
Avtosfer.az | 14 Mart 2022 13:19
Salam men sual vermek isteyirem ki mende prava B kataqoriyasidi men onunla qazel sure bilerem 3.500 yarima kimi icaze verilib onu bilmey isteyirem xaiş eeirem ki mene deyesiz
Ceyhun | 13 Mart 2022 18:41
Salam. 3500 kq-a qədərdirsə sürə bilərsiniz. Əgər 3501 kq olsa mütləq C kateqoriyası lazımdır.
Avtosfer.az | 14 Mart 2022 13:19
her vaxtiniz xeyir sukan arxasinda elimde mobil cihaza gore saxlanildim etibaranmemin vaxti bitdiyi ortaya cixdi duracaga temon edildi seher qayis 17 otaqdan bildirildiki etibarnamesiz idare etdiyine gore 40 azn cerime mobil cihazdan istifade etdiyine gore 50 masinin sahibine ise 60 azn cerime tetbiq olunacagi deyilmisdi bu qanunla dogrudurmu?
cabir | 13 Mart 2022 11:49
Xeyr. Maşının sahibinə 60 manat o zaman yazıla bilərdi ki, sizin sürücülük hüququnuzun olmadığını (yəni vəsiqənizin olmadığını) bilə-bilə maşını sizə versin. Etibarnamənin vaxtnın bitməsinə görə mülkiyyətçi cərimələnə bilməz. Sizi 40 manat və 50 manat gözləyir. Bunlardan isə yalnız 50 manat cərimə yazıla bilər. Yəni ikisindən biri. Çünki qanunda göstərilib ki, sürücü eyni anda bir neçə xəta törədirsə, onlardan ən yüksək olanı yazılmalıdır.
Avtosfer.az | 14 Mart 2022 13:18
Avtomobile spoyler qurasdirmaq cerimedir?
Cavid | 13 Mart 2022 11:29
Xeyr.
Avtosfer.az | 14 Mart 2022 13:14
salam mende 2013 f30du onun buferlerini m3 yigdirsam cerimesi varmi? qursiteline el vurmuram. birde ustunde r18 zavod diski tekerin deyisib r19 olcu qoya bilerem?
Bahaddin | 13 Mart 2022 00:58
Salam. Buferləri problemsiz dəyişə bilərsiniz. Amma disk ölçüsündə zavod hansı ölçünü veribsə, ondan kənara çıxmaq olmaz.
Avtosfer.az | 14 Mart 2022 13:14
Salam.her hansisa bir masina ferqli olaraq (bbs,vossen ve s) disk qoyulduqda cerimesi varmi ?
keni | 12 Mart 2022 22:23
Salam. Nəzərdə tutulmuş ölçüdən kənara çıxmaq olmaz.
Avtosfer.az | 14 Mart 2022 11:55
Salam.Ses boğucu taxmaq olarmi? Olmazsa bunun cerimesi ne qederdi?
Qəribli Əli | 12 Mart 2022 19:00
Salam. Səs desibelini normadan artıq artırmırsa problem yoxdur.
Avtosfer.az | 14 Mart 2022 11:54
Salam 11.03.2022. 12:20 tarixinde sualıma cvb yazmısınız teşekkürler. Amma bildiyim qeder radar olan ərazidə patrul əməkdaşının çəkdiyi qanunsuzdur axı birde video yerləşdirilməyib mən necə bilməliyəm ki həqiqətən mən bu sürəti sürmüşəm çünki inana bilmirəm
Qismət | 12 Mart 2022 17:44
Salam. Harada yazılıb ki, stasionar radar olan yerdə mobil radar qanunsuzdur? Heç yerdə belə bir şey yazılmayıb. Amma videosu asanpay.az saytında elektron kabinetə yerləşdirilməlidir.
Avtosfer.az | 14 Mart 2022 11:53
Salam vaz 2107 de arxa palçıq rezinin olmamasının cerimesi var?
İsmet | 12 Mart 2022 16:11
Salam. Onun olmaması nasazlıq sayılır. Aradan qaldırmaq mümkün olmadıqda 50 manat cəriməsi var.
Avtosfer.az | 14 Mart 2022 11:51
Salam tayota camri 2007 ci il şekilde gördüyünüz kimi dumanıya sipralni led qoymuşam işığıda tenzinlenib bunun cermesi var? Zavoduskoy işıqda lediydi xayiş cavablandırsaız evvelceden teşekürler
Sahib | 12 Mart 2022 16:11
Salam. Normativ tələbi pozmursa və quraşdırdığınız işıq həmin nəqliyyat vasitəsinə uyğun gəlirsə heç bir problem yoxdur.
Avtosfer.az | 14 Mart 2022 11:49
Yol polisi meni hansı hallarda saxlaya biler?
Sahib | 12 Mart 2022 13:44
Sualınız mücərrəddir. Yol polisi sizi çox səbəbələrə görə saxlaya bilər. Qayda pozduğunuz halda, qayda pozmadığınız halda stasionar postlarda yoxlama məqsədi ilə, sərxoşluqda şübhə olduqda, cinayətdə iştirak etməyinizə dair şübhə olduqda, maşınınızın ödənilməmiş cəriməsi olduqda və.s Bu siyahı uzundur.
Avtosfer.az | 14 Mart 2022 11:46
Salam. Köhnə tip nömrələrə görə cərimə varmı? Yəni "çip"-siz nömrələrə
Mamed | 12 Mart 2022 13:39
Salam. Xeyr, buna görə cərimə yoxdur.
Avtosfer.az | 14 Mart 2022 11:43
Avtomobile yuk vurdugda ne qeder kenara cixa biler
Vüsal | 12 Mart 2022 11:26
Yükü hara vurusunuz? Sualı yazanda zəhmət olmasa ətraflı yazın. Yük daşıma ilə bağlı Yol Hərəkəti Haqqında Qanunun 57-ci maddəsini oxusanız hər şey aydın olacaq.
Avtosfer.az | 14 Mart 2022 11:43