Salam, avtomobilimin sesi yuksekdi sportkar olduguna gore ama hec bir deiwiklik ses sistemi ile bagli olunmuyub. Qayilar saxliyanda deirlerki masin cerime meydancasina getmelidi sonra sorgu gondermeliyikki ses sistemi yoxlansin ve s. , uzun sozun qisasi oyun qururlar ozleri ucun, menim sualim oduki masinda ses sistemi hec bir deiwiklik olunmayibsa men neynemeliyem bunun yolu nedir bu mesele ile bagli meni qai saxliyanda?
Murad | 29 Noyabr 2020 00:51
Salam. Şübhə olarsa xüsusi cihazla yoxlanılmalıdır. Heç bir yerə sorğu göndərilmir. Əgər səs desibeli standarta uyğundursa heç bir problem yoxdur.
Avtosfer.az | 30 Noyabr 2020 12:29
Salam alekum...
N/V texniki pasportuna ganunda nezerde tutulmus hansi elave avadanliglar yazilmalidi?zehmet olmasa tek tek geyd ederduz eger alinmirsa harda yazilib onu geyd ederdiz.misalcun qaz kimi
Ve bu tex passporta hansi elave avadanliglar yazilmalidi hagginda hansi maddede oxumag olar?
Royal | 28 Noyabr 2020 19:55
"Yol Hərəkəti Haqqında Qanun"un 28-ci maddəsində ətraflı yazılıb. Oradan oxuya bilərsiniz.
Avtosfer.az | 30 Noyabr 2020 12:27
Vaz2107 amerkanka isiqlara niye icaze yoxdu bunun aciklamasi var?
Emin | 27 Noyabr 2020 17:44
İşıq cihazları standarta uyğun olmalıdır. Dönmə işıqları təyinatına uyğun manevr edən zaman yandırılmalıdır. Daimi yanılı qalması normativ tələblərə ziddir.
Avtosfer.az | 30 Noyabr 2020 12:25
Sport purjuna icaze var?
Ramiz | 27 Noyabr 2020 11:57
Normativ tələbi pozursa qadağandır. Şifahi şəkildə konkret cavab verə bilmərik.
Avtosfer.az | 27 Noyabr 2020 12:05
Salam mende nivadi sukani deyisib “Momo” rul qoymusam , arxa purjunda qizdirilib, ama meni sukana gore 150 azn cerime elediler ,qanunsuzlug olummayibki?
Faiq | 27 Noyabr 2020 09:58
Salam. Sükan çəmbərinə görə cərimə yazıla bilməz.
Bu linkə daxil olub məlumat əldə edə bilərsiniz. https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 27 Noyabr 2020 11:55
Salam masini sekildeki kimi etmek cerimedir? , birde avtomobile coilover qoymaq cerimedir?
Ramiz | 26 Noyabr 2020 22:31
Salam. Şəkildəki kimi etdirmək üçün şifahi cavab vermək çətindir. Normativ tələblər pozmadan istənilən dəyişikliyi etmək olar. Coilover nədir?
Avtosfer.az | 27 Noyabr 2020 11:54
Salam mende 2015 prioradi.2 gun once ekranda nida isaresi gorsendi.ve sukan berkime gedir.ne problem olar? Biraz saxlayiram 10 dq falan sonra yox olur 50 -60km surennen sonra yene yanir.
Vahid | 26 Noyabr 2020 11:36
Salam. Bakı-Sumqayıt yolunun üzərində yerləşən "Vaz Servis"də Elnur ustaya müraciət etməyiniz tövsiyə olunur.
Avtosfer.az | 27 Noyabr 2020 11:52
salam . sport purjunlara icazə varmı ?
nicat | 26 Noyabr 2020 01:10
Salam. Normativ tələbləri pozursa qadağandır. Şifahi şəkildə heç nə deyə bilmərik.
Avtosfer.az | 27 Noyabr 2020 11:51
Salam.Her vaxtiniz xeyir.Sualim beledir
Senedlerim evdedi ve YPX menden senet isteyir deyirem evde qalib planset ile Bax..Senedimin uzerimde olmamasi sebebi ile mene hansisa cerime yazila bilermi?Ve bu ganunda hansi maddede oz eksini tapmisdir
Royal | 25 Noyabr 2020 22:43
Salam. Buna görə cərimə yazıla bilməz. Lakin bütün sənədlər sürücünün üzərində olmalıdır. Qanunun tələbi belədir.
Avtosfer.az | 27 Noyabr 2020 11:50
Sport purjuna icaze var priyora ucun?
Ursan | 25 Noyabr 2020 22:20
Normativ tələbləri pozursa qadağandır. Onu şifahi deyə bilmərik.
