Banner
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Men bilmek isteyerdim menim mashinimin arresti var idi. ve hall hazrda cerimelerimi odemishem . hardan oyrene bilerem ki arrestden chixib ya yoxya da arrest siyahisandan chixarilmagi haqda hardan oyrene bilerem

Nigar Aslanova | 27 Yanvar 2016 14:06

Siz 902-ye zeng edin deyecekler

Avtosfer.az | 27 Yanvar 2016 16:15

Menim avtomobilde yuxari hissesi temizdi,indi istirem polovinka plyonkani vurum.Yaza bilersiz,hansi plyonkadan vurmaq olar,tundluyu neqeder olmalidir,ve Dyp-si meni saxlasa polovinka plyonkaya gore,nece subut eliyim ki olarCox sagol!

Reshid | 26 Yanvar 2016 02:37

25 faizlik vura bilersiz

Avtosfer.az | 27 Yanvar 2016 16:15

Salam!Zehmet olmasa cavab vererdiz!«Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanuna 1 saylı ƏlavəVII. Konstruksiyanın digər ünsürləri Qeyd: Avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin güzgü-şüşələrdən başqa tətbiqinə icazə verilir.Burda qabaq şüşəyə polovinka plyonkaya icaze verilir,duzduYaza bilerdiz,nece santimetr olmalidir,birde nece faizlik vurmaq olar,renglerini da,zehmet olmasaBirde menim qonşumun avtomobilni polovinka plyonkaya gore cerime meydancasina apardilar.Dyp-si dedi ki qabaq şüşəyə plyonka vurmaq olmaz!

Reshid | 22 Yanvar 2016 20:29

Salam. İndiki avtomobillərin demək olar ki hamısında qabaq şüşənin yuxarısı tündləşmiş olur. Ona görə də yenidən plyonka olmaz. Amma qabaq şüşənin yuxarısı da təmizdirsə, onda oranı şüşəsilənin qalxdığı nöqtədən aşağı keçməməklə plyonka ilə tündləşdirmək olar.

Avtosfer.az | 25 Yanvar 2016 18:38

Salam, esidmisem Tural qardasimiz deyib ki, qranata srus bir etek pul vermeyin Bakida keyfiyyetli temir eden var.Eger bu dogru xeberdirse zehmet olmasa ya ustanin nomresini ya da unvanini mene gonderesiz.

Ali | 21 Yanvar 2016 21:49

Salam. Tural qardasiniz burda islemir

Avtosfer.az | 25 Yanvar 2016 03:14

Salam. Yaxın günlərdə ailə məsələri ilə əlaqədar 2 gün Gürcüstana səfər etmişdim. Yollarda son vaxtlar sürücülərin qaydalara əməl olunması hallarında müsbət dəyişiklik nəzərə çarpacaq dərəcədə hiss olunur. Hesab edirəm ki, “Avtosfer.az” saytının maarifləndirici yazılarının bu sahəyə təsiri əvəzolunmazdır. .Hərəkət zamanı yol nişanlarının tələblərinə maksimum əməl etməyə çalışmışam. Təəssüflər olsun ki, bəzi yol polis əməkdaşları sürücülərin hərəkətlərində sanki qayda pozuntusu axtarırlar. Bakı-Qazax yolunun 284-cü km-də ptotokolda yazılana görə 881 nömrəli YPX avtomobili birtərəfli hərəkət istiqamətində hərəkətin əksinə dayanmışdı. Sağ tərəfdə yük avtomobillərinin çoxluğunu nəzərə alıb sol zolaqla hərəkət edirdim. YPX avtomobili hərəkətə mane olduğu üçün yavaş-yavaş sağ zolağa keçməyə başladı və həmin vaxt yaxınlıqda heç bir avtomobilin olmadığı üçün dönmə nişanından istifadə etmədin. YPX avtomobili məni saxlatdı və işıq cihazlarında düzgün istifadə etmədiyim üçün protokol yazacağını bildirdi. Mənim etirazımdan sonra uzaqlaşıb ratsiya vasitəsilə kiminlə isə məsləhətləşdikdən sonra manevr qaydalarını pozduğumu bildirdi və protokol tərtib etdi. Özünü ali təhsilli serjant kimi təqdim edən Cəfərov İsgəndər Ağasəf oğlu ilə mübahisənin mənasız olduğunu görüb protokolun aşağı hissəsində ittihamla razılaşmadığımı və inspektorun izahının qaneedici olmadığını yazdım. Sizin bi ekspert kimi fikriniz mənim üçün önəmlidir. Mən doğrudanmı manevr qaydasını pozmuşam. Cavab üçün əvvəlcədən təşəkkürümü bildirirəm.

