Salam men mawina 215 60r13 teker qoyub sursem cerime oluna bilerem Sadece teker enlidi zavod istehsali olan diski ucun buraxlib.
Salam. Siz maşinin qapi direklerine baxin, orada hansi ölçü yazilibsa onu qoymaq olar
Salam. Rayon qeydiyyatında olan şəxs Bakıdan müvəqqəti yaşayış yerindən arayış almaq üçün hara və hansı sənətlərlə müraciət etməlidir
Salam. Hansı rayonda qeydiyyata düşmək istəyirsinizsə həmin rayonun polis idarəsinə müraciət etməlisiniz
Salam H4 led lampa vaz2101 qoymaq olar qanunla qadaqandi
Salam. VAZ şirkəti belə lampaların həmin avtomobilə qoyulmasını məsləhət görmür və nəzərdə tutmur. Çünki bu lampalar o avtomobillər üçün nəzərdə tutulmayıb
Arxa purjunda rezin qoyulmasina gore cerime oluna biler.cerime meydancasina aparilmalidir
Həmin rezin avtomobilin görünüşünü dəyişirsə əlavə avadanlıq sayılır. siz bunu yerində arada qaldıra bilsəniz maşın cərimə meydançasına aparılmali deyil. Amma dəyişə bilməsəniz aparılacaq
Salam. Avtomobilin arxa alin şüşesine stiker veya her hansi yazinin vurulması qanunla qadağandır
Salam.xeyr.qadagan deyil
yoldakı hər hansı bir qayda pozuntusu barədə video görüntünü hara göndərə bilərəm
0553351559 votsap nomresinə və ya [email protected] adresine
Salam. Nizami rayonu Özbəkistan küçəsi ilə Mehdi Abbasov küçələrinin kəsişməsində ROMANCE PALACE şadlıq sarayının çıxışında svetafqoyulub. Bu səbəbdən Özbəkistan küçəsi istiqamətindən gəlib Çobanzadə istiqamətinə gedən sürücülər restoranın həyətindən çıxıb Özbəkistan küçəsi istiqamətində gedən avtomobillərə yol verməlidirlər, həmin istiqamətdə sfetaforun yaşıl işığı çox qısa müddətdə yandığından axşam saatlarında həmin istiqamətdə sıxlıq yaşanır. Ümumiyyətlə restoranın həyətindən çıxışda svetafqoyulması nə dərəcədə düzgündür
Salam. Hər restoranın qarşısına svetofor qoyulsa onda şəhərdə hərəkət etmək mümkün olmaz. Görünür kiminsə yaxşı imkanı var və özbaşınalıq edirlər
salam.Dagistan ve ya Russiyadan masin getirmek isteyirem.Azerbaycana aformut etmeden surecem.Vaxti vaxtinda ya asan xidmetden pulunu kevirdecem yada tamojnunu kececem.Sualim odurki Azerbaycanda O mansini saxlaya ve ya cerimeleyerlerki masin peredoklu ve ya Plyonkalidi deye
Salam. Rusiya nömrəsidirsə heç nə deyə bilməzlər
Salam.Priora modellerine satılan sport purjinlere icaze varmı
Salam. VAZ salondan soruşun görün zavod icazə verirsə olar, vermirsə qadağandır
Salam.men bir suala cavab tapa bilmirem.Dovlet qeydiyyat imtahan idaresine zeng vurdum ordanda dogru duzgun cavab ala bilmedim..menin 9 ile yaxindi suruculuk vesiqem var,BC katoqoriyam var.ve yeni suruculuk vesiqesi ile evez etmek isteyirem, ama pravanin muddetine bir ilden artiq vaxt var, men yeni alt katoqoriya olan D1.katoqoriyasi almaq isteyirem, bunun ucun avtoşkolada oxumaq lazimdi ve yaxud imtahan verib almaq lazimdi D1,katoqoriyasini.qeydiyyat unvanim Gence şeheridi.dogru duzgun bilen yoxdu bu katoqoriya haqqinda.xahiw edirem bu haqda bilginiz varsa deyerdizde zehmet olmasa..oxudugunuz ucun teşekkur edirem..cox sagolun.