Avtosfer.az | 27 Noyabr 2020 11:49
C1 və C kateqoriyalı sürücülük vəsiqəsi ilə pikap və furqon maşın idarə etmək olarmı?.
intizam | 25 Noyabr 2020 20:09
“C1” - “D” kateqoriyasına və “D1” altkateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, lakin 7.500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçündür.
Avtosfer.az | 27 Noyabr 2020 11:48
Salam vaz 2107 konstruksiya deyiwliyi olunduģda leqal sened almaq mumkundu?
Hacveli | 25 Noyabr 2020 18:41
Salam. Nə dəyişikliyi?
Avtosfer.az | 27 Noyabr 2020 11:46
Salam vaz markali aftomobile sukan deyiwmek qanunla cerime tetbig edilirmi ? men mawinima fiat rul baglamiwdim daha dogrusu alanda ustunde bele gelib DYP buna gore mene 150 azn cerime yazib xaiw edirem bunun haqqinda mene melumat veresiz
Senan | 25 Noyabr 2020 17:40
Salam. Buna görə cərimə yazıla bilməz. Göndərdiyimiz linkə daxil olub ətraflı məlumat ala bilərsiniz.
https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 27 Noyabr 2020 11:45
Salam. Zehmet olmasa cavab yazardiniz. Mende 2014 CRUZE 1.8 matordur. Yeni almışam. Bilmek isterdim,matoru seplidir yoxsa remen? Tesekkurler.
Nicat | 24 Noyabr 2020 18:56
Salam. Onu biz deyə bilmərik. Mütəxəssislərə müraciət edin.
Avtosfer.az | 27 Noyabr 2020 11:39
DYP yazan pratakoldan neca şikayat etmak olar?
Rəşad | 24 Noyabr 2020 12:55
https://dyp.gov.az/?/az/online/
Qeyd elədiyim linkə daxil olub şikayətinizi bildirin.
Avtosfer.az | 27 Noyabr 2020 11:37
Yük avtomobilinde led iıqlar quraşdırmaq qanunla qadağandırmı?
Teymur | 23 Noyabr 2020 23:48
Bu cür quraşdırmaq qadağandır.
Avtosfer.az | 27 Noyabr 2020 11:36
VAZ 2107 de arxa purjun kesilmeyib, amma arxasi asagidi bir az ona göre cerme ola biler
Emin | 23 Noyabr 2020 23:03
Heç bir müdaxilə olunmayıbsa cərimə yazıla bilməz.
Avtosfer.az | 27 Noyabr 2020 11:35
Salam tend teserrufat texnikasi tekerli traktorlarin gece saatlarinda yola cixmasi barede qanunda cerime varmi
Samil | 23 Noyabr 2020 21:27
Salam. Komendant saatına görə icazəniz varsa çıxa bilərsiniz.
Avtosfer.az | 27 Noyabr 2020 11:34
Salam. Vaz2115 in arxa burjunlarini qizdirmaga cerime yazila biler? yeni qadagandir ya icaze var?
Mirzaga | 23 Noyabr 2020 18:18
Salam. Müdaxilə etmək qadağandır.
Avtosfer.az | 27 Noyabr 2020 11:33
Salam Men öz avtomobilimin rolunu deyişib fiat rul qoymuşdum. Yol polisi saxlıyıb 150 azn cerime yazdi. Bu qanunla nerede tutulun
Yusif | 23 Noyabr 2020 15:49
Salam. Buna görə protokol yazıla bilməz. Ətraflı məlumat üçün bu linkə daxil olub oxumağınızı tövsiyə edirik.
https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 23 Noyabr 2020 15:57
Salam. Naxcivan qeydiyyatli birinin mulkiyyetinde Pajero 2000, 3.0 motor kecirmek ucun rusum ne qeder olacaq? Bu il iyunda texniki baxish talonu alinib mashinin
Nihad | 23 Noyabr 2020 12:31
Salam. 85 manat 80 qəpik dövlət rüsumu ödəyəcəksiniz.
Avtosfer.az | 23 Noyabr 2020 13:36
Salam.Sürücü öz evladina avtomobilini etibarnamesiz vere biler?Yeni övladin öz valideyinin avtomobilini etibarnamesiz sürmek hüququ var?
Ruhid | 22 Noyabr 2020 20:45
Salam. Xeyr, buna icazə yoxdur. Mütləq etibarnamə olmalıdır.
Avtosfer.az | 23 Noyabr 2020 11:38
Salam. Yazib Sizden xahish edirem asagidaki suallari cavablandirasiniz:
1. Avtomobilin arxa nomresi itibdir, yalniz qabaq nomresi qalir. DYP-de evvelki nomrenin dublikati cixarilirmi ya yeni nomre verilmelidir?
2. Qeyd edilen neqliyyat vasitesi Baki qeydiyyatinda olan shexsin mulkiyyetindedir. Naxcivan qeydiyyatli shexs hemin neqliyyat vasitesini nece oz adina kecire biler?