Zahir | 19 Yanvar 2016 10:07

Salam. Bəli, hərkət zolağında yerdəyişmə vaxtı müvafiq dönmə siqnalı verilməlidir. Bunu etməmək həmin manevrin qaydasını pozma sayılır.

Avtosfer.az | 25 Yanvar 2016 18:30

Salam.Xahis edirem deyerdiniz avtomobil tekrar qeydiyyata alinanda avtomobilin ustundeki nomrenin deyisilmesi mecburidir yoxsa konullu ve buna gore tekrar rusum odenilirmiTekrar qeydiyyat ucun hansi senedler teleb olunur ve hansi rusumlar odenilmelidir ve ne qeder rusum odenilmelidirBir de ki avtomobil oktyabr ayi texniki baxisdan kecib fevral ayinda tekrar qeydiyyata girirse,texniki baxis talonu yeniden verilmelidirYeni mecburidir yoxsa konulluEvvelceden tesekkur edirem.

Cavid | 18 Yanvar 2016 00:21

Salam. Texniki baxisin vaxtina hele var. Amma texniki muayine aparilacaq. onun da rusumu 20 manatdir. Umumilikde tekrar qeydiyyat zamani sizin cemi 70 manat dovlet rusumu odemeniz lazimdir. Texniki muayine, texniki pasportun deyisilmesi, nomrenin rusumu ve bank xerci. Nomre ise alan ve satan shexsin raziligi ile saxlanila biler. Qanun buna icaze verir

Avtosfer.az | 18 Yanvar 2016 18:32

Salam men oglumla bir menzilde yawayiram oglumun menim mawinimi surmeye etibarname vermeliyem yoxsa sure biler etibarnamesiz

ILQAR | 17 Yanvar 2016 20:04

Salam. Etibarname verilmelidir. Evvel siz deyen kimi idi, artiq qanun deyisib bir nece ildir

Avtosfer.az | 19 Yanvar 2016 02:01

salam.mende masinin farasina lupa qoymusam.ksenon qurasdira bilerem ya yox

Zahir Zulfuqarov | 17 Yanvar 2016 19:17

Salam. Avtomobilin konstruksiyasinda bele sheyler nezerde tutulubsa olar. İcaze yoxdursa servisde deqiqlesdirin. Eks halda cerime oluna bilersiz

Avtosfer.az | 19 Yanvar 2016 00:34

Salam. Zəhmət olmasa izah edərdiniz sürücünün fərdi kabineti nə deməkdir və ora necə daxil olmaq olar

imran | 14 Yanvar 2016 12:37

Salam. O Asan Xidmət merkezinde yaradilacaq yeni sistemle bagli olan meseledir. Tam hazir olanda melumat vereceyik

Avtosfer.az | 19 Yanvar 2016 02:00

Xahiş edirəm sualımı cavablandırasınız.Maşını başqasına satarkən dioqnostikadan keçirməliyəmmi

Əli | 14 Yanvar 2016 12:07

Salam. Xeyr. Mecburi deyil. Amma alan shexsin isteyi ile kecirmek olar

Avtosfer.az | 19 Yanvar 2016 01:59

Salam, zehmet olmasa menim sualimi cavablandirasiniz.Etibarname ile aldigim masini aile uzvlerimden birine bagislamaq ucun senedlesmeye ne qeder pul lazim olar. Tesekkur edirem.Cox sag olun.

