Salam.Hetcbek masinda arxa suse silgeci olmadiqda cerime tetbiq edilirmi
Behram | 16 Mart 2022 17:55
Salam. Xeyr. Qanunda yalnız ön şüşə silgəclərinin olması yaılıb.
Yol hərəkəti haqqında qanunun 1 saylı əlavəsinin IV hissəsi.
Qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları
1) Şüşə silgəcləri müəyyən edilmiş rejimdə işləmədikdə.
2) Nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmuş şüşəyuyanlar işləmədikdə nasazlıq aradan qaldırılır.
Avtosfer.az | 17 Mart 2022 12:37
Salam maşinin qabağ ve qabag yan şüşelerine neçe faiz plonya cekmek olar qanunla
Serxan | 16 Mart 2022 16:08
Salam. Qabaq və qabaq yan şüşələrə heç şəffaf plyonka da çəkmək olmaz. 150 manat cəriməsi var.
Avtosfer.az | 17 Mart 2022 12:33
Bir daha salam.bir suala cavabiniz diiqetimi cekdi.vaz markali masinlarin zavod palciq sitleri ucun yer qoyur amma zavoddan cixanda ustunde olmur.onda bele cixir ki palciq sitini qoyub qoymamaq surucunun isteyi ile olmalidi?ve bu teqdirde palciq siti olmadiqda cerime yazila bilermi.mende masin vaz 2101-dir
Faiq | 16 Mart 2022 12:12
Salam. Onu siz mütləq quraşdırmalısınız. Çünki "VAZ" zavodu digər zavodlardan fərqli olaraq maşını lüt buraxır.
Avtosfer.az | 17 Mart 2022 12:32
Salam .meni saray postunda saxlayaraq arxa yan perdelerim olduguna gore IXM 342.2.4 maddesini esas tutaraq 150 azn cerime yazmaga calisdilar.ne derecede duzgundu.nezerinize catdirim ki perdeler el arasinda qarmoska adlanan perdelerdendi.
Faiq | 16 Mart 2022 12:07
Salam. Qanunsuz tələb irəli sürüblər. Nəticəsi nə oldu bəs?
Avtosfer.az | 17 Mart 2022 12:31
Salam. Bilmək istərdim QAZ33021 yük avtomobili bortu tendlə mütləq bağlı olmalıdı yoxsa həm bağlı həm açıq. Və icazə yoxdusa cərimələri barədə. Təşəkkürlər.
Qurban | 16 Mart 2022 11:57
Salam. Açıq da ola bilər, bağlı da ola bilər. Heç bir problem yoxdur və cərimə yazıla bilməz.
Avtosfer.az | 17 Mart 2022 12:30
Salam tofaşda arxa yaylar neçe olmalıdır? Teşekkürr
Emin | 16 Mart 2022 05:16
Salam. Onu biz bilmirik. Yenisini mağazadan alıb sayın.
Avtosfer.az | 17 Mart 2022 12:29
Salam.Men fevral ayında avtomobil aldım ve adıma rəsmiləşdirdim Şekide.Resmileşme zamanı maşın texniki baxışdan keçib.Lakin kabinetde mene mart atanda bitmesi bildirilir.Men bir de indi martda tex. baxışdan niye keçmeliyem ki?
Azər Yusubov | 16 Mart 2022 01:36
Salam. Deməli qeydiyyat zamanı texniki baxışdan keçirməyiblər.
Avtosfer.az | 17 Mart 2022 12:28
salam zavod diskin olcusunden kenara cixmagin cerimesi ne qederdi? r18 zavod r19 qoymax isteyirem
Bahaddin | 16 Mart 2022 00:49
Salam. 150 manat.
Avtosfer.az | 17 Mart 2022 12:28
Salam. Cershenbeniz mubarek. Menim bacimin yoldashi dunyasini deyishib. Onun adina olan mashini bacim vereselikle oz adina kecirmek ucun ne qeder dovlet rusumu olacaq. 2004 cu il. 4000 matir pradodu. Onceden var olun. Butun veresilik senetleri hazirdi. Sadece DYP rusumu
CanƏli | 16 Mart 2022 00:42
Salam. 30 manat qeydiyyat şəhadətnaməsinin rüsumunu ödəyəcəksiniz. Vəssalam.
Birdən mühərrikə görə olan rüsumu da tələb etsələr, onun da rüsumu 120 manat edir.
Avtosfer.az | 17 Mart 2022 12:27
Salam,yazdigim suala caavb verdiz ses desibeli kecmir ve islenmis qazlari mawnin buraxmagi ucun katalizator olmasn gelek mendede masinda katalizator var.Amma yenede 2 ci teref cixiw oldugu ucun qayilar saxlayib mene m5 yazdirmisansa gedib m5 qazan qoymalisan deyir.2 ildir sururdum bele indi indi mene bele deirler.Deyendede senedinde qeyd elemwem,deyirler o duz deil.duz olmasa senedinde nece qeyd ede bilerem men dovletimizin verdiyi seneddi o sehv olasi deilki elbette.