Onceden teshekkurler!
Nihad Quliyev | 22 Noyabr 2020 12:42
Salam.
1) Nömrələrdən biri itdikdə mütləq yenisi verilməlidir.
2) Qanunla Naxçıvan qeydiyyatlı şəxs Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan idarəsində adına keçirə bilər. İmtina etsələr məhkəməyə müraciət edə bilərsiniz və ya Naxçıvana gedərək orada qeydiyyata qoymalısınız.
Avtosfer.az | 23 Noyabr 2020 11:38
salam maşinımın rəngini dəyişdirmək istəyirəm bunun icazəsinin qiyməti ne qeder edir?
Kamran | 22 Noyabr 2020 08:41
Salam. Rəngi dəyişdikdən sonra 25 manat qeydiyyat şəhadətnaməsinə, 30 manat isə texniki müayinəyə görə rüsum ödəyəcəksiniz. Tövsiyə edirik ki, rəngi dəyişməmişdən öncə DYP-yə müraciət edin.
Avtosfer.az | 23 Noyabr 2020 11:32
Salam. Men ozum ses desibelini harda yoxlada bilerem? Menim masinim 4.3 matordur ve uzerinde amg qlusiteldir. Mende apornu. Nakladka tormuz hamisi amgdir. Hetta disk teker bele wincodda amg cixir. Meni amg qlusitele gore cerime ede bilerlermi?
Fuad | 21 Noyabr 2020 23:27
Salam. Əgər normativ tələblər pozulmayıbsa cərimə edə bilməzlər. Desibelin yoxlanılması üçün rəsmi servis mərkəzlərinə müraciət edə bilərsiniz.
Avtosfer.az | 23 Noyabr 2020 11:30
Salam. Masini qabaq bufersiz surmek olarmi? Olarsa hansi senedler olmalidir
Elcin | 21 Noyabr 2020 18:59
Salam. Qanunla olmaz. Konstruktiv bütövlüyü pozmamalısınız.
Avtosfer.az | 23 Noyabr 2020 11:29
Salam Vaz2107 Avtomobile ksenon deyl yalnız ağ lampa quraşdırmaq qadağandır? Hər hansısa bir cerme tetbiq edle biler.Teşekkürler
Teymur | 21 Noyabr 2020 15:48
Salam. Adi ağ lampa qadağan deyil. Sadəcə onu quraşdırandan sonra işıqların düşmə bucağını tənzimlətdirin. Vaz Servisdə (Xırdalanda) 5 manata düzəldirlər.
Avtosfer.az | 23 Noyabr 2020 11:28
Salam alekum...
Tex senedin xususi qeydler bolmesine sirf neler yazilmalidi Tam olarag hamisini geyd edin zehmet olmasa.Ve bunlar hansi maddede oz eksini tapir?
Royal | 20 Noyabr 2020 18:53
Salam. Qeydiyyat şəhadətnaməsində DYP-nin reysterinə yazılan məlumatlar (ban, şassi, mühərrik nömrəsi, avtomobilin rəngi, tipi, mühərrikin həcmi və mühərrikin yanacaq növü) yazılmalıdır. Digər buferlə, amartizatorla, yaylarla, səs boğucu ilə bağlı məlumatların yazılması nəzərdə tutulmayıb.
Bu barədə "Yol Hərəkəti Haqqında Qanun"un 28-ci maddəsində ətraflı qeyd olunub.
Avtosfer.az | 23 Noyabr 2020 11:27
Salam, men 2023ci ile qeder suruculik huququndan mehrum edilmisem, zehmet olmasa deyerdiz men hara muraciet edimki bu muddetin uzerinden goturulsun hec olmasa 1 il goturulsun hara nuraciet ede bilerem, mehkemem olub 6 noyabr 2019 xais edirem cavablandirardiz sagolun
Fərman | 20 Noyabr 2020 16:26
Salam. Sizə bu barədə "Facebook" səhifəsində ətraflı məlumat verilib.
Avtosfer.az | 23 Noyabr 2020 11:21
Salam, avtomobilimi yalnız sürmək hüququnu təmin edən etibarnamə əsasında verdiyim şəxs onun adına yazılmış cəriməni ödəməkdən imtina edir. Mən isə avtomobilimi satmaq istəyirəm. Alqı-satqıda bu cərimə mənə problem olacaqmı? Nə etməliyəm? TƏŞƏKKÜRLƏR.
Khan | 20 Noyabr 2020 03:23
Salam. Bəli problem yaradacaq. Yalnız ödədikdən sonra qeydiyyat əməliyyatı apara bilərsiniz.
Avtosfer.az | 20 Noyabr 2020 12:31