Ibadet | 13 Yanvar 2016 19:24

Salam. 70 manat

Avtosfer.az | 19 Yanvar 2016 00:32

salam zehmet olmasa deyerdiz piyada kecidinden istifade etmediyine gore cerime olunan Piyada cerimeni odemek ucun online hansi saytdan istifade ede biler xahis edirem linki gonderesiniz cunki hokumet odenis portali saytina daxil oluram ama tapa bilmirem

Nigar | 12 Yanvar 2016 10:33

Salam. Merkezi Bankin saytina baxin, apus.az Ve ya Asan Xidmetden oyrenib odeye bilersiz

Avtosfer.az | 12 Yanvar 2016 13:11

Salam, Mən sizə belə bir sualla müraciyət etmişdimaşağıda təkrar DYP qeydiyyat bölməsinə müraciyət etdim dedilər mümkün deyil yalnız rayon qeydiyyat nömrəsi almalısınız. həll yolu varmı Mən rayon qeydiyyatındayam maşınım Bakı qeydiyyatıdır etbarnamə ilə idarə edirəm iki ay öncə DYP-nin qeydiyyat bölməsinə bildirdim ki, maşını adıma keçirmək istəyirəm Bakı nömrəsi qalmaq şərti ilə dedilər problem yoxdur. Bir həftə öncə yenidən müraciyət etdim bildirdilər ki, qanun ləğv edilib. Bilmək istəyirəm qanun ləğv edilib

Ali | 10 Yanvar 2016 11:46

Salam. Qanun leğv edilməyib, Əgər bunu etmirlərsə, rəsmi imtina cavabı alın və məhkəməyə müraciət edin.

Avtosfer.az | 12 Yanvar 2016 11:41

Salam, menim avtomobilim mitsubishi lancerdi..tyuning etmek fikrim var, sadece burda restalinqden soz gedir.mawinin motor,asma,idare etme sistemi deyishilmir! Sadece bamper .. axi niye aadagandi Mawinin modeli deyishilmir,sedan olaraq qalir. Radioda avtostop verlishinde bildirilir ki,tyuning qanunla qadagan deyil! Amma sizin saytda oxudum hetta video yerleshdirilib ki qadagandi. Bunu izah etmeniz xahish olunur..

Rashad | 10 Yanvar 2016 02:06

Salam. tüninq hüquqi anlayış deyil, ona görə də "nə tüninq qadağandır", nə də "tüninq qadağan deyil" ifadəsi doğru deyil. Tüninqin hüquqi ifadəsi avtomobilin konstruksiyasına dəyişiklik etməkdir. Belə dəyişiklik də etməyin qanuni yolları və şərtləri var. Ümumi şərt belədir: 1. Dəyişiklik avtomobilin rənginin dəyişməsinə səbəb olmamalıdır, amma rəng dəyişərsə, bu DYP-də qeydiyyata alınmalıdır. 2. Dəyişiklik nəticəsində avtomobilin marka və modelini eyniləşdirməkdə çətinlik yaranmamalıdır. Marka və modeli dəyişən dəyişikliyə yol verilmir. 3. Dəyişiklik nəticəsində avtomobilin texniki göstəricilərinin, onun ayrı-ayrı aqreqat və detallarının normativləri və satandartları pozulmamalıdır. Bax bu 3 şərtə riayət etməklə dəyişikliklər (onun tüninq adlandırın və ya staylinq adlandırın, fərqı yoxdur) olar. Yəni, məsələn, buferləri, yan güzgüləri və s. eyni modelə aid olmaqla dəyişmək olar,

Avtosfer.az | 12 Yanvar 2016 11:41

mersedesde zavad ksenonla buraxib . bakida bu avtomobili idare edebilerem

zamir | 9 Yanvar 2016 18:58

Zavod istehsalidirsa idare eleye bilersiz. Amma yene de deqiqlesdirin

Avtosfer.az | 11 Yanvar 2016 23:36

Cerimeler azalsin insaf olsun bu qeder olmazki il erzinde 2000den cox cerime vermiwem

Kenan | 6 Yanvar 2016 15:57

Qayda pozmasaniz hec kim sizi cerime elemez

Avtosfer.az | 7 Yanvar 2016 01:34

Avtomobilim VAZ 21015 2011-ci il istehsalıdır. XAHİŞ EDİRƏM DEYƏSİNİZ 2016 -CI İLDƏ TEXNİKİ BAXIŞDAN KEÇMƏLİYƏMMİ