Nicat | 15 Mart 2022 23:59
Salam. Düzgün demir yol polisi. Ətraflı məlumat almaq üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/qaydalar/suruculerin-diqqetine-bmw-de-bu-deyisikliyi-etmek-olar-foto-128246
Avtosfer.az | 17 Mart 2022 12:26
Salam.pravam yoxdu,masın alıb adıma keçire bileremmi?
Ve,rüsum neqeder olacag?
Ceyhun | 15 Mart 2022 23:52
Salam. Bəli adınıza keçirə bilərsiniz.
Rüsumu yoxlamaq üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 17 Mart 2022 12:23
salam zehmet olmazsa sualima geniş formada izah veresiz. ön faralar ve arxa stoplara qaraldici vasite vurmag olar? isiqlandirmaya engel yaratmadan.. olarsa nece faize kimi olan plyonkadan istifade etmem olar?
Murad | 15 Mart 2022 23:44
Salam. Bunu tövsiyə etmirik. Yolda probleminiz yaranacaq. Siz onu qaraldarkən bilmirsiniz axı işığı neçə faiz öldürürsünüz.
Avtosfer.az | 17 Mart 2022 12:22
salam. Postlardan (meselen qaradağ postunda) keçende mutlek orta yolla ard arda getmek lazimdi? yoxsa sag ve ya en son yolla suret heddin asmadan kecmek olar? xais edirem postdan kecme qaydasin genis izah ederdiz
Muraz | 15 Mart 2022 22:58
Salam. Sağ zolaqda maşın varsa siz sol zolaqla ötmə də edə bilərsiniz. Qanunda postdan keçmə ilə bağlı heç bir qadağalar və xüsusi hərəkət qaydası müəyyən edilməyib.
Əgər sağ zolaq boşdursa, onda mütləq sağ zolaqla hərəkət etməlisiniz. Bunun isə posta aidiyyəti yoxdur. Postdan kənarda da sağ zolaq boş olan halda sağ zolaqla hərəkət etməlisiniz.
Avtosfer.az | 17 Mart 2022 12:21
Bamper olmadan idare olunan neqliyyat vasitesini duracaqa ve ya cerme var?
Emil | 15 Mart 2022 19:30
Cərimə yazıla bilər, amma duracağa aparıla bilməz.
Avtosfer.az | 17 Mart 2022 12:17
Evvelki suala cavab verdiz tewekkur bilmek isterdim vaz 2107 zavod pastavka nezerde tutub olur?
Emil | 15 Mart 2022 18:39
Müraciətiniz aydın olmadı. Yazdığınız cümlə ilə sual işarəsi uyğun gəlmədi.
Avtosfer.az | 17 Mart 2022 12:15
Salam, hələ ki heç bir rəsmi məlumat almamışam, elektron kabinetimdə də protokol görünür, ümumiyyətlə cavab elektron kabinetə gəlməlidir yoxsa poçtla şəxsən özümə?
Yusif Abdullayev | 15 Mart 2022 16:42
Salam. Onlayn müraciət etmisinizsə cavab emailinizə gələcək. Poçtla göndərmisinizsə ünvanınıza gələcək.
Nəticəsi barədə zəhmət olmasa bizə məlumat verərsiniz.
Avtosfer.az | 17 Mart 2022 12:13
Salam neqloyat vasitesini arxa asqi yaylarinda olan pastavka bizim dilde rezin olmadiqi teqdirde cerme var ve ya qoyulmalidi bu qanunla?
Emil | 15 Mart 2022 16:14
Salam. Əgər zavod onu nəzərdə tutubsa çıxarmaq olmaz.
Avtosfer.az | 15 Mart 2022 16:39
Salam neqliyyat vasitesinin on bampersiz idare etmek olar? Temirdedi
Emil | 15 Mart 2022 16:05
Salam. Əslində olmaz.
Avtosfer.az | 15 Mart 2022 16:09
Danq danq cermesi
Ayxan | 15 Mart 2022 15:40
500 manatdan 800 manatadək cəriməsi var.
Avtosfer.az | 15 Mart 2022 15:44
Ses bogucular vaz isdehsali masinlara quraşdırnaq olar
Serxan | 15 Mart 2022 12:39
Nə səs boğucusu? Sualı mücərrəd şəkildə verməyin.
Avtosfer.az | 15 Mart 2022 12:40
Niva üçün qanunun telebine cavab veren led işıq var
Serxan | 15 Mart 2022 12:30
Onu mütəxəssislərdən soruşun.
Avtosfer.az | 15 Mart 2022 12:36
Salam, hər vaxtınız xeyir olsun,zavod istehsalında avtomobilə brizqovik qurşadırılmayıbsa buna görə mənə cərimə yazıla bilərmi? Mən necə sübut edim ki, mənim avtomobilimdə zavod istehsalında brizqovik nəzərdə tutulmayıb və ya polis bunun əksini necə sübut edə bilir? Birdə dərman qutusunda dərmanların tam olmaması cəriməyə əsas verirmi?
