SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

14.03.2022.11:53 Salam tşk edirem cvb üçün xeyr heç bir video yerlesdirilmiyib. Amma şekil yerləşdirilib maşın vasitəsi ilə çəkilib patrul maşının üzerinden çəkilib mən necə edə bilerem şikayət etmişəm əgər əks cvb gelse mən hardan tapa bilərəm bu qanunu ki radar olan ərazidə patrul maşının radar çəkməsi qanunsuzdur. Sonra radar işarəsi olan lohveciyin qoyuldu yerden hara kimi təsir qüvvəsi var. Öncədən təşəkkürlər.
Qismət | 14 Mart 2022 13:35
Hörmətli izləyici, radar olan yerdə patrul maşını da radar qura bilər. Videonu DYP-dən tələb edin.
Avtosfer.az | 14 Mart 2022 13:39
Salam,maşının prujunları əgər istismara yararsızdırsa(ölü prujundursa) Cərimə meydançasına maşın aparıla bilər? Əgər polis əməkdaşı maşını saxlayıb yerindəcə prujunun istismara yararsız olduqnu deib, sadəcə gözlə baxb təyin edib və cərimə meydançaslna aparmaq ixtiyarı varmı?bu halda nə etmək lazımdır? Apteçka yanğın söndürən balon və arxa remenlərin olmamasna görə cərimə tədbiq edə bilərmi?
Ferman | 14 Mart 2022 12:09
Salam.ölmüş yaylara görə nə cərimə yaza bilər, nə də ki, duracağa apara bilər. Dərman qutusuna görə cərimə yaza bilər. Kəməri də aradan qaldırmaq mümkün olmadıqda cərimə yaza bilər.
Avtosfer.az | 14 Mart 2022 13:38
Salam meni bugun ypx emekdasi saxlayaraq piyada kecidinde hereket etdiyim zaman zmeyqa sesi geldi.ona gore masini cerime meydancasina apardi bu ne halda duzgundu
Samir | 14 Mart 2022 02:51
Salam. Avtoxuliqanlıq əlaməti varsa məsuliyyətə cəlb edə bilər. Amma avtoxuliqanlığa görə avtomobilin duracağa aparılması nəzərdə tutulmayıb.
Avtosfer.az | 14 Mart 2022 13:36
Salam aleykum. Vaz modellərində peredokda lapa qoyulur. Remvstavka deyilir rusca. Odaki mutlək olmalıdı. Olmasa bakavinlərə ziyandı amartizator yeri dağılır ona görə qoyulur. Ona cərimə yaza bilərlərmi. Zavod lapaynan buraxmıyıb maşını ama onuda zavod onnan ötəri nəzərdə tutub
Nazim | 14 Mart 2022 02:40
Salam. Zavod buraxmayıbsa quraşdırmaq olmaz.
Avtosfer.az | 14 Mart 2022 13:34
Salam mende bmw f10 528i masini var . Men gorunus ucun arxadan saga turba ceksem buna polis ilise biler? Elave olaraq ses yigdirmaq istesem hansi qanunlara emel ederek ses yiga bilerem
Kerim | 14 Mart 2022 01:09
Salam. Bu linkə daxil olaraq ətraflı məlumat ala bilərsiniz. https://avtosfer.az/az/qaydalar/suruculerin-diqqetine-bmw-de-bu-deyisikliyi-etmek-olar-foto-128246
Avtosfer.az | 14 Mart 2022 13:32
Salam YPX meni iwiqlara gore saxlayir ve men ona yerinde aradan qaldiriram deyirem deyir get qaldir ve birde gorurem duwub elinde pratakol gelirki men sene uje cerme yazmiwam bu duzgundur ve kime wikayet edek ?
Emil | 14 Mart 2022 00:22
Salam. Xeyr düzgün deyil. DYP-yə və ya məhkəməyə şikayət edə bilərsiniz.