Aqa | 6 Yanvar 2016 09:35

Beli. Kecmelidir

Avtosfer.az | 7 Yanvar 2016 01:34

06.01.2015-ci ilde radara düşmüşem amma texminen 1 il sonra ayin 30.12.2015 ci il tarixinde piyada kecidinde cerime olunarken yol polis emakdaşi mene o radari verdi. yeni men bilmek isteyirem 1 ilden sonra radar gele biler. Bu vaxta qeder poctla yadaki nomreye zeng eleyib deye bilerdiler. Sentyabrdada texniki baxişdan kecmişem ordada mene bu haqda melumat verilmiyib

Tural | 5 Yanvar 2016 22:56

icraataı dayandırma üçün İXM-in 415-ci maddəsində göstərilən hər hansı əsas olubsa və icraata dayandırılıbsa, onda bir ildən sonra da cərimə yazıla bilər.

Avtosfer.az | 7 Yanvar 2016 01:33

Apteçkası olmayan sürücülər cərimə olunacaqmı

Mais | 5 Yanvar 2016 00:23

Buna gore cerime hemise var. Cerimesi 3-5 manatdir

Avtosfer.az | 5 Yanvar 2016 01:35

Salam size BCDE kateqoriyali surucu lazimdir. 47 Yasim var 20 yasimdan surucuyem

Rafiq | 4 Yanvar 2016 15:59

Xeyr. Lazim deyil. Ugurlar

Avtosfer.az | 5 Yanvar 2016 01:35

Apteckanin cerimesi bildik 5 manatdir , bes odsonduren ve qeza nisaninin cerimesi ne qederdi

Tunar | 1 Yanvar 2016 16:38

Odsondurenle bagli konkret cerime yoxdur. Avtomobilde odsonduren olmamasina gore cerime meselesi qarisiq veziyyetdedir

Avtosfer.az | 3 Yanvar 2016 00:10

Mən sizə konkret YHQ pozan surücülərin fotolarını göndərmək istərdim ancaq sizin saytınızda bunlar nəzərə alınmayıb.Zəhmət olmasa bi e-mail ünvan verin.Mənim e-mail ünvanım:[email protected]

Əlosət | 31 Dekabr 2015 22:04

Saytla elaqe bolmesinde email adreslerimiz var. Bu adrese de gondere bilersiz. [email protected]

Avtosfer.az | 3 Yanvar 2016 00:14

Salam men avtomobilimi etibarnameynen sururem onu birbawa adima kecirde bileremmi ve onun rusumu ne qederdi vaz 2106 di xahiw edirem cavab verin tewekkur edirem

ILQAR | 30 Dekabr 2015 20:11

Salam. Oz adiniza yox, yaxin bir adaminizin adina kecire bilersiz. Rusumu 70 manatdir

Avtosfer.az | 3 Yanvar 2016 00:13

Salam. Əvvəlcə qarşıdan gələn yeni il və dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə saytınızın kollektivini səmimi qəlbdən təbrik edir fəaliyyətinizdə uğurlar arzulayıram eləcə də əhalinin maarifləndirilməsi istiqamətində gördüyünüz işlərə görə istifadəçilər adından Sizlərə təşəkkürümü bildirirəm. Son günlər şəhərdə üçlük tibb çantası, odsöndürən və qəza dayanma nişanı ajiotajı yaranması barədə yəqin ki məlumatınız var. Bir qrup insanlar kütləvi şəkildə həmin üçlüyün əldə olunması üçün bazarlara üz tutub və təbbi ki, işbazlar bundan istifadə edərək qiymətləri xeyli qaldırıblar. Şayələrə görə üçlüyün hər bir detalın yoxluğuna görə 50 Azn cərimə nəzərdə tutulub və iddia edirlər ki, artıq redylər keçirilməyə başlanılıb. Odsöndürücünün kimyəvi tərkibi və tutumu barədə müxtəlif məlumatlar səsləndirilir. DYP-in rəsmi səhifəsində tibb çantasının yoxluğu haqqında cərimədən 3-5 manat başqa deyilənlərin heç biri barədə məlumat tapa bilmədim. Sizdən xahiş edirəm şayələrə son qaymaq üçün bu barədə ətraflı məlumat verəsiniz. Əvvəlcədən təşəkkürümü bildirirəm.