Yusif Abdullayev | 15 Mart 2022 11:03
Salam. Elə avtomobillər var ki, (məsələn VAZ) palçıq fartukları üçün yer var, amma zavod onu maşının üzərində buraxmır. Necə ki, Vaz maşınlarının maqnitofonları, ayaq altlığındakı rezinlər olmur, sonradan quraşdırırlar. Amma Mercedes tam komplektasiyada buraxılır. Ona görə də bilmək lazımdır ki, siz hansı maşını nəzərdə tutursunuz. Dərman qutusu tam olmadıqda cərimə yaza bilər.
Sizin radar protokolunuz silindi?
Avtosfer.az | 15 Mart 2022 12:35
Salam menim iki sualim var
1 menim maşinim nivadi ona pnevmatik asqı yığdırmaq olar ?
2 aparatura qadagandirmi
Serxan | 15 Mart 2022 03:12
Salam.
1) Qadağandır.
2) Xeyr qadağan deyil.
Avtosfer.az | 15 Mart 2022 12:28
Salam Öncədən Təşəkkür edirəm Mənim Maşnımda Qofran Daglıb Maşın Səsli İşləyir Hər dəfə Bir Polis saxlayıb 50Manat.yada.150.Manat Yazacağımı Söyləyir Deyir Belə Sürmək olmaz Ama Yaza Bilmir Bu Qanuna uyğun Hərəkətdir.?
Tural | 15 Mart 2022 02:45
Salam. Nasazlığı aradan qaldırmaq mümkün olmadıqda 50 manat cəriməsi var.
Avtosfer.az | 15 Mart 2022 12:27
Hyundai elantrada ayaqla yox əldə olan aparatla qaz vermək olar? Pult vasitəsi ilə?
Səid | 14 Mart 2022 21:55
O necə olur?
Avtosfer.az | 15 Mart 2022 12:26
Salam menim mawnim mersedes 210 el dilinde 4 faradi on wuwesi yeni patpresi simiwdi deyiwdim mawin ozu avanqard model oldugu ucun avanqard wuwe qoydum mersedes embilemiynendi yan wuweden az ferqi olaraq yawiligi biraz coxdu teze oldugu ucun deyek hemde zavod deyil firmadi onun cermesi varmi cox sagolun
Orxxan | 14 Mart 2022 19:44
Salam. Şəffaflığı 75 faizdən az deyilsə cəriməsi yoxdur. Şəffaflığı ölçdürün.
Avtosfer.az | 15 Mart 2022 12:26
Salam. Avtomobili YPX əməkdaşı hansı hallarda cərimə meydançasına apara bilər?
Mamed | 14 Mart 2022 18:56
Salam. Aşağıdakı hallarda:
Maddə 96. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi
96.1. Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır:
96.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda;
96.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə;
96.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə;
96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda;
96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda;
96.1.6. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda;
96.1.7. İcazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə.
96.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır.
96.3. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir.
96.4. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokolda aşağıdakılar göstərilir:
96.4.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt;
96.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;
96.4.3. nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırmanın və sərxoşluq vəziyyətini müəyyən etmənin əsasları;
96.4.4. nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatlar;
96.4.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar.
96.5. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir.
96.6. Sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur.
Avtosfer.az | 15 Mart 2022 12:25
Salam.Şəhər qapısından zəng gəlib cagiriblarki siz düz xətti keçib donmuş görüntü kamerasında düşmüşüz.3bal 60m cərimə yazdılar .bu düzgündümü?
Famil | 14 Mart 2022 18:06
Salam. Qayda pozmusunuzsa əlbəttə düzdür.
Avtosfer.az | 15 Mart 2022 12:20
Salam!Mən avtomobili 2-ci siradan saxlayib avtomobili tərk etmədən 3-5 dəgigə saxlamışam.Cərimə kamera vasitəsi ilə verilə bilərmi?
Orxan | 14 Mart 2022 15:16
Salam. 2-ci sırada saxlamağınızla digər sürücülərə çətinlik yaradırsınız. Bu cür hərəkətlərə yol verməməyi sizdən xahiş edirik. Zəhmət çəkib dayanma-durma qadağan olunmayan yerdə saxlayıb piyada gəlin.
Buna görə sizi məsuliyyət də gözləyir.
Avtosfer.az | 15 Mart 2022 12:19
Radar aralarında 50 100 mt mesafede quraşdıra biler
Qismət | 14 Mart 2022 14:05
Hansı qanunda yazılıb ki, radarlar arasında 50-100 metr məsafə olmalıdır? Xahiş edirik həmin maddəni deyin biz də oxuyaq maariflənək.
Avtosfer.az | 15 Mart 2022 12:18