Avtosfer.az | 14 Mart 2022 13:31
Salam.Mende bmw 335i markali minik maşınıdır,Ses sistemi zavod quraşdirmadir sadece başlixlari soradan deyişdirmişem deye suvarka var başlixlarda ve senetde m yazılmayıp aformıt zamanı bu sebebden meni bir neçe defe duracaga aparıblar.Menim sualim odurki ses sistemini harada yoxlatdrp sened ala bilermki 84db aşagidir ve yol polisi mene konstrksiya deyişikli etmisen deyende o kağiz göstersem önemi olarmı? Cox sagolun
Şahin | 14 Mart 2022 00:08
Salam. Səs desibeli 74-dən yuxarı olmamalıdır. Ya DYP-nin xüsusi meydançasında, ya da rəsmi servis mərkəzlərində yoxlada bilərsiniz.
Avtosfer.az | 14 Mart 2022 13:28
Salam Aleykum. Məndə Bmw e39 540-dı hər iki tərəfdən 4-bşlıqlı səs boğucu çıxartmaq istəyirəm. Lakin səs desibelini pozmamaq şərtilə. Buna icazə verilir?!
Azər | 13 Mart 2022 23:21
Salam. Səs desibeli normadan çox olmayacaqsa və işlənmiş qazların xaric etməsi qaydasında olacaqsa quraşdırmaq olar. Amma yolda incidəcəklər sizi. Ətraflı məlumat almaq üçün bu linkə daxil olun. https://avtosfer.az/az/qaydalar/suruculerin-diqqetine-bmw-de-bu-deyisikliyi-etmek-olar-foto-128246
Avtosfer.az | 14 Mart 2022 13:26
salam 015 momo rol qoyaam cerimesi var?
Abdul | 13 Mart 2022 22:35
Salam. Xeyr, cəriməsi yoxdur. Ətraflı məlumat almaq üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 14 Mart 2022 13:23
Salam baqajin ustune spoiler qoyulmasinin cerimesi var?
Eldar | 13 Mart 2022 19:38
Salam. Xeyr, cəriməsi yoxdur.
Avtosfer.az | 14 Mart 2022 13:19
Salam men sual vermek isteyirem ki mende prava B kataqoriyasidi men onunla qazel sure bilerem 3.500 yarima kimi icaze verilib onu bilmey isteyirem xaiş eeirem ki mene deyesiz
Ceyhun | 13 Mart 2022 18:41
Salam. 3500 kq-a qədərdirsə sürə bilərsiniz. Əgər 3501 kq olsa mütləq C kateqoriyası lazımdır.
Avtosfer.az | 14 Mart 2022 13:19
her vaxtiniz xeyir sukan arxasinda elimde mobil cihaza gore saxlanildim etibaranmemin vaxti bitdiyi ortaya cixdi duracaga temon edildi seher qayis 17 otaqdan bildirildiki etibarnamesiz idare etdiyine gore 40 azn cerime mobil cihazdan istifade etdiyine gore 50 masinin sahibine ise 60 azn cerime tetbiq olunacagi deyilmisdi bu qanunla dogrudurmu?
cabir | 13 Mart 2022 11:49
Xeyr. Maşının sahibinə 60 manat o zaman yazıla bilərdi ki, sizin sürücülük hüququnuzun olmadığını (yəni vəsiqənizin olmadığını) bilə-bilə maşını sizə versin. Etibarnamənin vaxtnın bitməsinə görə mülkiyyətçi cərimələnə bilməz. Sizi 40 manat və 50 manat gözləyir. Bunlardan isə yalnız 50 manat cərimə yazıla bilər. Yəni ikisindən biri. Çünki qanunda göstərilib ki, sürücü eyni anda bir neçə xəta törədirsə, onlardan ən yüksək olanı yazılmalıdır.
Avtosfer.az | 14 Mart 2022 13:18
Avtomobile spoyler qurasdirmaq cerimedir?
Cavid | 13 Mart 2022 11:29
Xeyr.
Avtosfer.az | 14 Mart 2022 13:14
salam mende 2013 f30du onun buferlerini m3 yigdirsam cerimesi varmi? qursiteline el vurmuram. birde ustunde r18 zavod diski tekerin deyisib r19 olcu qoya bilerem?
Bahaddin | 13 Mart 2022 00:58
Salam. Buferləri problemsiz dəyişə bilərsiniz. Amma disk ölçüsündə zavod hansı ölçünü veribsə, ondan kənara çıxmaq olmaz.
Avtosfer.az | 14 Mart 2022 13:14
Salam.her hansisa bir masina ferqli olaraq (bbs,vossen ve s) disk qoyulduqda cerimesi varmi ?
keni | 12 Mart 2022 22:23
Salam. Nəzərdə tutulmuş ölçüdən kənara çıxmaq olmaz.