Salam. Bəli, birinci növbədə peşə məktəbini oxumaq lazımdır, sonra imtahandan uğurla keçsəniz vəsiqəniz dəyişəcək və yeni kateqoriya da orada əks olunacaq. Qeydiyyatda olduğunuz ərazidə imtahan verməlisiniz
Salam onceden teshekkur edirem size! Menda HONDA Pilot vatomobilidir men ona qlushitel yani ses bogucu deyek onun qurashdirmasi ucun icaze harda almaliyam ve proses neca gedir yani tunniq elamak istayirem sesi berk cixsin ve birde onu deyim orejinal tuninq qlushitil deyil pultnan olan var onnan qoshsam icazesini neca ala bilerem cox sagolun
Salam. Bunun üçün DYP-nin texniki şöbəsinə müraciət etmək lazımdır. Amma inanmıram ki, buna icazə verilsin. Çünki qanunsuzdur
əl tormozunda maşın sürmək olar
Sual aydın deyil.
salam, menim suruculuk vesiqem yoxdu ancaq suruculuk huququ olan sexs mene masini idare etmeye verib ozude yaninda oturub . bele halda cerime kime yazilir ve yaxud menim vesiqem yaxdusa hara yazilir
Salam. Cərimə ikinizə də yazılacaq
Salam bizim maşın 90kz498 markalı 06 maşın oğurlanıb1.10.2019tarixinde polislər laqeyd yanaşırlar axtarışa vermirlər bizə köməklik göstərin
Salam. Bu barədə geniş məlumat yazıb göndərsəniz saytda işıqlandırarıq
Salam aleykum.BMW x5 3.0 dizel 2008-2010-cu il.Yurus:200 000-250 000 km.Nece masindiAlmaq meslehetlidir
BMW servisdə yoxlatdırsanız əlbəttə almağa dəyər
Salam. Sizi Şəkidən narahat edirəm. Avtomobilimin qeydiyyatı ilə ilə bağlı problemlə üzləşmişəm və sizdən məsləhət almaq istərdim. Deməli, situasiya belədir. Özüm Şəki qeydiyyatlıyam, avtomobilimi Bakıdan 2009-cu ildə almışam və aldıqdan sonra müəyyən səbəblərdən adıma qeydiyyata keçirtməmişəm, 30 illik etibarnamə ilə idarə edirəm. Etibarnamənin müddəti təbii, ki hələ bitməyib. Yaxınlarda maşını satmaq istədim lakin, qeydiyyatla bağlı məhdudiyyət üzə çıxdı. Məhdudiyyət 2016-cı ildə qoyulub. Xatırladım ki, bu problemlə mən dəfələrlə sərhədi keçib qayıtmışam, yəni indiyədək bu məhdudiyyət sərhəddən keçməmək yaxud duracağa aparılmaq üçün səbəb olmayıb. Məhdudiyyət iki məhkəmədən qoyulub. Səbəblər göstərilmir. Bu situasiyada nə məsləhət görəriniz Bunun hüquqi yolla bir həlli varmı Hörmətlə, Arif
Salam. Siz hər iki rayonun icra şöbəsinə müraciət edin, oradan sizə geniş məlumat verəcəklər
Salam.Mnde 07di ve arxa kemerler yerinde yoxdu. Sualim oduki DYP meni saxlayib arxa remelerin yeride olmamasina gore cerime meydancasina apara biler Yoxsa yerinde cerimesin yaza biler sadece
Salam. Nasazliq aradan qaldirila bilendirse cerime meydancasina aparmadan 50 manat cerime yaza biler
Salam onceden teşekkür edirem size ve sualim budur ki aftomobili suruculuy vesiqesi olmadan idare edsem ve suret heddini aşsam yol polisi aftomobili 10 gun cerme meydançasinda saxlaya biler
Salam. Xeyr. saxlaya bilmez. amma cerime yaza biler
Pnevmanı sənədləşdirmək olarmı
Avtomobilin texniki muayinesinden sonra musbet rey verilse olar
Salam Bele bir sual vaz 21011 markali mashina galenvagenin farasini qoymaq ve ya bashqa eyni olcude fabrik istehsali cerime oluna biler yeni qeyri qanunudu
Salam. İşıqların gücü ona uyğun gəlmirsə qoymaq olmaz
Salam Toyota prado avtomobiline hansı şüselerine plyonka vura bilərəm Və Gürcüstan da və Türkiyede keçərli olsun teşekkur edirem
Salam. yalnız arxa yan şüşələrinə
SALAM. YÜK QÖTÜRMƏ QABİLİYYƏTİ 3.5t QƏDƏR OLAN ƏRZAQ MAŞİNİ DAYANMAQ DURMAQ QADAGANDİ 3.27 İSARƏSİNİN NİŞANİ TƏSİR SAHƏSİNDƏ DÜKANİN QABAGİNDA MÜVƏQQƏTİ DAYANİB MAL VERƏN ZAMAN DYP TƏRƏFİNDƏN 20 AZN CƏRİMƏ OLUNMUŞDUR .BU NƏ DƏRƏCƏDƏ DÜZDÜR, SİZDƏN XAHİŞ EDİRƏ BU BARƏDƏ MƏLUMAT VERƏSİNİZ.