Zahir | 30 Dekabr 2015 12:23

Salam. Cox sagolun. Tesekkur edirik. Biz de Sizi tebrik edirik. Artiq dediyiniz mesele ile bagli yazilarimiz oldu saytda. Yeqin ki izlemisiz

Avtosfer.az | 3 Yanvar 2016 00:12

Salam. Sizdən bir məsələyə aydınlıq gətirməyinizi xahiş edirəm. Avtomobildə odsöndürücü və tibbi ləvazimatların apteçkaların saxlanılmamasına görə inzibati xətalar məcəlləsinin hansı maddəsi ilə və neçə manat cərimə nəzərdə tutulub .Eləcə də bilmək istərdim ki, odsöndürücülərin konkret növü tozlu yaxud karbon dioksid və dərman vasitələrinin adı göstərilibmiCavab üçün təşəkkürlər.

Zahir | 28 Dekabr 2015 17:51

Salam. Dərman qurtusunun olmamasina gore 5 manat cərimə nəzərdə tutulub. Odsonduren iki formada var. Hansindan olsa qebul edilir. Dermanlarin siyahisi ile bu linkden tanis ola bilersiz. http://avtosfer.az/news/14982

 

Avtosfer.az | 28 Dekabr 2015 22:30

salam.mən maşınıma tibb çantasını hardan əldə edə bilərəmDYP-nin qoyduğu standartlara cavab versin

Imran Qahramanov | 27 Dekabr 2015 17:02

Salam. İstenilen aptekden ala bilersiz. Hazir qutulardir. Amma elave olaraq bezi agrikesici dermanlar ve sargi desti alinmalidirx

Avtosfer.az | 28 Dekabr 2015 22:21

Salam.Zəhmət olmazsa deyərdiniz tək apteçka olmamasına görə cərimə nə qədərdir

Vüqar | 27 Dekabr 2015 14:35

Salam. 5 manatdir

Avtosfer.az | 28 Dekabr 2015 22:20

Rusiya Fed-inda alinmish suruculuk vesiqesinin vaxti 2015 ci ilde qutarib. men yenisini Azerbaycanda almaq isteyirem. buna gore tezeden imtahan vermeliyem ve rusumu ne qederdir. xaish edirem cavablandirardiz, teshekkurler

Farrux | 26 Dekabr 2015 00:29

Siz yeniden imtahan vermirsiz. Sadece elinizdeki vesiqe ile DYP-nin İmtahan qeydiyyat shobesine yaxinlasin, bazada yoxlanilacaq. saxta vesiqe deyilse size yeni Azerbaycan suruculuk vesiqesi verilecek. rusumu 18 manatdir

Avtosfer.az | 28 Dekabr 2015 22:19

Men Agdam rayonundan mecburi kockunem hal hazirda Baki weherinde meskunlawmiwam avtomobilimi Baki weheride adima kecirde bileremmi tewekkur edirem

ILQAR | 25 Dekabr 2015 19:59

Beli. Adiniza kecire bilersiz. Problem yoxdur

Avtosfer.az | 28 Dekabr 2015 22:18

Salam men vaz 2107 markali avtomobilime satisda olan qara rengli suse alib qurasdirmisam dyp emekdasi meni saxlayib elinde hec bir susenin tundluyunu olcmek ucun cihaz olmadan susenin tund oldugunu bildirdi men biliremki bu suse azs 122-2014 standartina uygundursa icaze var ama o mene gerek bu suseni vaz istehsal ede onda olar dedi mene protokol tertib etmesede mene menevi ziyan vuraraq ailem masinda ola ola 2 saatdan cox yolda saxladi men kime muraciet edib sikayet ede bilerem birde suselerimi harda olcdurub elimde senet ya bir subut olsunki bu suse azs 122-2014 uygundur ve icaze var istifade etmeye cox sagolun

samir | 24 Dekabr 2015 07:26

Salam. avtomobilin şüşəsinin tündlüyü xüsusi cihazla ölçülməlidir. Bu cihaz rəsmi servislərdə də ola bilər. Həmin cihaz DYP-nin texniki baxış məntəqələrində var. Şüşə standarta uyğun deyilsə, sürücüyə 150 manat cərimə yazılmaqla həmin şüşə dəyişdirilməlidir. Shikayet ucun DYP-nin 902 xidmetine zeng ede bilersiz

Avtosfer.az | 24 Dekabr 2015 11:59