Avtosfer.az | 14 Mart 2022 11:55
Salam.Ses boğucu taxmaq olarmi? Olmazsa bunun cerimesi ne qederdi?
Qəribli Əli | 12 Mart 2022 19:00
Salam. Səs desibelini normadan artıq artırmırsa problem yoxdur.
Avtosfer.az | 14 Mart 2022 11:54
Salam 11.03.2022. 12:20 tarixinde sualıma cvb yazmısınız teşekkürler. Amma bildiyim qeder radar olan ərazidə patrul əməkdaşının çəkdiyi qanunsuzdur axı birde video yerləşdirilməyib mən necə bilməliyəm ki həqiqətən mən bu sürəti sürmüşəm çünki inana bilmirəm
Qismət | 12 Mart 2022 17:44
Salam. Harada yazılıb ki, stasionar radar olan yerdə mobil radar qanunsuzdur? Heç yerdə belə bir şey yazılmayıb. Amma videosu asanpay.az saytında elektron kabinetə yerləşdirilməlidir.
Avtosfer.az | 14 Mart 2022 11:53
Salam vaz 2107 de arxa palçıq rezinin olmamasının cerimesi var?
İsmet | 12 Mart 2022 16:11
Salam. Onun olmaması nasazlıq sayılır. Aradan qaldırmaq mümkün olmadıqda 50 manat cəriməsi var.
Avtosfer.az | 14 Mart 2022 11:51
Salam tayota camri 2007 ci il şekilde gördüyünüz kimi dumanıya sipralni led qoymuşam işığıda tenzinlenib bunun cermesi var? Zavoduskoy işıqda lediydi xayiş cavablandırsaız evvelceden teşekürler
Sahib | 12 Mart 2022 16:11
Salam. Normativ tələbi pozmursa və quraşdırdığınız işıq həmin nəqliyyat vasitəsinə uyğun gəlirsə heç bir problem yoxdur.
Avtosfer.az | 14 Mart 2022 11:49
Yol polisi meni hansı hallarda saxlaya biler?
Sahib | 12 Mart 2022 13:44
Sualınız mücərrəddir. Yol polisi sizi çox səbəbələrə görə saxlaya bilər. Qayda pozduğunuz halda, qayda pozmadığınız halda stasionar postlarda yoxlama məqsədi ilə, sərxoşluqda şübhə olduqda, cinayətdə iştirak etməyinizə dair şübhə olduqda, maşınınızın ödənilməmiş cəriməsi olduqda və.s Bu siyahı uzundur.
Avtosfer.az | 14 Mart 2022 11:46
Salam. Köhnə tip nömrələrə görə cərimə varmı? Yəni "çip"-siz nömrələrə
Mamed | 12 Mart 2022 13:39
Salam. Xeyr, buna görə cərimə yoxdur.
Avtosfer.az | 14 Mart 2022 11:43
Avtomobile yuk vurdugda ne qeder kenara cixa biler
Vüsal | 12 Mart 2022 11:26
Yükü hara vurusunuz? Sualı yazanda zəhmət olmasa ətraflı yazın. Yük daşıma ilə bağlı Yol Hərəkəti Haqqında Qanunun 57-ci maddəsini oxusanız hər şey aydın olacaq.
Avtosfer.az | 14 Mart 2022 11:43
Salam vaz 2106 arxa ve qabaq burjunlar teze zavoduskoy qoymuşam maşın hündürdü cerime oluna biler? tekerden ne qeder hündür olmalıdır?
iman | 11 Mart 2022 21:56
Salam. Əlavə rezin yoxdursa heç bir problem yoxdur. Təkərlə qanadın arasında nə qədər məsafə olması isə heç yerdə yazılmayıb. 4 barmaq deyilən bir şey yoxdur. Hamısı mifdir.
Avtosfer.az | 14 Mart 2022 11:41
Salam, Hyundai H-1 avtomobilidir, bu maşında amerikanka etmek qadağandırmı? Faranın şeklin de yerleşdirmişem
Heydər | 11 Mart 2022 19:35
Salam. Bəli qadağandır. 150 manat cəriməsi var.