Qayda pozubsa cərimə yazılır
Xariciden gelen avtomobillerin qeydiyyati nece bir defelik qeydiyyat etmek olar Avtomobilin ili ve muherrik hecimine gora rüsum ne seçerdi Bu barede yazardiz zehmet olmasa
Gömrük Komitəsinin saytında rüsumları hesablamaq olar.
Xariciden gelen avtomobilleri nece qeydiyyat etmek olar
Gömrükdə kecirmək lazimdir, Meyvelide
SALAM. YÜK QÖTÜRMƏ QABİLİYYƏTİ 3.5t QƏDƏR OLAN ƏRZAQ MAŞİNİ DAYANMAQ DURMAQ QADAGANDİ 3.27 İSARƏSİNİN NİŞANİ TƏSİR SAHƏSİNDƏ DÜKANİN QABAGİNDA MÜVƏQQƏTİ DAYANİB MAL VERƏN ZAMAN DYP TƏRƏFİNDƏN 20 AZN CƏRİMƏ OLUNMUŞDUR .BU NƏ DƏRƏCƏDƏ DÜZDÜR, SİZDƏN XAHİŞ EDİRƏ BU BARƏDƏ MƏLUMAT VERƏSİNİZ. ÖNCE TEŞEKKÜR EDİREM.
Salam. Burada qanunsuz hec ne yoxdur.
Salam aleykum mende 07 didi fiat rol qoymaq isteyirem YPX cerime yaza biler
Salam. Ancaq sükan başligi dəyişirsə cərimə yazila bilməz
Salam Her Vaxtiviz Xeyr Olsun . Men iyul ayinin 12 si 2019ci ilde Gurcustan Respublikasinda 40lari cermelendim Azerbaycan Respublikasina Oz Vetenime qayidirdim .hemen gun .Gurcustan Serhedinde Yazilmis Cerimeye gore hecne bildirilmedi . Ve Men Sentyabr Ayinin 20si qayidanda Gurcustana .Gurcustan Serhedinde Cermemin Oldugu Ve Odenilmesi Gerekdir Dediler .ve men o cermeni dedikleri an odedim gecikmesi ile .ve men cermeni odeyib qebzi xanima teqdim etdim .ve xanim mene Gurcustanda 6 ay Avtomobil idare etmek mehdudiyetini bildir .mene maraglidirki bu addimi qanuna uygunmu tetbiq edibler . Azerbaycan vetendasayim cerimede Suruculul vesiqeme tetbiq olunmusdu.
Salam. Bu qayda Gürcüstana aiddir, Azərbaycanda isə biraz fərqlidir. cərimə ödənilmədikdə 3 aydan sonra sürücülük hüququ məhdudlaşdırılır.
Changan raeton markalı avtomobilin surətlər qutusuna hansı yağdan istifadə etmək məsləhətdir ili 2014, gediş 128 min.
https://www.facebook.com/MONZAOILAZERBAIJAN/ Bu səhiyə yazın cavab verəcəklər
Salon içi Miqalka istifade etmeye icaze verilir yoxsa yox...Xerimelenirse qiymeti zehmet olmasa
Xeyr. icazə yoxdur, 1000 manatadək cəriməsi var və miqalka müsadirə olunur
Men general I etibarname Almaq isteyirem amma texpasportdaki sexs unvandan kocub onun hara da yasamasini ve ya tel nomresini nece ala bilerem
Polis şöbəsinə müraciət edin, tapa bilməsəniz məhkəmə yolu ilə maşını adınıza keçirə bilərsiniz