Avtosfer.az | 14 Mart 2022 11:40
Salam sualmın davamı 342.5 nömrəli cərimə tətbiq olnub . Və maşnım hələd cərimə meydançasındadır . Mən məsələmə necə aydınlıq gətirə bilərəm . 902 deyir daynaca qoyulmalıdır qanun deyir qoyulmamalıdır smsradar deyir 50 azn yerində cərimədir siz deyirsiz heç bir qayda pozuntusu yoxdur baş çıxara bilmədim hansınızı rəhbər götürüm? Xaiş tam ətraflı məlumat yazardınız . Mən maşınımı cərimə meydançasından problemsiz çıxara bilərəm. Buna görə dayanacaqa usta gətirməliyəm yoxsa ehtiyac yoxdur 342.5 nömrəli madədə dayanacaqda pərpa olunmağı ilə bağlı heç bir məlumat yoxdur vəya dayanacaqa aparılmağıyla bağlı .
Elnur | 11 Mart 2022 19:25
Salam. İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsində duracağa getməli olan hallar yazılıb. Orada nasazlığa görə avtomobilin duracağa aparılması nəzərdə tutulmayıb. Ümumiyyətlə yayların ölməsi harada yazılıb ki, nasazlıq sayılır? Heç bir yerdə belə bir şey yazılmayıb. Hansı normativ tələbi var onun? Ona görə də cərimənin yazılması da qanunsuzdur. Qərardan 10 gün ərzində məhkəməyə şikayət etmək hüququnuz var.
Avtosfer.az | 14 Mart 2022 11:38
Salam. Ön şüşə silənin biri yerində olmadıqda. Cərimə oluna bilərmi? Cərimə varsa nə qədərdir?
Kənan | 11 Mart 2022 18:35
Salam. Nasazlığın aradan qaldırılması mümkün olmadıqda 50 manat cəriməsi var.
Avtosfer.az | 14 Mart 2022 11:16
Belə çıxır ki TŞ kamerası çəkibsə qanunsuzdurda hə?
Tofiq | 11 Mart 2022 18:33
Bəli
Avtosfer.az | 14 Mart 2022 11:10
Salam.60 diq yolda qırıq qırıq ötme emeliyyatı üçün xett ola bilerm?Biri var ömrüme giribde ola bilmez deyir.Zehmet olmasa aydınlıq getirerdiz.
Gunduz | 11 Mart 2022 18:30
Salam. Sualınız aydın olmadı.
Avtosfer.az | 14 Mart 2022 11:07
Salam aleykum.Vaz 21 09 da arxa şüşe silgeci olmaması qanununa zidmi.Cerimesi varmı?
Gündüz | 11 Mart 2022 18:27
Salam. Xeyr cəriməsi yoxdur. Qanunda əsas qabaq şüşə silgəcləri nəzərdə tutulur.
Avtosfer.az | 14 Mart 2022 10:58
Salam. Mən 01.03.2022 tarixində şəkildə gördüyünüz yer Həzi Aslanov metrosunun yuxarı çıxışında maşını saxlayıb bankomatdan pul çıxarmaq üçün getmişəm. Ərazini tanıyırsınızsa saxladığım yerdən qabaqda sağda bankomat var ordan pul çıxarıb maşına qayıtmışam. Maşına heç bir ypx əməkdaşı ya da bna əməkdaşı yaxınlaşmayıb. Lakin artıq evə çatandan sonra bu şəkil mənə yollanıb və 20 manat cərimə yazılıb. Bəli mən ola bilər ki qayda pozuntusu etmişəm, elə qarşımda olan nişan da dayanma durmanı qadağan edən nişan idi bu barədə bir söz demirəm. SADƏCƏ OLARAQ 6-7 DƏQİQƏYƏ GÖRƏ BU FORMADA CƏRİMƏ YAZILIRMI? TƏLİMATA ƏSASƏN DAYANMA DURMAYA GÖRƏ HANSI FORMADA VƏ KİM CƏRİMƏ YAZMALIDI? Çox sağolun.
renat | 11 Mart 2022 17:58
Salam. Özünüz də etiraf edirsiniz ki, qaydaları pozmusunuz. Düzdür dayanma-durma kamera ilə çəkilə bilməz. Amma nəticədə qayda pozmuş hesab olunursunuz.
Avtosfer.az | 14 Mart 2022 10:51